Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyun 22:34aysel hesenli Afroditi də gedə bilər.Çempiyon məncə Yusuf olacaq 18 iyun 17:55Surayye Mence Kiryakos gedecek bes sence? 18 iyun 17:55Surayye Ayla nerdesin kiz?De gorek bu gece eve kim gedecek
40612

"Amazon"un təsisçisindən maraqlı test-FOTO

"Amazon"un təsisçisindən maraqlı test-FOTO


"Amazon" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Ceff Bezos "re:MARS" konfransı çərçivəsində Britaniyanın "Shadow Robot" şirkətinin yaratdığı "Dexterous Hands" robot əllərini sınaqdan keçirib.

Qadin.Net teleqraf-a  istinadən xəbər verir ki, insan ovcunu imitasiya edən manipulyatorlar müxtəlif parametrləri izləyən və 24 hərəkət tipini yerinə yetirən 129 quraşdırılmış ötürücüyə malikdir. Konfrans zamanı onlar "SynTouch" şirkətinin "HaptX" əlcəyi vasitəsilə məsafədən manipulyatorları idarə etməyə imkan verən "BioTac" toxunuşla hiss edilən ötürücüləri ilə birləşdirilib.

R.Bezos robot əllərin köməyi ilə plastik stəkanı stəkan qalaqlarının üstünə səliqə ilə qoyub, oyuncaq topu bir əldən digərinə ötürüb, daha sonra onu digər şəxsə verib, sonda isə manipulyator vasitəsilə oyuncaq piramidanın yuxarı detalını çıxarıb. Bundan başqa, "Rubik kubiki" oyunu masa üzərinə qoyulsa da, kadrda onunla bağlı baş verənləri görmək mümkün olmayıb.

"Shadow Robot" şirkətinin idarəedici direktoru Riçard Uolkerin sözlərinə görə, texnologiya təhlükəli əmək şəraiti ilə əlaqədar sahələrdə tətbiq edilə bilər. Məsələn, robot əlləri radiasiya səviyyəsinin yüksək olduğu zonalarda iş zamanı istifadə etmək mümkündür

"Amazon"un təsisçisindən maraqlı test-FOTO

"Amazon"un təsisçisindən maraqlı test-FOTO

"Amazon"un təsisçisindən maraqlı test-FOTO


Səslərin sayı: 0
0
39
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış