Bakıda hava 22°
USD AZN
EUR AZN

Əhməd Cavad "Səsli qız" poeması (II)

Əhməd Cavad "Səsli qız" poeması (II)

 

***

Dal qılınc rikabdarlar

Yarıb keçdi irəli.
Yol açdı gərdunəyə
Bağrışaraq sərsəri.
Beləcə əski parça
Bir çırtmayla atıldı;
Bütün bu ölkə xalqı
Çox ucuzca satıldı.
Qaldı bütün kənarda
Can verənlər, ölənlər.
Satışı təsdiq etdi
Tox qarınla gülənlər.
Axşam çökdü şəhərə,
Bir südlü, ayh axşarn.
Çoxlu xəbər gətirdi
Şivənli, vaylı axşam...
Ürkək gəzən kölgələr
Qorxurkən bir-birindən,
Göz vurdu yıldızlar da
Göylərin kəfkirindən.
Hıçqırdı yer bu doğru,
Bir bax ki, göy nə hayda?
Solğun dodaqla güldü
H ər derdə solğun ay da...
Ondan gözəl bu zülmü
Bir can ki, görməmişdi.
Qırğında fırlanarkən
Ay sanki görməmişdi...
Aydan cavab almalı
Ac, kimsəsiz qalanlar...
Çaş-baş olub baxırdı
Aydan soraq alanlar...
Axşam düşüncə susdu
Öz yoxluğilə Allah.
Allah yerində qaldı
Töyşüklü bir yanıq ah!..
Yoxsullar boğulurkən
Bu qanh, yaslı vayda,
Xaqan dalmışdı eyşə
Bağlardakı sarayda.
M ərm ər sütunlu qəsrin
Sarmaşıqlı eyvanı;
Çıraqlarla bəzənm iş
Nurladırdı hər yarn.
Çiçəkli köşkü axşam
Bəzətmişdi əski şah.
Xaqan demişdi: “İndi
K ef etm əm ək bir günah.
M ənim sadiq vəzirim,
Gəl, gəl baxaq hesaba:
Vəzirimin saqqalı
Boyansın bir şəraba!”
Gül əndamlı saqilər
Dad qatınca kəlamə.
Yaşıl çarşaf sərvlər
D ikildilər səlamə.
Uçuşdu rəqqasələr
Baş vəzir əl çalınca.
M ərm ər döşləri üryan
Baldırlar da yalınca...
Atıldı nazlı qızlar,
Töküldü tellər üzə.
Min yerdən “can!” deyildi
H er axan süzgün gözə...
G ülərkən gül üzlü qız,
Minalı, güllü qabda;
Büllur əyaqda coşdu
Dünya görən şərab da.
Dumanlandı beyinlər,
Süzüldü gözlər tamam.
Ə l-ayaqlar göynədi,
Əzildi sözlər tamarn.
Çıxardı sanki yaddan
Axıtdığı qanları;
Səvərdi sayqısızca
Orda komandanları.
Xumarlandı gözləri
Çıplaq qadınların da.
Sərildilər yerlərə
Xaqanın yanlarında.
Yüksəldi hər tərəfdən
Şəhvətli, kirli səslər;
Alınlarda dolandı
Ölüm iyli nəfəslər...
Göründü şəhvət açıq
Xaqanın sözlərində;
Ədəbsizlik qabardı
Bərəlm iş gözlərində...
Qaçışın, yazıq qızlar,
Boğsunlar, ölüm barı!
Yox, ölüm dadlı isə
Oynayın, gülün ban!
Bu axşam səs çıxarmaq
Deyil həddi kimsənin.
Günahın ondadır ki,
Adm qadmdır sənin.
Elə isə durmadan
D incəlm ədən çal-çağır;
Batdımı gözəl səsin,
Bağır deyirlər, bağır!..
Ey süzən qumral qadın,
Yazıqsan, süzmə belə!
Qurtarış yoxdur sənə,
Canmı üzmə belə!..
G östərdilər Xaqana,
K əsm ə telli bir qızı;
D edilər ki, “bu Sara -
Ölkəmizin yıldızı” .
Fərqi yox, qoy süzülsün,
Baxsın belə dərindən;
N ə anlar sərxoş baxış,
Saranın gözlərindən!?
Kim ki, Saranı gördü
Çəkdi xeyli yanıq ah.
Bir şey qanmadı ondan
О qəlbi kor padişah.
О qızıl gül damlayan
Meyli dodaqlarında;
Pənbə rəngi qızardan
Pənbə yanaqlarmda;
H ər dəfə çağrılanda
Ü rkek gəlişlərində;
Qorxusundan ağaran
О incə dişlərində;
Fikri dərinləşdirən
Qtvırcıq saçlarında;
Qüdrətin qələm iylə
Çəkilmiş qaşlarmda;
Dolğun döşdən qabarmış
Töyşüklü sinəsində;
Dünyanı alt-üst edən
Canlı, büllur səsində;
Parlayan aləmləri
A nlarmı qan içənlər?!
N ə bilir çiçək nədir.
Kor gəlib, kor keçənlər?!
Kar olanlar dünyanın
M ənasız hay-huyundan;
Nə anlardı Saranm
Orta, oynaq boyundan?!
Donuq bir şey göründü
Duyğusuz padişaha;
“Oxusun!” əmri çıxdı,
Sara coşdu bir daha.
Can verən sərxoş gecə
Ölürkən yorğun, əzgin -
Coşdu qızın səsində
Ö lkədə qaynayan kin.
Boş yerə bir ölkənin
Haqsızca axan qanı;
Saranın dodağmda
Canlandı, oldu mahm!..
Əhməd Cavad
Səslərin sayı: 0
0
189
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış