Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:15aysel hesenli Ona proqram lazım deyil özü elə qocadi 13:46PERI sofi lorende qocalarmis exx((( 12:22Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
40748

"Məktub" şeiri

MƏKTUB

"Məktub" şeiri

Sənə məktub yazıram,

Yazıram ki, bağışla...

Burda hava pis keçir,

Ara vermir yağışlar.

 

Tək yatıb, tək durmaqdan,

Bezdirmişəm otağı.

Bilirsən, pinti olur

Yalqızların yatağı.

 

Yalqızlar az yuyunur,

Gəlir yalqızlardan iy.

Çayları soyuq olur,

Yeməkləri alaçiy.

 

Çirkli ayaqqabılar,

Dibi yanmış qazança.

Bir qırıq da ümid var

Qayıdacaq haçansa.

 

Yalqız sabaha baxmır,

Arzulayır keçmişi.

Çox misgin mənzərədir

Ev yığışdıran kişi.

 

Hələ bunun gecələr,

İçib ağlamağı var.

Saçın daramamağı,

Saqqal saxlamağı var.

 

Üstəgəl pəncərədən

Gözünü yola dikmək.

Gəlməyini gözləmək,

Qadın həsrəti çəkmək.

 

Dərd ağır, hava da pis,

Ara vermir yağışlar.

Sənə məktub yazıram,

Yazıram ki... Bağışla!!!

 

Aqşin Yenisey

Səslərin sayı: 0
0
373
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!