Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:15aysel hesenli Ona proqram lazım deyil özü elə qocadi 13:46PERI sofi lorende qocalarmis exx((( 12:22Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
40748

Nankor Kerri

 

Nankor Kerri



 

Anamın qoruduğu əşyaların arasında diqqətimi həmişə qəzet, jurnal və kitablar çəkirdi. “Axtarış zamanı” bir dəfə yaşıl üzlü dəftər tapdım. Xatirə dəftəri idi. Ordakı sualları bir-bir nəzərdən keçirəndə “Hansı ədəbi qəhrəmana bənzəmək istəyirsən?” sualı marağıma səbəb oldu. “Ədəbi qəhrəman necə olur?” deyə anamdan soruşdum. Öyrənəndən sonra həmin suala verilən cavabları bir-bir oxumağa başladım. Əksəriyyət Sovet İttifaqı Qəhrəmanlarının adlarını çəkmişdi. Bir nəfər də “Uzaq sahillərdə” filminin Anjelikasına bənzəmək istədiyini qeyd etmişdi. O vaxtından anladım ki, məhz buna görə mütləq yaxşı adam olmaq lazımdır. Sənə bənzəmək istəyənlər olacaq, bununla da cəmiyyətdə xeyirxah insanların sayı artacaq. Anamın xatirə dəftərindən bunu mənimsədim. İndi kitab seçimini mənim öhdəmə buraxan hər kəsə C.Londonun “Martin İden” əsərini məsləhət görməyimin təməli o vaxta söykənir. Hamının Martin kimi olmağa can atacağını düşünürəm. (Yəqin ki, qəhrəmanın intihar etməyini oxuculara aşılayacağımı düşünmədiniz.) Adamların Martin kimi kin-küdurətsiz, xeyirxah, dəyişib inkişaf etməyə meyllənməsini çox istəyirəm. Onun kitabxanaya gedib vacib bildiyi bütün kitabları oxuyub öyrənməklə özünü necə yetişdirməsi mütləq təbliğ olunmalıdır. Kasıb vaxtlarında ona əl tutmayanlara varlanandan sonra kin bəsləmir, əksinə onlara səxavət göstərir. Özünün maddi vəziyyəti çətin olduğu halda, qonşusunun ehtiyacını ödəyir, sevdiyi qızın yanında kasıb görkəmindən utanmır. Tam səmimi və təbii şəkildə onunla söhbət edir. Bu keyfiyyətləri ilə Martin hər kəsdən yüksəkdə durur. Necə sevməyəsən bu əsəri? Amma bu sözləri digər bir əsərin – T.Drayzerin “Kerri bacı” adlı romanının əsas qəhrəmanı olan Kerri haqqında deyə bilməyəcəm. Martinlə Kerri bir-birinə olduqca zidd obrazlardır. Kerinin yaşayış tərzi mənimçün iyrəncdir. O dəbdəbəli həyat arzusu ilə çətinlik çəkməkdən qaçır. Elə əsərin özündə də Kerriyə zidd olan Ems obrazı var və mən onu çox sevirəm.

İnsan ac olanda nə olur olsun yeməyə, qarnını doydurmağa çalışdığından ona yavan çörək də bəs edir. Elə ki, qidalanmaq üçün seçimi çox olur başlayır xörəkləri fərqləndirməyə. Kerri belə bir məqamlardan keçir. Çikaqoya gələndə heç nəyi olmayan Kerriyə Drue kömək edir. Doğrudur, o bunu saf niyyətlə etmir, amma sonda Kerri onu atması ilə heç özü də vəfalı olmadığını sübut edir. Dünya malına həris olan Kerri onu Herstvuda dəyişir. Sonra kasıblayan Herstvudu da çətin vəziyyətdə qoyub gedir, bir gün onu pis vəziyyətdə görəndə belə əl tutmur. (Bütün bu xüsusiyyətlərinə görə Kerrini sevməməyim məni ədalətsiz olmağa məcbur etmir. Kişilərin də ondan istifadə etməsi insanlığa zidd olduğunu qeyd etməliyəm.) Zəhmətə qatlaşmağı sevməyən, daha asan yolla istəklərinə çatmağa üstünlük verən Kerrinin gözünə Herstvud pulu qurtardıqca pis görünməyə başlayır. Bu da bir həqiqəti sübut edir – ailəsini eyş-işrətə, başqa qadınlara qurban verən kişilərin sonu bu cür olur. Ailəsini atdığı üçün bu da Corcun cəzasıdır. Onun üçün xərclədiklərini Kerri Corcdan əsirgəyir. (İnanıram ki, onun yerində azərbaycanlı qadın olsaydı işləyib, bütün çətinlikləri öz üzərinə götürərdi.) Kerri nankordur.

 

Nankor Kerri



 

“Təcrübə yolu ilə isbat edilmişdir ki, şənlik və zövqün xeyirli hissi faydalı, kimyəvi maddələr-anastatlar əmələ gəlməsinə səbəb olduğu kimi uzun müddət dərd çəkməkdən qanda xüsusi zəhərlər katastatlar əmələ gətirir” Bu sözlər də həmin əsərdəndir. Görünür, Drayzerin bu əsəri yazmaqda ideyası bu olub – kef çək yaşa, zəhərli katastatdan uzaq ol. Bəlkə də, əvvəldən bu fikirin təbliğatçısı olmağı qərarlaşdırıbmış. Əsərdə bəyəndiyim, reallığı əks etdirən bir fikir var – “Enişə doğru yolun dayanacağı az olur”. Yazıçı bunu gözəl deyib. Zirvəyə qalxmaq çətin olsa da, ordan enmək çox asandır. Bütün bunlarla yanaşı hər iki əsər həyatın özüdür. Oxumağa dəyər. Baxır kim ordan özü üçün nə götürəcək.

Pərvanə Bayramqızı

Səslərin sayı: 1
2
697
Digər yazılar
Şərhlər
Offline
Ayla Ayla
Ailəsini atdığı üçün bu da Corcun cəzasıdır. Onun üçün xərclədiklərini Kerri Corcdan əsirgəyir. (İnanıram ki, onun yerində azərbaycanlı qadın olsaydı işləyib, bütün çətinlikləri öz üzərinə götürərdi.) Kerri nankordur.
23 iyun 2019 15:25
Offline
PERI
Bütün bunlarla yanaşı hər iki əsər həyatın özüdür. Oxumağa dəyər. Baxır kim ordan özü üçün nə götürəcək.
23 iyun 2019 12:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!