Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyun 22:34aysel hesenli Afroditi də gedə bilər.Çempiyon məncə Yusuf olacaq 18 iyun 17:55Surayye Mence Kiryakos gedecek bes sence? 18 iyun 17:55Surayye Ayla nerdesin kiz?De gorek bu gece eve kim gedecek
40612

Bakıda təkrar mənzillər ucuzlaşdı

Bakıda təkrar mənzillər ucuzlaşdı


Bu ilin aprel ayında Bakının təkrar mənzil bazarında qiymətlər mart ayı ilə müqayisədə 1,1 faiz azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 2,9 faiz artıb.

Qadin.Net trend-ə istinadən bildirir ki, bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu ilin aprelində mənzilin bir kvadrat metri üçün orta qiymət 990 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 962 dollara bərabər olub:

"Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin aprelində bir kvadrat metr üçün 754 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 777 dollar olub".

Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 36,8 faizi üçotaqlı, 31 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.

Dörd və daha çox otaqlı mənzillərin payı 8,11 faiz təşkil edib.

Bakıda təkrar mənzillər daha çox Nəsimi (28 faiz), Yasamal (23 faiz), Xətai və Səbail rayonlarında (10 faiz) satışa çıxarılıb

Səslərin sayı: 0
0
41
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış