Bakıda hava 33°
USD 1.7017 AZN
EUR 1.9632 AZN
19:19Emma Svon Axşamınız xeyir! 14:37((( https://youtu.be/jvCupSqvxg8 12:09((( Qelbimi qıranda düşünmedin orda belke sen varsan. 12:05Xəyalə Murad Bu gözəl gündə hər birinizi xoş gördük! Necəsiniz? 12:05((( Yasadığım heyat deyıl. Men buna ne ad verım .....(( 12:05Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər! 12:03((( https://youtu.be/cf9PXnwnI08 08:35GÜLÇİN Sabahınız xeyir əziz Qadın.Netlilər!
37457

Çalışan analara məsləhətlər

İşləyən xanımlar Ana olduqdan sonra onların həyatında nələr baş verir?
Və ya işləyən ana olmanın gətirdiyi problemlər nələrdir və bunlar necə həll olunur?
Başlanğıcda vəziyyət nə qədər həll oluna bilən kimi görünsə də, bir çox qadınlar bir müddət sonra bu hərəkətlilikdən yorğun düşürlər. Buna bir də uşaqdan ayrı qalmağın gətirdiyi natamamlıq hissi əlavə olununca, dərd bir neçə qat daha da artır. Belə bir mərhələdə nə etmək lazımdır? Və ya işləyən ana olmağın gətirdiyi problemlər nələrdir və bunlar necə həll olunur?

Hər şeyin öhdəsindən tək başına gəlmək çətindir

Bır çox çalışan qadının ən böyük problemlərindən biri, ofis və evdəki işlər arasında sıxışıb qalmasıdır. Evə nə qədər təmizlikçi, ya da baxıcı bir qadın gəlsə də, istənilən nizamı əldə etmək çətin olur. Bu səbəbdən yorğunluq ikiyə çıxır. Əgər işlər arasında çox boğulduğunuzu düşünür və karyeranızdan imtina etmək istəmirsinizsə, evinizə həm təmizliyə köməkçi , həm də uşağınızın qulluğu ilə maraqlanacaq etibarlı bir qadın alınmalıdır. Bunun ən yaxşı yolu, ətrafınızla məsləhətləşmək və ya əmin olduğunuz insanlardan soruşmaqdır. Ayrıca evinizdəki təmizlik alətlərinin etibarlı və praktik istifadəli olmalarına da diqqət yetirin. Beləliklə həm uşağınızın təhlükəsizliyini, həm də köməkçi qadının təmizlik edərkən çətinlik çəkməyərək, uşağınıza daha çox zaman ayırmasını təmin etmiş olarsınız. Məsələn, evinizdə mütləq həm xalça yuyan, həm də süpürən bir süpürgə maşını olsa yaxşı olar. Və ya avtomatik nizamlı paltaryuyan maşın, sürətli ütüləyən bir ütü aləti və s. Bütün bunların üzərinizdən böyük ölçüdə yük götürəcəyinə əmin ola bilərsiniz.

Çalışan analara məsləhətlər

Günahkarlıq hissindən qurtulmaq

Uşağın anası xaricində başqa insanlarla da dialoq halında olması, inkişafı baxımından olduqca mühüm sayılır. Hətta bu ünsiyyətin davamlı olması, uşaqlarda güvən hissini və ünsiyyət gücünü artırır. Bu səbəblə uşağınızı işə gedərkən baxıcının əllərinə verməkdən narahat olmayın. Üstəlik bu şəkildə bütün günü uşağınızdan uzaqda qaldığınız anlar, birlikdə keçirdiyiniz zamanlarınızı daha da dəyərli edəcəkdir. İşdən evə gəldikdən sonra, mütləq uşağınızla birlikdə keçirəcəyiniz bir zaman nizamlayın. Və bu müddəti yalnız uşağınızla birlikdə bir şeylər edərək keçirin. Məsələn, birlikdə yemək hazırlamaq və ya oyun oynamaq kimi. Heç birini edə bilmirsinizsə, heç olmasa yatmazdan əvvəl ona nağıl oxuyun. Bu şəkildə həm aranızda yaranmış həsrət gedər, həm də ana uşaq ünsiyyətini yaşamış olarsınız. Unutmayın ki, uşağınız üçün əsas şey sizin olmamanız deyil, axtardığında anasına çata biləcəyini bilməsidir. Ayrıca uşağınızın işlədiyiniz yeri tanımasını da təmin edə bilərsiniz.

Çalışan analara məsləhətlər

Zamanla yarışmaq

Çox ananın ən böyük xəyalı, yarım gün işləməkdir. Ancaq belə bir iş sistemi günümüzün şərtlərində çox asan mümkün olmur. Xüsusilə bir qadın karyera sahibidirsə, iş saatlarının azaldılması tamamilə çətinləşir. Belə bir vəziyyətdə yaxşı bir proqram qurmaq ən yaxşı vasitədir. Məsələn, həftə içində işlərin ən yüngül olduğu günlər bir az daha erkən çıxmaqla, uşağınızla daha çox zaman keçirə bilərsiniz. Bu şəkildə uşağınızla birlikdə keçirdiyiniz saatları tarazlaya bilərsiniz. Ancaq bütün bunlar nizamlı bir proqram qurmağı tələb edir. Son olaraq, uşağınızın xəstəliyi vəziyyətində, yoldaşınızdan dəstək istəməlisiniz. Çünki iş yerinizdən davamlı icazə almanız mümkün olmaya bilər. 

