Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.
Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.
Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir
XƏBƏR LENTİ
Dadlı, ancaq zərərli qidalar
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Xəzərdə nərə balıqlarının kommersiya ovuna moratorium tətbiq ediləcək
Suyu ayaqüstə içməyin! - Elmi və dini açıqlaması
Balıq hərracda 1,8 milyon dollara satıldı-FOTO
Düşmənin ağır döyüş texnikaları məhv edilir - VİDEO
İlk dəfə qadın rəhbər
Xəyanət və sevgi
İnsanın ehtiyacı olan bütün elementləri saxlayan qida
Mikroelementlər-2
Stillə geyinən məşhurların qarderobları
Traktorun çömçəsindən suya kəllə vurmaq üçün istifadə etdilər - VİDEO
İşsizlərə sığorta pulu veriləcək - YENİ QANUN- VİDEO
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
35 il sonra bir araya gəldilər - FOTO
Çində güclü zəlzələ
Koronavirusla bağlı son STATİSTİKA
Nazirlikdən xəbərdarlıq: Yeni təhlükəli mobil virus yayıldı
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Murat Boz - "Aşklarım büyük benden"
2019 Oskar Mükafatları: Qırmızı Xalça
Facebook Messenger sadələşdi
Bu günün hava proqnozu
РЎOVID-19 infeksiyalı aktrisanın xəstəxanada qalmasına icazə verilmədi
Fahriye və Burakın övladına milyonluq təklif
Çörəkotulu rulet (foto resept)
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - VİDEO
Yemək və içmək qaydaları - 1
“Avroviziya” haqqında qərar verildi - VİDEO
Kendall Jennerin tərzi
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
Növbəti buraxılış imtahanının vaxtı açıqlandı - CƏDVƏL
Qar yağacaq
Dəb lüğəti (2-ci hissə)
Beş yaşlı Samirin 26 barmağı var - FOTO
Dünyaca məşhur model-aparıcı nişanlandı-FOTO
ABŞ-ın üç ştatında rekord yoluxma qeydə alındı
Yanmış tavanı necə təmizləməli?
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
Saç üçün maskalar
Noyabrın hava proqnozu
Həkimlər xəbərdarlıq edir
Pendirli, yulaflı çubuq(foto resept)
Ermənilərin yaşadığı bölgədə zəlzələ baş verdi
Hamiləlik testlərindən düzgün istifadə qaydaları
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA