Son illərdə olduqca geniş yayılan xərçəng xəstəliyinin müalicəsi ilə bağlı ən həyəcanverici hadisələr immunoterapiyalarda baş verir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bədənin öz gücü hesabına xərçəngə qalib gəlməsi prosesi olan immunoterapiya yeni bir üsulla əvvəlki müalicələrdə uğursuz olan bəzi qan xərçənglərinin sağalmasını təmin edir. BİTE texnologiyası adı verilən metodun təsiri ağ ciyər, prostat və beyin xərçəngində də araşdırılır.
İnsanın genetik xəritəsinin tamamilə aydınlaşdırılmasından sonra sürətli şəkildə inkişaf edən immunoterapiyalara hər biri əvvəlkindən uğurlu olmaq üzrə yeni metodlar əlavə edilir. Xərçəngin müalicəsində ən son immunoterapiya isə biomühəndislik məhsulu olan BİTE (Bispesifik T hüceyrə bağlayıcısı), yəni ikitərəfli hüceyrə bağlayıcılarıdır. BİTE texnologiyası yetkin insanlarda son dərəcə aqressiv hərəkət edən və sadəcə Avropada ildə 100 min nəfərin ölümünə yol açan bir qan xərçəngi növü olan kəskin limfoblastik leykemiyada bütün digər müalicə üsullarından istifadə etmiş xəstələrdə 70% müsbət nəticə göstərir.
Bu texnologiya Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən “Amgen” biotexnologiya şirkəti tərəfindən tətbiq olunur. BİTE-nin müəllifi elm adamı professor Peter Kuferdir.
İmmunoterapiya nədir?
İmmunoterapiya bədənin öz immun sisteminin gücünü istifadə edərək xərçəng hüceyrələrinin yox edilməsi məntiqinə söykənir. Peter Kufer bildirir ki, müdafiə sisteminin ən güclü hüceyrələri olan T hüceyrələri bədəndə gəzən xərçəng hüceyrələrini axtarır, tapır və yox edir. Bu proses gün ərzində davam edir. Lakin bəzən xərçəng hüceyrələri müxtəlif yollarla immun sistemindən yayına bilir. Bu yollar xərçəng şişinin ətrafında yaranan immun zirehi və xüsusilə, bədənin şişi yox etməklə vəzifələndirilmiş hüceyrələrində ortaya çıxan immun korluğudur. İmmun sistemindən qaçan xərçəng hüceyrələri çoxalaraq xəstəliyin simptomlarını üzə çıxarır. İmmunoterapiyalar müxtəlif yollarla bu zirehi deşərək immun sisteminin xərçəng hüceyrəsini tapmasını təmin edir. Lakin xərçəng hüceyrələri o qədər ağıllı olur ki, bütün müalicələrə rəğmən, immun hüceyrələrindən gizlənməyi bacarır.
BİTE texnologiyası necə işləyir?
İmmun sisteminin T hüceyrələri xərçəng hüceyrələrinə təktərəfli şəkildə bağlanıb onları yox etməyə çalışarkən bəzilərini gözündən qaçıra bilir. BİTE bu durumda T hüceyrələrinin eynəyi rolunu oynayır. Burada xaricdən kimyəvi maddə verilmir. BİTE bir protein zənciri ilə bir-birinə bağlanan iki bağlayıcı qoldan ibarətdir. Bu qolların biri xərçəng hüceyrəsi üzərindəki immun sisteminin onu tanımasını təmin edən alıcıya bağlanır, digəri isə bədənin müdafiə sistemi olan T hüceyrəsinə bağlanır. Beləliklə, xərçəng hüceyrəsinin qaçış yolu olmur. Hələ ki, BTE-lərə qarşı müdafiə sistemi olmadığı üçün xərçəng hüceyrələri immun sistemindən qaçıb gizlənə bilmir. Bu xərçəng hüceyrəsini tanıyan T hüceyrəsi özü bölünərək, çoxalaraq başqa müdafiə hüceyrələri yarada bilir. Bölünən T hüceyrələri də eyni şəkildə xərçəng hüceyrələrini tanıma xüsusiyyətinə sahibdir. Yəni hüceyrə, bir növ, kodlaşdırılır. Hüceyrə bölünərək bənzərlərini yaradır və onlar da xərçəng hüceyrələrinə hücum edir.