Müasir dövrümüzdə ölkəmizdə işləyən anaların əksəriyyəti işlə ev arasındakı tarazlığı qoruya bilməklə Azərbaycan xanımının güclü qadın olduğunu sübut edirlər. Çox az qisim qadınlarımız var ki, "komfortsuz şəraitə"  tab gətirməyərək ailə dağılmalarına səbəb olurlar. 

Bütün analarımıza xoş ovqat , böyük səbr və işlərində müvəffəqiyyətlər diləyirik ! 

Səslərin sayı: 14
25
8089
Loading...
Şərhlər
Online
Xəyalə Murad
Nə qədər işgüzar olsaq da, uşaqlar hər zaman ən vacibi olmalıdır.
15 aprel 2016 16:55
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Senem
Maraqli movzudu. Mende ishleyirem. 3ay yarimliq qizimi qoyub ishe cixdim. cox cetindi o ki hiss var, yashamaq istediyin anlar, analiq itirirsen. olursan robot, daima telesen ve gergin qadin. ushagin nadincliklerinede dozemmirsen. yoldashinla problem.... duzdu ev ishelimin hamisini gorurem, ushagim daima temiz ve utulenmish geyinir, hergun onun yemeyi hazirlanir onun ucun pecenye,keks bishirirem amma ozum bir qadin kimi xoshbext ola bilmirem
15 aprel 2016 13:34
Offline
konul abdullayeva
mence qadinin esas vezifesi aileye baxmaqdir, ana vaxtini uwaqlarina hesr etmelidir, men ele duwunurem, kaw ki butun ailelerde kawa yeterince pul qazansin, qadinin iwlemeyine ehtiyac olmasin
7 noyabr 2013 01:09
Offline
leman
Muəlliməyəm və qızımla birlikdə məktəbə gedib gəlirik deuə mənə cətin deyil.Allah qaynanamın canın sag eləsin mənə çox kömək edir,o da müəllimədir balacanı hazırlayıb bağcaya aparır,çıxanda da götürüb gəlir.Məncə köməyin olmasa çox çətin olar
29 oktyabr 2013 00:46
Offline
canim
həəə qızlar işləmək gözəldi amma kömək edənin varsa ,Allah anama can sağlığı versin, mənə çox kömək edir mən işdə olanda qızımı məktəbdən götürür,düzdü mənim iş saatım o qederde çox deyil yoldaşımda köməklik edir, səhər məktəbə yoldaşım aparir ,Mən rejimə öyrənmişəm mənim üçün o qederde çetin deyil 3 ildi işləyirəm, qizim 2 ci sinfə kecəndə işə başlamisam ,demək olarki cox vaxtimi ailəmlə keçirirəm
28 oktyabr 2013 20:25
Offline
Sonay Quluzade
düz deyirsən canım təssüfki o anaların uşağın dərsləri ilə məşğul olmağa vaxt çatmır , uşaq dərsə gedir yola salan olmur , qayıdır qarşılayan isti xörək verən olmur özü nə yemək qızdırasıdı ki uşağın bəziləri var qonşuya tapşırır yenə də qonşu verən yemək ananın verdiyinə çatmaz lap o xörəyi ana hazırlamış olsada

Fatma xanım, səhər dərsə özüm aparıram, günorta atası evə aparır, yeməyini də isidir, isti yemək də yeyir, amma olur ki, bəzən mən götürəsi oluram dərsdən, Allah gözlər nətər parıldayır, uşaq nətər sevinir. Onda özümdən zəhləm gedir. Qadın hər şeydən əvvəl anadır. Əslində maaşımın 80%-i onlarındır, bu günləri üçün, sabahları üçün. Amma yenə də çox peşmanam.
28 oktyabr 2013 17:43
Offline
Fialka
men memaram.aile qurmamisdan o qeder calisirdim coxXxxx yorulmusdum.istiyirdim sile qurum evde usagima yoldasima baxim.bu artiq iki ildi.artiq dusundum dasindim insallah ise baslamaliyam.ama evde isimi gorub catdirmali.qorxum ondandi oglum imkan vermez sozumde yalanci cixaram.Allah her kesin yolun aciq etsin icindede menim.
28 oktyabr 2013 15:36
Offline
ELnare Huseynli
men hem isleyirem hem usaqa baxiram isleyib ev aliram ozume mene cox cetindi o qeder problemlerim var ki deyilesi deyil
28 oktyabr 2013 13:47
Offline
nurel
Menim iki oglum var, is xanimiyam,gun 8 saat isleyirem.isden sonra vaxtimi evime. balalrima ,erime serf edirem.İnanin ki,gun rejimi yazmisam ozumcun.Buun islerimi cox gozel catdiriram.Butun xanimlara ugurlar.
28 oktyabr 2013 12:24
Offline
Happiness-lady
MENI ISLEMEYE QOYMADI NISANLIM kiss HERDEN DEYIREM KISI OZU EVI DOLANDIRA BILECEKSE QADIN INLEMEYIB USAQLARI ILE MESGUL OLMALIDIR HERDENDE DEYIREMKI ISLEMEKDE LAZIMDI INSANIN DUNYA GORUNUSU ARTIR EH NEYSE HAKKIMIZDA XEYIRLISI OLAR INSALLAH TEKI KISILERIN CANINI ALLAH SAG ELESIN ONLARI BIZIM USTUMUZDEN EKSIK ETMESIN AMIN COX SAGOLUN ELA XEBER IDI give_ros
28 oktyabr 2013 11:29
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Fatma xanım
elmi-təhsili ilə məşğul olasan

