Bakıda hava 23°
USD AZN
EUR AZN

Hansı vitaminlər saçları gücləndirir?

 

A vitamini

A vitamini saçların uzanmasına kömək edir. Çatışmazlığı saç tökülməsinə və saç dərisinin qurumasına, kəpəklənməyə səbəb olur. A vitamini, eyni zamanda saç dərisində sebum istehsalını artırır. Sebum, saç dərisini nəmləndirməyə və saçın sağlam qalmasına kömək edir. Saçların sağlam olması üçün A vitamini olduqca vacibdir. Yumurta sarısı, ispanaq, kartof, brokoli, kök, balqabaq və mərci A vitamini ilə zəngindir.

 

Hansı vitaminlər saçları gücləndirir?

 

 

B vitamini

B vitamini qrupuna aid olan vitaminlər saç dərisi və kökünə qida maddəsi daşıyan qırmızı qan hüceyrələrin yaranmasına kömək edir.

B3 vitamini qan dövranını nizamlayır. Çatışmazlığında saçlar zəifləyir, nazikləşir, qırılır və tez tökülür. Qaraciyərdə, balıqda, toyuqda, qırmızı ətdə daha çox rastlanan vitamindir.

B7 vitamini saç üçün protein mənbəyidir. Yaşıl yarpaqları tərəvəzlərdə, tutda, yumurta sarısında daha çox olur.

 

Hansı vitaminlər saçları gücləndirir?

 

B12 vitamini hüceyrələrə oksigen daşıyır. Çatışmazlığı zamanı saç köklərində saç istehsalı azalır. Qırmızı ətdə olur.

 

C vitamini

C vitamini saçların sağlam uzanması üçün vacib olan dəmir əmilməsinə kömək edər. C vitamini çatışmazlığı zamanı saçlar qırılmağa başlayar, parlaqlığını itirər. Portağal, qreyfurt, kivi, brokoli, çiyələk, pomidor C vitamini ilə zəngindir.

 

Hansı vitaminlər saçları gücləndirir?

 

 

E vitamini

Yeni saç hüceyrələrinin inkişafına kömək edən E vitamini çatışmazlığı zamanı saçlar gec uzanır, tökülür, qırılır. Buğda, yulaf, kahı, ispanaq, kərəviz, qarğıdalı yağı, qoz, cəfəri E vitamini ilə zəngindir.

 

Hansı vitaminlər saçları gücləndirir?

 

Səslərin sayı: 0
1
380
loading...
Şərhlər
Offline
Nermin_Guler
C vitamini saçların sağlam uzanması üçün vacib olan dəmir əmilməsinə kömək edər. C vitamini çatışmazlığı zamanı saçlar qırılmağa başlayar, parlaqlığını itirər. Portağal, qreyfurt, kivi, brokoli, çiyələk, pomidor C vitamini ilə zəngindir.
4 sentyabr 2019 10:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!