Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
-A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
-Arvad, sən hökümətin ləzzətini anlamırsan.
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq.
Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
-Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
-Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan.
Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır...
Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan.
Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
-Nə var?
Dedi:
-Heç, bir az başım ağrıyır.
Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına.
Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayi Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi.
Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı.
Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər.
At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”.
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
-Vot Patap, bomba rabatay!
-Qde?
-Dom Feyzulla bomba pirnesom.
Patap – İvana xəbər elədi, İvan – oqolodoçniyə, oqolodoçin – pristava, pristav – qalabəyinə, qalabəyi – jandarmlar rəisinə.
Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
-Kimsən?
Dedilər:
-Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər:
-Danışma, gərək sənin evin axtarılsın!
Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər.
Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
-Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzulla da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını cürətləndi və birdən səsləndi:
-Ay ağalar, o çuvalların nəyindən qorxursunuz?
İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nə istədiyini bilirsənmi?
Bakıda 1 çaynik çay 1 şiş kababdan bahadır
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Modern lampalar
Facebook-da çoxdan gözlənilən yenilik
Dahilərdən gözəl sözlər - 12
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (1)
Heykəl kimi insan…
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Qara nöqtələr üçün qəhvə maskası
Uzunboğaz çəkmələr
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hava haqqında
Diabetin dərmansız davası
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Kəs və yapışdır-20
Doğulacaq körpənin cinsiyyəti bal ayında məlum oldu-FOTO
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Ramazan ayının 20-ci gününün duası
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
Xoşbəxt ailə həyatı üçün məsləhətlər
Bakılılar donurlar: xətti çəkdilər, istilik yaddan çıxdı
Sobada ətli rulet (foto-resept)
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
Facebook öz ödəmə sistemini yaradır
Əks cinsi 7 saniyəyə valeh edin
Azərbaycanda gimnastika
Martın 31-dən YENİ QAYDA
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Şərf modelləri
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
Mila Kunis öz evliliyindən danışdı-FOTO
Mustafa Sandal boşandıqdan sonra ilk dəfə-FOTO
Uşaqların izləməli olduğu cizgi filmləri
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı
Qocalmağı gecikdimək üçün...
Yerin yumru olduğunu sübut et, 25 min qazan
Dayəni necə seçməli?
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür?
Günün qoroskopu - 27.11.2013
“Avroviziya”nın qalibi bəlli oldu
"Vineqred" salatı (foto-resept)