Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:20Xəyalə Murad Cüməniz mübarək! 09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40760

Bıçaq sümüyə dirənəndə və ya şəhərimizin üz qaraları

 

Artıq o həddə çatdırıblar ki, üz tutduğumuz hər hansı bir ictimai yerdə onlara rast gəlməyəndə təəccüblənirik. Üst-başı çirkdən, dərisi bir az günəş şüalarından qaralmış, bir az da anadangəlmə qara olan məktəb yaşlı, amma məktəbə heç bir gediş-gəlişi olmayan uşaqları, mərhəmətli insanların ürəyinə yol tapmaq üçün özlərini əlilliyə vuran cavan oğlanları, qucaqlarındakı körpə uşağı baş-beynini aparmaması üçün uyuşdurucu maddə ilə yuxuya verən gəlin və qızları, özlərini xəstə, “dindar” kimi insanlara sırımağa çalışan ağsaqqal və ağbirçəkləri daxilən olmasa da, obraz baxımından hamımız çox yaxşı tanıyırıq. Tanımağımıza rəğmən hər dəfə onların tələsinə düşən də elə bizlər oluruq. Bəli, düz başa düşdünüz, söhbət şəhərin canına qarışqa kimi daraşan və günü-gündən sayları artmaqda olan dilənçilərdən, daha doğrusu, qaraçı dilənçilərdən gedir. 

 Qaraçı dilənçilərin ən çox yayıldığı məkanlar  insanların sıx toplaşdığı küçə və parklar, avtobus dayanacaqları, ticarət mərkəzləri, universitetlərin və digər təhsil ocaqlarının ətrafıdır. Maraqlısı budur ki, hər bir məkanın öz “işbazları” var və hər dəfə həmin məkana yollananda eyni üzlərlə qarşılaşır, eyni səsləri və artıq öz aralarında şablona çevrilmiş eyni cümlələri, eyni ifadələri, eyni xitabları eşidirsən. Daha insanın üzü-gözü öyrəşib. Ona görə öyrəşib deyirəm ki, heç olmasa əvvəllər onlarla qarşılaşmamaq üçün əlimdən gələni edirdim. İndi isə onları sadəcə görməzlikdən gəlir, sözlərini qulaqardına vururam.

Metronun "Elmlər Akademiyası" stansiyası tərəfinə yolum daha çox düşdüyündən oradakıları daha yaxşı tanıyıram. 4 il ərzində metrodan universitetədək olan cəmisi 50-60 kilometrlik yolda  çox şey dəyişsə də, buradakı dilənçilər dəyişmədi ki, dəyişmədi. Daha doğrusu, nəzərə çarpan bir dəyişiklik var ki, bu da onların sayının artmasıdır. Burada hər kəsin konkret olaraq öz “iş yeri” var. Öz kobud səsi ilə çoxdan tələbələr arasında məhşurlaşmış bir qadın hər gün universitetdə dərslərin başlamasına az qalmış öz köhnə döşəkçəsini yolun kənarına qoyaraq işə başlayır. Qadın elə yüksək səslə “yardım” diləyir ki, yanından ötüb keçəndən xeyli vaxt sonra da səsi adamın qulaqlarında cingildəyir.  Baxırsan ki, sağlamlığında heç bir problem yoxdur. Maşallah, çoxumuzdan sağlam görünür. Əli-ayağı  hələ də iş tuta biləcək vəziyyətdədir. Üst-başınada ki, söz ola bilməz. Ən azı kəndimizdəki nənələrimdən heç də geri qalmır.

 

Bir dəfə jurnalist tələbələr üçün təşkil olunan kurslardan birində iştirak edirdim. Hərəmizə bir süjet çəkmək tapşırığı verilmişdi. Yox-yox, yanlış anladınız deyəsən. Mənim süjetimin mövzusu dilənçilər deyildi. Bu mövzunu rəfiqəm seçmişdi.  Əlbəttə ki, mən də ona öz köməyimi göstərməliydim. Odur ki, çəkiliş üçün adıçəkilən küçəyə yollanmağı təklif etdim. Yayın cırhacır vaxtları idi. Məkana çatanda uzun sürən axtarışdan sonra burada bir dənə də olsun dilənçiyə rast gəlmədik. Səbəb çox sadə idi. Tələbə və müəllimlərin yay tətili olduğundan dilənçilər də ya istirahətə getmişdilər, ya da məkanlarını dəyişmişdilər.

