İlahi rizanı əldə etməyə səbəb olan amillərini tanıyaq:
1. İman və saleh əməl. Qurani-Kərimdə buyurulur: "Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 8). Şübhəsiz ki, İlahi razılığı əldə etməyin yolu - Allahın əmrlərinə əməl etmək, eləcə də Əhli-Beytə (ə) itaət etməklə əldə olunasıdır. İmam Sadiq (ə) buyurur: "Bilin ki, heç kəs İlahi rizaya şamil olmaz, məgər Ona itaət, Peyğəmbərinə (s) itaət və Ali-Muhəmməddən (ə) olan İmamlara itaətlə".
2. Təbərra. Hədislərin birində Peyğəmbər (s) buyurur: "İsa ibn Məryəm (ə) həvarilərinə buyurur: "Elə bir iş görün ki, Allah yanında məhbub olun və Allaha yaxınlaşın". Deyirlər: "Ey Ruhullah! Allah yanında necə məhbub olub, Ona yaxınlaşaq?". Buyurur: "Günah əhlinə nifrət edərək və onlarla düşmənçilik edərək, İlahi razılığı istəyin". İmam Rza (ə) buyurur: "Bizim davamçılarımız o kəslərdir ki, bizim əmr və qadağalarımıza təslim olarlar. Bizim dediklərimizi həyatlarının sərlövhəsi qərar verərlər. Bizim düşmənlərimizlə müxalif olarlar. Hər kim belə olmaz, bizdən deyildir".
3. İlahi təqdirə razı olmaq. Əmirəl-möminin (ə) buyurur: "Sübhan Allahın bəndədən razılıq nişanəsi, bəndənin Allahın onun üçün təqdir etdiklərinə razı olmasındadır, istər onun xoşuna gəlsin, istərsə də gəlməsin".
"Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə, dəyişdirmir (onlardan almır)". ("Ənfal" 53). O insan ki, əlini əlinin üstünə qoyub deyir ki, hər nə təqdir olar, elə həmin o şey də olacaqdır - bu insan aldanmışdır. Əgər insan İlahi təqdirdən gileylənərsə və arzu edərsə ki, ey kaş, belə olmasaydı - gərək bilsin ki, Allah da ondan elə bu qədər narazıdır.
Beləliklə deyə bilərik ki, İlahi razılığı əldə etməyin şah açarı odur ki, Ona və göndərdikləri Məsumlara (ə) itaət edək. Bu itaət insanın imanını və saleh əməllərini artırar. İmam Əli (ə) buyurur: "Əgər Allah yanındakı məqamını bilmək istəyirsənsə, bax gör, günah edən zaman Allahın məqamı sənin yanında necədir".
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda məktəb fobiyası
Kökəltməyən 7 qida
Super Dünyalar
Soğanın faydaları
YouTube-da canlı yayım işə düşdü
Uşaqlar üçün: Habil və Qabil
Koronavirusu yayan daha bir TƏHLÜKƏ: Hər toxunuş...
Qadin.Netlilərin qorxu dolu anları (III hissə)
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Allah yanında ən sevimli iş nədir?
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Ermənilərin döyüş meydanında atıb qaçdığı hərbi texnikaların görüntüləri - VİDEO
Bakıda sürücülərə şad xəbər
Anamın əl işləri(2)
Bu taksilər benzinsiz işləyir
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Quşüzümlü portağal şirəsi (foto resept)
Sağlamlığa ziyan vuran 4 vərdiş
Günün qoroskopu: necə davranmağınızdan bu gün çox şey asılıdır
Dünyanın ən bahalı şokoladı
Yatmağa kömək edən qidalar
27 günə 1 milyard qazandı
"Azərbaycan Ordusu bir saata mövqelərimizi tutdu"
“Fikri oxuyan” qurğu yaradıldı - VİDEO
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı - YENİLƏNİB
"Krep" - axıtma (foto resept)
“WhatsApp”da yeniliklər edildi
Naxçıvanda Kətə festivalı keçirilir
Mercedes-Benz-dən super Brabus
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Məşhur aktyor kitab yazır-FOTO
Qurbanlıq qoyun neçəyədir?
Beyons illər sonra eyni mükafatı aldı-FOTO
Bu gün Günəş tutulacaq
Hava haqqında
Prezident əsgərlərə hədik payladı
Beş il sonra...
Xərçəng riskini artıran amillər
Özünü inkişaf etdirmə
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Bu gün Qırğızıstanda koronavirusa görə milli matəm günüdür
Günün ulduz falı
Kamal Abdulla, Mənsum İbrahimov və Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər - SƏRƏNCAM
Sabahın hava proqnozu
İlham Əliyevə “putyovka” hədiyyə olundu
Şayiələr hər tərəfdən hücuma keçir
Dell biznesdən uzaqlaşmayacaq
2018-in yay saç rəngləri