Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də Prezident İlham Əliyev bununla ilə bağlı sərəncam imzalayıb.
Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenilik yoxdur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, deputat Vahid Əhmədov “Azadlıq Radiosu”na uşaq pullarının bərpasının gündəmdə olduğunu bildirib:
“Bərpanın necə qəbul ediləcəyi, yaxud hansı sistem əsasında götürüləcəyi hesablamalardan asılıdır”.
Vahid Əhmədov onlara uşaq pullarının bərpası haqqında müraciətlərin olduğunu və qanunverici orqanda məsələni qaldırdıqlarını xatırladır:
“Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar yaxud fevralda Prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb - red). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır. Amma neçə yaşa qədər uşaq pulu verilməlidir, o artıq prosedur məsələlər olduğundan, müzakirə edilməlidir. Bir daha deyirəm, biz uşaq pullarının bərpasının tərəfdarıyıq”.
Deputat güman edir ki, hökumətdə bununla bağlı müəyyən təcrübələr öyrənilir:
“Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni, məsələ gündəmdədir”
Vahid Əhmədov daha sonra isə “Hər hansı ölkənin təcrübəsinin tətbiqinin tərəfdarı olmamışam. Azərbaycan müstəqil dövlətdir, əgər insanların bu tələbatı varsa, uşaqların normal, sağlam böyüməsini istəyiriksə, bunu etmək lazımdır”.
Qeyd edək ki, İlham Əliyevin son qərarı ilə müəllimlərin 20, bəzi güc orqanlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin isə maaşları 50 faiz artırılıb. Minimum əməkhaqqı, müavinət və təqaüdlər isə sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı
XƏBƏR LENTİ
Dekor sabunlar təhlükə mənbəyidir
Müdriklər demişlər (1-ci hissə)
Nyu-Yorku siçanlar basdı
Eynəkdən istifadə edən qadınların makiyajı
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Twitter Avropada güclənir
Gənclərin gec evlənməsinin səbəbi məlum oldu
Milli Ordumuzda dəyişiklik
"Çocuklar duymasın" serialı final etdi
Aşura günü yağış yağacaq
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Azərbaycanda sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlandı - SİYAHI
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Rezidenturada 24 plan yeri boş qaldı
Yanıqlar
Ayaqaltı modelləri
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Çəhrayı dabanlara sahib olmaq üçün...
Bakıda daha bir yolda çökmənin səbəbi açıqlandı.
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Qadın barğamını kəsib boynundan asdı
Mehmet Ali Erbilin vəziyyəti ağırlaşdı
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Putindən Qarabağla bağlı AÇIQLAMA
Qış pəhrizi
Kosmosda şəffaf qalaktika kəşf olundu
Konsert həvəskarlarının nəzərinə
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Faydalı 7 məsləhət
Məşhur aktrisadan FOTOsessiya
Göz formasına uyğun makiyaj etmək üsulları
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UДћURLU OLACAQ?
Anormal valideynlər
1 günə 20 min qazandı-FOTO/VİDEO
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Rusiya Qələbə Paradını təxirə saldı
Saçları gözəlləşdirən sadə üsullar
Zəka geriliyi
Kartof salatı (video-resept)
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Sabahın HAVAsı