Bu yaxınlarda avtobusla yuxarıda adını çəkdiyim ərazidən keçməli oldum. Buradakı dayanacaqda bir nəfər cavan oğlan əlində əsa axsaya-axsaya avtobusa qalxıb xəstə, imkansız olduğunu söyləyərək sərnişinlərdən kömək istəyirdi. Bu simanı dərhal tanıdım. Artıq illərdir ki, insanları dolandırmaqla məşğuldur. Özü də eyni ərazidə. Buna rəğmən, bir neçə şəxs ona öz “yardım” əllərini uzatdılar. Tutaq ki, həmin insanlar ilk dəfəydi bu ərazidən keçirdilər. Hərçənd, bu, çox kiçik ehtimaldır. Bir müddət öncə  bu oğlanı telekanallardan birində ifşa etmişdilər. Kameranın onu izlədiyini görən bu şəxsin niyəsə birdən-birə ayaqları açılmışdı. Adam əməlli-başlı qaçırdı. Özü də fırıldaq vasitəsi olan əsasını əlinə alaraq. Bəs bu fakta nə deməli? Avtobusda ikən diqqətimi çəkən bir məqam da oldu: sərnişin xanımlardan biri bu şəxsə pul uzadarkən qəfildən pul əlindən yerə düşdü. Adam dərhal “əlilliyini” unudaraq çox asanlıqla əyilib pulu yerdən götürdü.  Maraqlısı budur ki, bu kiçik nüans heç kimin diqqətini çəkmədi.

Elə həmin dayanacaqda tez-tez rast gəldiyim yaşlı, sözün həqiqi mənasında ağsaqqal bir kişidən söz açmaq istəyirəm. Başına molla əmmaməsi keçirib, bir əlində təsbeh, o biri əlində əsa olan bu kişi cahil insanlara özünü dindar kimi qələmə verir. Halbuki, azacıq da olsa dini savadı olan bir insan onun hansı dindarlardan olduğunu, hansı yolun yolçusu olduğunu dərhal anlayar.

Küçə və parklarda dilənən, üst-başı çirk içində olan yeniyetmə qızlara isə insanın ürəyi yanır. İstənilən parkda onlara rast gəlmək mümkündür. Parkda gəzdiyin yerdə bir də görürsən qəfildən 4-5 nəfər birdən adamın üstünə düşür ki, “sən filankəsin canı bir nəzir pulu ver”. Əminəm ki, bu kimi ifadələrlə insanlara yalvaran qızcığazlar  həmin ifadələrin heç mənasını da başa düşmürlər. Təkcə "pul"  sözündən savayı. Bu tipli ifadələri isə, əlbəttə ki, onlara “böyükləri” öyrədib.

Hərdən mətbuat səhifələrində dilənçilərlə bağlı kiçik həcmli xəbərlərə rast gəlirəm. Amma bu xəbərlər sadəcə bir neçə dilənçinin tutularaq polis bölməsinə gətirildiyini, cərimələndikdən sonra onların azad buraxıldığını əks etdirir. Maraqlıdır, görəsən polislər onların yenidən həmin işlə məşğul ola biləcəyi ehtimalını necə sıfırlaya bilirlər? Cəmiyyət arasında polisin onlarla əlbir olduğu, hər axşam dilənçilərin polisləri “gördüklərinə” dair şaiyələr gəzir. Nə deyim, nənəm demişkən, imanımı yandıra bilmərəm. Belə də ki, bir balaca dərin düşünsək, azacıq da müşahidə qabiliyyətimiz olsa, bu şayiələrin həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq elə də çətin olmaz. Küçə və parklarda insanlardan pul qoparmaq üçün min cür həyasız yollara baş vuran, insanların qorxaqlığından, fağırlığından, savadsız olmalarından istifadə edib min bir əziyyətlə qazandıqları pulu mənimsəyən, bu baxımdan özlərinə sərf edən məqamları asanlıqla görən polis necə olur ki, dərs vaxtı əslində məktəbdə biliklər öyrənməli olan, amma küçələrdə dilənən körpə uşaqları, insanları dolandırmaqla məşğul olan cinayətkarları görə bilmir? Bəlkə elə bu polislər özləri onlarla əlbirdirlər?



