Azərbaycanda tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər
XƏBƏR LENTİ
Tony Bowls 2010 - kokteyl kolleksiyası(Ihissə)
MövlР°nР° CəlР°ləddin Rumi
Amerikalılar donur
Təqaüdlərin məbləği açıqlandı
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Mayda 3 gün ardıcıl iş olmayacaq
Məşhur modellərin qidalanma vərdişləri
Eyni yaşda fərqli görünən məşhurlar
Qar yağacaq!
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
Tuba Büyüküstünün gəlinciyi hazırlandı - FOTO
Türkiyədə plazma ilə müalicə olunan ilk xəstə koronavirusa qalib gəldi
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Bakının mərkəzi meydanı konsertə hazırlanır
2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq
Çavuşoğlundan Tovuzda erməni təxribatına reaksiya: “Ermənistan ağlını başına toplasın!”
Qeyri-adi klaç çantalar
Çipsi: biz onu niyə sevirik?
Dünyanın ən gözəl şəlalələri
Natamamlıq effekti
Makiyajla cavanlaşma
Diş ağrısına təbii üsulla sakitləşdirici
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
Dəri tipləri və onların problemləri
Bütün proqnozları doğru çıxan professordan İDDİA: ABŞ-ın yeni prezidenti O OLACAQ
Dalğalı rəsmlər
İlham Əliyev Almaniyada
Bəhram Bağırzadənin hazırki vəziyyəti necədir?
İnternet insanın belini əyir
Azərbaycanda süni mayalanma halları artıb
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Yanvarın hava proqnozu açıqlandı
Skype-da heyrətamiz funksiya yaradıldı
Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?
Günün qoroskopu:Uğurlu gündür!
Türkiyə mətbəxindən "Yüksük" şorbası (foto resept)
Rusiya yenidən saatı çəkir
Saç tökülməsini azaltmağın 4 yolu
Ramazanın 9-cu gününün duası
Pianoya qulluq
Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?
Şuşaya yeni polis rəisi təyin edilib
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir
Qəzzada atəşkəs pozuldu
Azərbaycanda 33 dərəcə isti olacaq
Binəli Yıldırım koronavirusdan sağaldı
- ŞƏRHLƏR