Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanları keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
Qadin.Net publika.az-a istinadən məlumatına görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da: ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.
Bu imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır
XƏBƏR LENTİ
Hava haqqında - 14.08.2013
Azərbaycanın qəhrəmanları
Bu körpəni görənlər gözlərinə inanmır
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Kinoteatrlarda Google Glass yasaqlandı
"Son zəng"in vaxtı məlum oldu
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Seren Serengil də boşandı
Geyim nümunələri
Noyabrda 3 gün iş olmayacaq
"Miss Universe" iştirakçılarının milli kostyumları
“Amfibiya adam” koronavirusdan öldü
Qəlbini dinlə ümidlərinə sarıl
“Papanin”də metro tikilir
"Bavariya"dan yeni rekord
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Tənbəl heyvanlar
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu yerə gedən adamlar ölür-FOTO
Avro tarixi minimumu yeniləyib
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Soyadın sənədlərdə dəyişilməsi problemi
Pul sevgi hissini möhkəmləndirir?
Ailə qurmaq üçün ideal vaxt
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
WhatsApp-da problem yaranıb
Qapalı paltarlar
Körpələrdə soyuqdəymə
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Robert Prosineçki Bakıda!
Venesuelaya meteorit düşdü
Kosmosda tərəvəz yetişdiriləcək
Bu günün hava proqnozu
Demet Özdemir Bakıya gəlir
Buğda salatı (foto-resept)
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Dərinizə təbii gözəllik bəxş edin
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Maraqlı köynəklər
Dahi azərbaycanlının əziz xatirəsinə
Uçan təhlükə
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Məşhur futbolçu bu gün evlənir