Bütün günahı polislərin üzərinə atıb özümüzü quruya çıxarmaq böyük ədalətsizlik olardı. Əslində elə vəziyyəti bu həddə çatdıran ən böyük günahkarlar biz özümüz deyilikmi? "Bizim günahımız nədir?" deməyin. Yaxşıca düşünün. Əgər biz hər önümüzə çıxan qaraçıya cibimizdəki olan-qalan xırda pulumuzu, bəzən hətta xəstəliyini bəhanə edənə iri pullar  verməsəydik, onları şirnikləndirməklə bu dırnaqarası peşəyə öyrəşdirməsəydik, oların sayı bu həddə çatardımı? Məgər hər önümüzə çıxıb çörəkpulu istəyənə pul vermək bizim borcumuzdur? Çörəkpulu demişkən, yadıma tanışlardan birinin başına gələn bir hadisə düşdü. İcazə verin ərz eləyim: Tanışım yol gedərkən küçənin ortasında cavan bir dilənçi xanım (əgər ona xanım demək mümkündürsə) ona yaxınlaşaraq çörəkpulu istəyib. Adam təsadüfən mağazanın qarşısından keçirmiş. Dilənçidən gözləməsini xahiş edib. Sonra mağazaya girərək 3 ədəd isti zavod çörəyi ilə qayıdıb. Çörəkləri dilənçiyə uzadan tanışım bayaqdan ondan pul qoparmaq üçün yazıq sifəti almış dilənçinin üz ifadəsinin dərhal dəyişdiyini görüb. Dilənçi çörəkləri geri itələyərək adamı biədəb söyüşlərlə təhqir edə-edə hadisə yerindən uzaqlaşıb. Məncə, yaxşı üsuldur. Şübhəsi olanlar buyurub sınaya bilərlər. Yadımdadır, uşaq vaxtı həyətimizə dilənçi gələrkən anamın xırda pulu olmayanda dilənçiyə evdə olan qənddən, kartof-soğandan, bir sözlə, Allah verəndən kağıza büküb verərdi. Dilənçi isə bunun əvəzində hamımız üçün dua edərdi. Artıq belə dilənçilərin vaxtı çoxdan keçib. Hardan ağlımıza gələrdi ki, vaxt gələcək belələrini gündüz vaxtı çıraqla axtaracağıq. Artıq bıçaq sümüyə dirənib. Məgər çıxışlarının əvvəlində də, sonunda da ölkənin hər baxımdan inkişafından dəm vuran dövlət məmurları vəziyyətin  hansı yerdə olduğunu görmürlərmi?

Yuxarıda bəhs etdiyim  küçədə mən yalnız bir nəfərin səmimiyyətinə etibar edə bilirəm. Bu adam ayaqlarının ikisini də itirib. Yolun kənarında sakitcə durur. Bu qədər vaxt ərzində bircə dəfə də olsun səsini eşitmədim. Əvvəllər bu adamın lal olduğunu düşünürdüm. Ta o vaxtadək ki, bir nəfər ona pul verərkən sakit səslə təşəkkür etdiyini eşitdim. Həyasından, utandığından adam az qalırdı ağlasın.

Sonuncunu ona görə danışmadım ki, hamınız həmin adamı görəndə pul verəsiniz. Ona görə danışdım ki, qurunun oduna yaş da yanmasın, bəzi üzdəniraqların hesabına  həqiqətən ehtiyacı olan insanlara qara yaxmayaq və bu üz qaralarına görə həqiqi ehtiyacı olan insanlar məhv olmasınlar. Əlbəttə ki, onları bir-birindən ayırd edə bilsək.  

