2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Nazir bildirib ki, sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.
S.Babayevin sözlərinə görə, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir:
“Bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir”.
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin fəaliyyəti haqqında danışan nazir bildirib ki, DOST mərkəzi açıldıqdan sonra həqiqətən də çox böyük bir rəğbət toplayıbdır:
“İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir. Sizin göstərişlərinizə uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq”
XƏBƏR LENTİ
Hava necə olacaq?
Söz birləşməsi-2
Buz kimi soyuqda su altında səyahət
Prezident İlham Əliyev: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır"
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Məhəbbəti necə qoruyub saxlamaq olar?
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Monika Belluçidən yeni FOTOlar
HAVA necə olacaq? 15 İyun
Bazilika sisterni
Diş ağrısından qurtulmaq üçün...
Böyrək daşı
Neft getdikcə bahalaşacaq?
Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik
Çuğundur salatı (foto resept)
Ön dişi olmayan model tanıtım etdi - FOTO
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ
Prezidentdən yeni fərman
Günün qoroskopu: artıq başlamaq olar
Qozlu badımcan salatı (foto resept)
Övladınız niyə bu qədər tələsdi?
Moskvada 55 illik rekord təkrarlandı
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Bu tələbələr ödənişdən azad olunsun
ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar
KİV: “Alibaba”nın qurucusu yoxa çıxıb
2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR
Roma Papası macəra filmində çəkilir
Sovet dövrünün kosmetikası(keçmişdən xatirələr)
Ərzaq məhsulları bahalaşdı
20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havası
Acun İlıcalının ödədiyi cəza məbləği TƏƏCCÜBLƏNDİRDİ
3 yaşlı uşaq yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu
Pendirli çubuqlar
Dəbli boyunbağılar
Saç tökülməsinə qarşı 6 həll yolu
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
"Facebook"dan yenilik
İnsan necə düşünür? (1)
"Mars one"layihəsi
Çay və şirniyyat servisləri
Möhtəşəm İpək Yolu
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Ayaqqabı modelləri
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Kağızlarla çiçək sənəti
İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi
10 il birini gözlədilər, üçqat sevindilər
"Qarabağ" çempionluq kubokuna qovuşdu
Çörəyin içərisindən sümük çıxdı - VİDEO