Robot kimi
Xərçəng hüceyrələrinin üzərində onları tanımağa kömək edən işarələr olur. BİTE texnologiyasında dərmanın immun sisteminə bağlanan qolu sabit qalmaq şərtilə şişə bağlanan qolunu dəyişdirərək hər xərçəng üçün fərqli BİTE yaranması mümkündür. Bu, eyni robot kimi işləyir. BİTE-nin digər immunoterapiya üsullarından fərqi xəxtəxana apteklərinə tapıla bilən bir dərman formasında olmasıdır. Yəni xəstəyə müdaxilə etmək üçün laboratoriyaya ehtiyac yoxdur.
Kəskin lenfoblastik leykemiyada təsirli olduğu görüldükdən sonra Amerika Qida və Dərman Dairəsi tərəfindən 2,5 ay kimi qısa müddətdə patentləşdirilən müalicə üsulu Avropa və Türkiyədə də keçərlidir. BİTE-lər daha əvvəl xərçəngdən müalicə olunmuş və xəstəliyi yenidən təkrarlanan Kəskin lenfoblastik leykemiya xəstələrində 44% tam cavab əldə etməyə imkan verir. Bu nəticə xəstələrin yaşamaq ehtimalını 2 qat artırır. BİTE “Multipl Myelom”, “Lenfoma” və “Myeloid” kimi leykemiya növlərində, ağ ciyər, beyin xərçəngi və prostatın müalicəsində sınanılır. İlkin nəticələr bu xəstəliklərdə də uğur əldə edildiyini göstərir. BİTE qan xərçəngində işləyir, lakin orqan xərçənglərində işə yaraması xərçəng xəstələri üçün böyük ümidlər vəd edir. Xüsusilə, prostat xərçəngi üzərində aparılan araşdırmalarda xəstələr 3 aylıq müalicə müddətində metastazlar 90% azaldığı görülüb.
Xəstəliyin təkrarlanması
Xərçəngin müalicəsində ən qorxulu problemlərdən biri təkrarlanmadır. BİTE metodunun təkrarlanma riski olan xəstələrdə istifadə edilməsi müsbət nəticələr verir. Leykemiya kimi sürətlə yayılan xərçəng növlərinin başqa yollarla müalicəsində müsbət nəticə əldə olunsa da, vəziyyətin təkrarlanma riski çox olur. Bu təkrarlanmanın qarşısını almağın ən yaxşı yolu minimal qalıntı ilə xəstəliyi aradan qaldıra bilməkdir. Bu da BİTE texnologiyası ilə mümkündür
XƏBƏR LENTİ
"Rüzgar gülü"pizza (foto resept)
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Ən çox yayılmış burun tipləri
Dəbdə olan kəmərlər
WhatsApp-da yeni yasaq
Köhnə kitablar üzərində rəsm əsəri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Pensiyalar haqqında yeni QANUN
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bakıda evlərin bahalaşmasının səbəbləri
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yay fəslində hansı rənglər dəbdədir?
Adınıza saxta profil yaradılıbsa...
İlk iş gününün hava proqnozu
Gözəlliyə kölgə salan vərdişlər
Serdar Ortaçın xanımı 1 FOTOdan 30 min qazanır
Dünyanın ən böyük ağac evi
Ruhunuzun rəngi hansıdır?
Nişan üzükləri
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Aşbazların sirləri
Feyxoanın möcüzələri
Körpələrə vurulan peyvəndlər
Günəşdə güclü qasırğa
Günün qoroskopu: bədgümanlığınız varsa, yeni layihəyə başlamayın
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
30 itlə yaşayan qadının həyat hekayəsi
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Həftənin ilk iş günü yağışlı olacaq
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Bakı küçələrini xüsusi texnika təmizləyəcək
Bir neçə rayonda qaz problemi olacaq
Almaniya haqqında maraqlı faktlar
Mandarinin faydaları
Rus dili dərs-29
Bu adlar yasaqlandı
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
Cəbhədən ən son xəbər
Messi əməliyyat olunacaq
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”
2012-ci ilin ətək modası
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Hava haqqında - 11.01.2014
Günün ulduz falı
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)