Səslərin sayı: 17
65
10015
loading...
Şərhlər
Offline
Selvi
MENIM O USAQLARA YAZIGIM GELIRE,O USAQLARIN GUNAHI NEDIRE O USAQLARA SIZ BELE ZULM VERIRSIZ.IMZA HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR...
8 oktyabr 2012 16:31
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Milay
Menim o uwaqlara yazigim gelir eeeeeee,gorusuz dolana bilmirsiz,o uwagin gunahi nedi axi dunyaya getirib eziyyet verirsiz onlara angry
21 mart 2012 01:57
Offline
Gunel Alizade
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
22 yanvar 2012 20:21
Offline
J e a l o u s y
ALLAH BILEN MESLEHETDI HERE BIR CUR YASAYIR.AMMA BUNLAR YASAMIRLAR SURUNURLER.ALLAH ADAMI BU GUNE QOYMASIN!!!
26 oktyabr 2011 15:55
Offline
leylahuseynova
Bir Hind kinosuna baxmışam qaraçılar haqqında . Orda uşaqların başına açılan müsibətlərdən sonra insanın qaraçılara heç inanmağı gəlmir nəsə
17 oktyabr 2011 12:29
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
yekta
Sitat: mexbube
Hind filmi Xarabaliqdan cixan milyoncu

o filmi mən çox sevirəm. çox real əks olunub hər şey
12 oktyabr 2011 13:42
Offline
Mexbube
men hec kime inanmiram bu dilenciler seherin caninna yayiliblar onlarla tez-tez rastlasiram Hind filmi Xarabaliqdan cixan milyoncu filmine baxdiqdan sonra her seye emin oldum
12 oktyabr 2011 13:33
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
11 oktyabr 2011 17:30
Offline
أحبك
Men qaracilardan coxxxx qorxuram , ne desen ederler adama , duzu bezen adamin yazigi gelir amma başima gelen bir ehvalatdan sonra hec onlara yaxin duşmek istemirem ustume gelende de yolumu deyişirem , men Rusuyada yaşayirdim , qapini qaraci doydu dekabir ayi idi , mene dediki pul , ve ya corek ver uşaq acdi , heqiqi yazigim geldi , getdim kuxneden corek goturdum , arasinada kotlet qoydum , bir azda pul verdim getdiler, ustunden bir az kecmiş maqazine gedesi oldum , paltarimi geyinib cixmaq istedim , koridorda veşelkada gordum ki ne papagim var, nede elceklerim, demek men kuxneye kecen vaxti bunlari goturubler hec xeberimde olmayib , indi uzu hec bir dilenciye qapi acmiram daha.
11 oktyabr 2011 16:42
imza: فراق
Offline
Senuber
dilencilere pul vermek islami baximdan da beyenilmir. pulu ancaq cox htiyaci olan, işlemek qabiliyyeti olmayanlara vermek olar. bu cur hayasiz qaracilar ise vermek olmaz.
10 oktyabr 2011 19:38
imza: Imza: Selma ve Faruqun annesi
Offline
yekta
weyla,
inan eyni ehvalat menim de basima gelib qrup yoldaslarimla mende de :) Yakanin ne cekdiyini bilirem, o yasadigini men de yasamisam ;)
10 oktyabr 2011 19:37
Offline
sedda
bazara girmek mumkun dejil bunlarin elinden.
10 oktyabr 2011 19:36
Offline
Weyla
Sitat: AZS
Qaraçilar çox tehlükeli adamlardir .

Bir defe Yakayla dersden cixib Elmlerin baginda gezirdik qamburqer yeye-yeye.Birden bu qaracilardan 12-13 yawli oglan uwagi yanimiza gelib birinci pul istedi,biz de bir az zarafatlawdiq onunla,sohbet etmek istedik,(telebede pul ne axtarir??? wink ) oglan gordu bizden bir wey cixmir Yakanin elinden qamburqeri alib qacdi... lol O zaman cox gulmuwduk bu hadiseye,amma indi fikirlewende acinacaqli hal imiw sen deme,evvelden deseydi ki,acam biz boyuk memnuniyyetle elimizdeki yemeyi obna vererdik ikimiz de...
10 oktyabr 2011 19:30
Offline
AZS
Qaraçilar çox tehlükeli adamlardir . Bir defe bacimla eve gelirdim bir qaracinin qizi yaxinlasdi pul istedi , men de fikir vermedim yoluma davam eledim. Başladi and icmeye ki qolbagini mene ver çox abirsizdilar, (üzr istiyirem ifademe göre) sonra bacim üstüne çığırdı bacımı ele iteledi ki. O uşağın geleceyi ne olacaq?-ya oğru,ya da dilençi. Teşekkürler çox yaxşı mövzuya diqqetvyetirmisiniz.

