Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Gələcəyə doğru” adlı məzun gecəsinin iştirakçılarını təbrik edib.
Qadin.Net xəbər verir ki, təbrikdə deyilir:
“Əziz məzunlar, hər birinizi salamlayır və məzun olmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq və qayğısız məktəb illəri ilə vidalaşırsınız.
Məktəbdən məzun olmaq hər bir insanda təzadlı hisslər doğurur. Bu gün siz uzun illər təhsil aldığınız məktəbdən, müəllimlərinizdən və sinif yoldaşlarınızdan ayrılırsınız. Eyni zamanda, bu gündən etibarən müstəqil həyata, taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyursunuz.
Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.
Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir.
Əziz dostlar!
Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu sadə həqiqəti gözəl dərk edərək, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir.
Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Nailiyyətlərimiz göz önündədir. Lakin qarşıda bizi hələ yeni hədəflər gözləyir, üzümüzə geniş üfüqlər açılır. Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq!
Bir daha sizi məzun günü münasibətilə təbrik edir, sonrakı təhsilinizdə və fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Yolunuz açıq olsun!”
XƏBƏR LENTİ
Həm düşünək, həm gülək
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Nazirlər Kabineti rəsmisi kreditlərin ödənilməsi məsələsindən danışdı - RƏSMİ
Maraqlı dəstlər
Boyat çörəklər yenidən süfrəmizə qayıdacaq
"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
Azərbaycanda alimlərə müjdə: eviniz olacaq
Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?
İrina Şeykin gözəllik sirləri
Moda qurbanısınızmı?
Bakının bu ərazisində 3 gün qaz olmayacaq
Tanış olun: Mercedes-Benz B-Class Electric Drive
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi həyata keçirilib
Sükan arxasında telefonla danışa bilməyəcəklər - Yeni qurğu
Ağdamın Cümə məscidinə həkk olunmuş, bu günlə səsləşən “Quran” ayələri - FOTO
Ancelina Colinin geyimi bu dəfə bəyənilmədi - FOTO
Analar üçün effektiv məşqlər
Sabahın HAVASI
Bu günün hava proqnozu
Yuxu yozmaları - D
Bakıda yeni yol nişanları quraşdırılır
Əliyev nazirləri topladı
Paltarın bəzəyi - güpür
Mebelləri silmək üçün təbii məhsul
Günün qoroskopu: işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür
Alzheimer və unutqanlıq arasındakı fərq
Qubadlının işğalından 21 il ötür
5 ay əvvəl okeanda azan qadınlar sağ tapıldı!
Bu qapı qiyamətdən sonra açılacaq
Kərə yağı alarkən nəyə diqqət yetirməliyik?
Şahzadə Harridən toy öncəsi GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO
ABŞ Azərbaycan millisinə 2 verdi
Antibiotiklərin 4 əks təsiri
Yayda hamiləlik dövrünü rahat keçirmək üçün..
"Qadin.Net"-lilərin bəzəkli küknar ağacları
"Sağlam yolla çəkinizi artırın"-2
Azyaşlı bacısını satışa çıxardı - FOTO
Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO
Məşhur müğənninin başı dərddədir-SƏBƏB-FOTO
İran prezidenti Bakıya rəsmi səfərə gəlir
Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
Dünyanın ən təmiz gölü
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
O da "Çukur"da olacaq
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Gündəlik dəbli koftalar
Kükü (foto resept)
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
"Barselona"nın ulduzu türklərdən üzr istədi