düz deyirsən canım təssüfki o anaların uşağın dərsləri ilə məşğul olmağa vaxt çatmır , uşaq dərsə gedir yola salan olmur , qayıdır qarşılayan isti xörək verən olmur özü nə yemək qızdırasıdı ki uşağın bəziləri var qonşuya tapşırır yenə də qonşu verən yemək ananın verdiyinə çatmaz lap o xörəyi ana hazırlamış olsada
28 oktyabr 2013 11:26
Offline
Qəribə
teşekkürler lazımlı mövzudur. give_ros
28 oktyabr 2013 09:50
Offline
Sonay Quluzade
işləyən ananın evi də təmiz olur işini də çatdırır əlbətdə kişidə ona yardımçı olarsa lap əla olar

Bizdə elədir, yoldaşım kömək edir, o mənada yox ki, mənim hansısa işimə kömək eləsin. Ən azından nəsə çatışmayanda anlayışla qarşılayır, mənim işim çox olanda uşaqları gəzməyə aparır və s. Ən yaxşısı vaxtını düzgün bölməkdir, əgər bölə bildinsə, hamısının öhdəsindən gələcəksən, yoxsa işin içində itib-batacaqsan. Ən yaxşısı isə evdə oturub, uşaqlarla məşğul olmaqdır. Həm də bunu sizə 10 illik iş təcrübəsi və iki uşağı olan ana kimi deyirəm crazy. Hayıf deyil, evdə oturub, uşaqlarının dini-imanı, elmi-təhsili ilə məşğul olasan winked.
Çox sağ olun.
28 oktyabr 2013 09:22
Offline
nura84
qadinda cox boyuk guc-quvve var ki butun islerin ohtesinden tekbasina gelir. i_am_so_
28 oktyabr 2013 08:28
Offline
AFET
teşekkürler lazımlı mövzudur
28 oktyabr 2013 08:11
Offline
Mehran
mence en az 4 il qadin usagina vaxt ayirmali onun tehsili saglamligi ile mesgul olmalidir
28 oktyabr 2013 01:05
Offline
Seadet Sexavet
Dogrudan da bilmirəm niyə.Amma əminəm ki işləyən qadınlar daha operativ şəkildə işlərini bitirir.Amma nəfəsimi kəsilir.Əgər ətrafın qınadı olmasaydı mən də istərdim kimsə kömək etsin.hələ yaxşı ki qaynanam uşaqlara əl tutur.Yoxsa umumiyyətlə yoruldum. Amma bir reallıq var işləyən qadın istər istəməz evdə bütün məsuliyyəti götürür.Bu daha da yorucu dur.
28 oktyabr 2013 00:11
Offline
Sirli_dunyam
menim fikrime ise eger kiwi tek evi dolandira bilirse qadin iwlemiyib ovladlarini boyudub sonra karyerasina davam etmelidir cunki ovlada ilk once ana lazimdir dayedende baxcadanda nenedende vacib ancaq anadir cunki uwaq vaxtinda ananin qaygisini sevgisini gore bilmeyende zaman dovur firlanir ana yawli olanda ovladdan ona lazim olan qaygini sevgini ala bilmir her wey qarwiliqli oldugu ucunu ovlad valideyin munasibetide qarwiliqli olur pise pis yaxwiya yaxwi acida olsa bu realliqdir
27 oktyabr 2013 23:37
Offline
leyla Baxşıyeva
şəxsən mən işləyirəm və çətindir mənə.ogluma yoldaşıma qaynana qaynataya vaxt ayırmaq.amma işimi çox sevirəm ev stresini məktəbdə və ya əksinə atıram.bu 2 gün agır olur həmişə.amma dözürəm mən neynim
27 oktyabr 2013 22:17
Offline
Ramile
TEKCE USAQLARIMA GORE ISDEN VAZ KECDIM PESMAN DA DEYILEM TEKI HEMISE EVLADLARIMIN YOLDASIMIN YANINDA OLUM BU MENE BESDIR ONLARIN MENE EHTIYACI VAR ISIMI AILEME QURBAN VERDIM
27 oktyabr 2013 21:19
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!