Men qaraçılara pul vermirem,amma eli qolu olmuyan yeni işleme qabiliyyetini itirmiş şexslere verirem.
10 oktyabr 2011 19:18
Offline
Mila Sh - zade
HELE MEKTEBDE OXUYURDUM QAPIMIZA BIR QADIN GELMIŞDI, OVAXTIN 250 MANATI VARIYHA ONNAN VERDIM, EVDE HEC KIM YOX IDI, BIR AZ KECDI ACDIM QAPINI GORDUMKI PUL YERDE BEYENMEYIB KIŞININ QIZI ATIB YERE GETMIŞDI. ONDA ANLADIMKI BELELERI EHTIYACDAN YOX BEKARCILIQDAN BU IŞI GORURLER.
BIR TANIŞIMIZ VAR AND AMAN EDIRDIKI BIR ŞEHERDE PARKDA DILENEN QARACININ HANSISA RAYONDA 3 MERTEBE VILLASI VARDI.
NEBILIM BELELERINI NE QINAYIRAM NEDE GULUREM,NEDE KI BAŞQA BIR ŞEY, SADECE ALLAH BELE HALLARA SALMASIN ADAMI DEYREM.

UŞAQLARINDAN ISIFADE EDEREK BU YOLLA PUL QAZANANLARA ISE ALLAH INSAF VERSIN DEYREM.
10 oktyabr 2011 18:59
Offline
Terane
men de evveller verirdim.....bir defe bir sikeste pul verdim.pulu goturenden sonra oldu saglam...menden berk yeridi.......ondan sonra tanimadigim adama pul vermirem....
10 oktyabr 2011 18:44
Offline
inci_ok
eli ayagi "duz" olan dilencilerden men de yaraliyam,inistutun heyetinde o qeder dilenci usaqlar var ki,hamisini da oyredirler ki,elini torpaga vur paltarlarina yax ki,pul versinler,hetta beziler telebe qizlarin cibine girib pul qabilarini gotururduler ozu de polisin yaninda angry
bir defe de dayanacaqda durmusdum,dilenci usaqin anasi ona dedi ki,get 20qepik de dilen ozume aliram sene de marojna alim,-dehset winked
10 oktyabr 2011 14:58
Offline
gulyaz
Fatma,
bunlarin koku yevlaxda olurda deyesen onlar ucun orda bir is yeri teskil eleseydiler belke seherden bunlar yigisardilar
10 oktyabr 2011 14:12
Offline
Gülüm
ehh bunlardan daniwmiyin eeeeee.
10 oktyabr 2011 13:13
Offline
duygu
DILENCILERE PUL VERMIREM.AMMA FIZIKI QUSURU OLANLARA PUL VERIREM.HANSI KI ISLEYE BILMEZ. MARAQLI MOVZUYA TOXUNMUSUNUZ.TEWEKKURLER.
10 oktyabr 2011 12:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • "Instagram"da DƏYİŞİKLİK

    Bu gündən etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada "Instagram" istifadəçilərinin paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək.
  • Məşhur müğənni Həbs Olundu-SƏBƏB

    Bu gün İstanbulda 16-cı Cəza İdarəsi sənətçiyə ertələnməmək üzrə 11 ay 20 gün həbs cəzası verib
  • Serenay Sarıkaya çimərlik FOTOsunu paylaşdı

    Onun şəklini 15 dəqiqə ərzində 100 min insan bəyənib.
  • Kraliça özünə aşbaz axtarır-FOTO

