Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib.
Ə.Əhmədov qeyd edib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir: “Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış şəraiti, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var".
Baş nazirin müavini vurğulayıb ki, hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub:
"Hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Ailələri ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. O zaman hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərəcək. Əks halda biz bütün ailələrə yardım versək, onların hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki çox olmayacaqd. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaq, işlə təmin etmək faydalıdır”.
XƏBƏR LENTİ
Ramazan ayının 9-cu günüdür
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Fransız sayağı şorba (foto resept)
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Kartof yığımı ötən ilə nisbətən artıb
Çaylarımızda su aşıb-daşdı
Körpənizə balqabaq püresi yedizdirin
"Gəlincik" tortlar
Azərbaycanda üçəm doğuldu!-FOTO
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Ömrünüzü uzadın
Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu
Sadə bantın hazırlanması
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Zövqlü don modelləri
Bu da uçan avtomobil
Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO
Burak Özçivit "Diriliş Osman" serialına çəkilir-FOTO
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
BÜRCLƏR bizə nə vəd edir?-23 Mart
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
"Güzəşt həmişə mümkündür"
Sıla Ziynet Salı ilə barışdı
Uşaqlarda özünə inam
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir
Ərdoğana Don Kixot dedilər
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
Bu sezonun 4 trendi
Ana südünü artıran içkilər
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Yanğının səbəb olduğu fəlakət
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Bu gün əsl yay havası olacaq
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Aktrisanın əməliyyatdan əvvəlki FOTOsu GÜNDƏM Oldu
İpoteka şərtləri dəyişir
Yer kürəsi 6 gün qaranlıqda qalacaq