Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17 iyun 15:46aysel hesenli Siz kef edin biz imtahan verək bumu ədalət? Off
40607

"Mən səni unuda bilmərəm axı" Nüsrət Kəsəmənli

 

Mən səni unuda bilmərəm axı

"Mən səni unuda bilmərəm axı" Nüsrət Kəsəmənli

Mən səni unuda bilmirəm axı,

Unutsam, nələri unudam gərək!

Göylərə baxmışıq aylı gecədə,

Unutsam, göyləri unudam gərək!

 

Dənizi unudum, ya dalğaları?

Xatirən yadımdan çıxaydı barı...

Payızda xəzanı, qışdasa qarı,

Baharda gülləri unudam gərək!

 

De, necə unudum mən səni, necə?

Sevgi durna deyil, payızda köçə,

Yuxuma gəlirsən mənim hər gecə,

Ayları, illəri unudam gərək!

 

Sənin xəyalındır həsrətlə baxan,

Adındır hər saat qarşıma çıxan,

Qarışıb şəklinə gözümdən axan

Yağışı, selləri unudam gərək!

 

Sinəmdə peşiman ürəyim qaldı,

Uçdun, əllərimdə lələyin qaldı,

Nələri itirib, bax nəyim qaldı,

Nələri, nələri unudam gərək...

 

Nüsrət Kəsəmənli

Səslərin sayı: 0
0
237
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!