    Qeyd edək ki, aşpaz kraliça ilə birgə sarayda yaşayacaqQeyd edək ki, aşpaz kraliça ilə birgə sarayda yaşayacaq
  • 02:10 - Müəllif: MirarobSW
    Hüquqşunas məsləhəti (398)

    Hüquqşunas məsləhəti

    Best adult site for you. Whore online mobile porno with Best sluts red head teen porn pics shemale pics in stocking porn gallaries women rocking on a hard cock full ebony porn flash clips free porn site story web sheridan college girl for sex toronto hard cocks and tiny holes hollywood celebrities who made adult films flavor of love girls asses free stream hentai friends mom whats the best sex positions hot cumshots big tits cock dick angelina jolie nude scene movies list free ameture video porn chat hot s c moms xxx how a girl matures sexualy assemblies of god and masturbation real teen exgirlfriends free movies cathys smoking transvestite home page Nude girls in white stockings free pictures of woman spreading pussy whores get spanked and ass fucked how to strip a sleeping person sex in city of national city men over 60 with shaved cocks heating fully cooked turkey breast off pantie showing teen their free black porn no credit cards nude latina teens videos rad http://saudiarabiaorganic.com/pumping/http://tpares.com/ass-fingering/http://tpares.com/pumping/http://tpares.com/doctor/http://litclub.info/couch/http://saudiarabiaorganic.com/swallow-cum/http://kustomkidsbedding.com/doctor/http://sorceryandspirit.com/swallow-cum/silicone-lube-anal-sex.phphttp://litclub.info/nylon/http://tpares.com/couch/kamidia-radisti-bikini.phphttp://sorceryandspirit.com/puffy/http://tpares.com/puffy/tara-lipinski-bikini.phphttp://saudiarabiaorganic.com/british/curvy-asian-asses.phphttp://tpares.com/european/bikini-college-pics.phphttp://sorceryandspirit.com/cougar/ Free nude young old man photos sorted by categories: horny young babes black girls curvy teenagers naked college teen and other xxx old man young sex galleries updated daily. The Best List of CELEBRITY PORN Videos. FREE CELEBRITY sex videos tapes and movies Scanlal XXX - The dirtiest website on the internet. Wet and messy fetish videos. Free wam video downloads and pictures. Sploshing wetlook clothed naked and hardcore sex. Slippery wrestling catfights pies in the face gunge dunk tanks quicksand sinking soapland nuru massage wrestling in pudding and jello and mud. With site listings events post blogs wiki and personal classifieds. We have an obsession with male models just like we do with male celebs. Brad Kroenig is our latest man crush especially after seeing these fully nude pics of him. The thirty-one year old has done fashion modeling for some of the biggest named companies in the world and always looks incredible. 3 apr. Bekijk het bord "open cup lingerie" van r op Pinterest. Meer ideeГ«n over Beautiful women Bra en Open cup bras. bekijken. NSFW Hot women and stuff I like. I dont post hard porn or naked men (sorry ladies). Witness the most sexy and sensual babes pictures galleries. Cummy mouthed granny blow free sex video. This menus updates are based on your activity. The data is only saved locally (on your computer) and never transferred to us. Cheap Female Cialis with Bitcoin information on the cervical cancer shot do lithium life-long batteries really work cinnamon allergy oral kenyan recycled bottle caps walgreens vitamin d3 Buy Female Cialis in Benin Porto-Novo breast cancer cystal bracelet vitamin b6 food sources live smart sa cancer council vcog cancer council is cancer painful lesson plans apostrophe solaris service plan.
  • Demet Akalın izləyicilərini hədələdi

    Vallah da nə qədər olar e
  • Məşhur serial FİNAL edir-FOTO

    51-ci bölümdə final edən serialın isə hansı sonluqla bitməsi izləyicilərin marağındadır.
  • Qarın yağlarını əridən buzlu yaşıl çay

    Hamiləlik dövründə içmək olmaz.
  • Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO

    Yekə adamam mən belə butulkada məktub tapmağı arzuluyuram. Bəxtəvər
  • Keçmiş ərindən Hülya Avşara jest

    Bunlar yenə bir yerdə qalır?
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!