Bakıda hava
USD AZN
EUR AZN

Binaların fasadları üçün “ağıllı” günəş stansiyası hazırlandı



İsveçrə Federal Texnologiya İnstitutunun (ETHZ) mühəndisləri binaların fasadları üçün “ağıllı” günəş batareyaları hazırlayıblar. Şaquli və üfuqi fırlana bilən panellər cari dövrdə otaqları optimal dərəcədə istilətmək və sərinlətmək məqsədilə günəşə tərəf lazımi nöqtəni seçir. Mütəxəssislər yeni hazırlama haqqında “Nature Energy” jurnalında məlumat veriblər.

 Qadin.Net teleqraf-a  istinadən xəbər verir ki, professor Arno Şlyuterun rəhbərlik etdiyi elmi qrup hava şəraitindən asılı olaraq binanın divarlarına düşən günəş şüasının miqdarını tənzimləyən "elektrik enerjisinin generasiyası üçün hərəkətli günəş panelləri sistemi" hazırlayıb. İsti yay günlərində bu sistem fasada bərkidilmiş statik günəş panellərindən daha məhsuldardır.

"İnnovativ fasad yüngül polad burazlardan ibarət tora bərkidilmiş bir çox hərəkətli günəş panelindən ibarətdir. Həmin panellər yumşaq avtomatlaşdırılmış elementlərin köməyi ilə şaquli və üfüqi şəkildə öz vəziyyətlərini dəyişdirir” – alimlər bildiriblər. Onların sözlərinə görə, məhz bu avtomatlaşdırılmış elementlər sistemin özəyidir. Avtomatlaşdırılmış elementlər hava dəyişikliklərinə qarşı dayanıqlıdır, hətta fırtına onlar üçün qorxulu deyil.

Səslərin sayı: 0
0
74
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )