Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib.
DİM-dən daxil olan müraciətdə deyilir:
"Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.
İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərərcək. Bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.
“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər".
XƏBƏR LENTİ
Mikrodalğalı sobada keks (foto resept)
İşdə nə edərlər?
Dəhşətli statistika: bu il yol qəzalarında 56 uşaq öldü
Daimi nikahla müvəqqəti nikahın fərqləri nədir?
Psixoloji testlər
Cəbhə xəttindəki son vəziyyət açıqlanır - CANLI YAYIM
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Sabahdan Novruz tətili başlayır
Səyahət - Yunanıstan
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Maska rejiminə yaradıcı yanaşma - VİDEO
Qoxusundan şəfa tapacağınız bitkilər
"Barsa"nın futbolçusu "Napoli"yə keçir
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
Çobanyastığı çayının faydaları
Bu mövzular haqqında düşünməlisiniz
150 min quş məhv edilir
Meyvələrdən üç meyvə var...
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Gəncədə ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
"Qara siyahıya" düşən xamalar-SİYAHI
Qarın düzləşdirən idman hərəkətləri
Mağazadan alınan məhsulların qablaşdırmalarını sabunla yuyun
ASAN-dan yeni xəbər
İmtahan apreldə olacaq
İman edən alimlər-4
8 minə yaxın şəxsin pensiyası artırılıb
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Gözaltı qaralmalarına qarşı ən sadə çarə
Körpəmlə ilk və son görüşüm
Xarab lampaları necə istifadə etməli?
Maykl Cekson dirildi – VİDEO\FOTO
"Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb"
Kobenin xanımı faciədən sonra ilk dəfə yazdı-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
Siçan balasını ilanın ağzından xilas etdi-FOTO
Gələn həftə neçə gün evdə qalacağıq? - CAVAB
Ramazanda necə qidalanmaq lazımdır?
ÜST rəsmisindən ölkələrə CİDDİ XƏBƏRDARLIQ
Adrianadan Metin Haraya daha bir zərbə
Bankdan borc götürməzdən əvvəl mütləq bunu oxuyun
Bakıda banklar boşaldılır
Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO
Quru saçları nəmləndirən maska
Eyfel iştirakçı komandaların rənginə boyanacaq
Hersoqinya Keyt gələcək ginekoloqlarla görüşdü - FOTO
Azərbaycanın bir rayonu bu gün qazsız qalacaq