Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının iyunun 5-də qeyd olunacağını elan etsə də, bəzi sosial şəbəkə istifadəçiləri iyunun 4-də Ayın göründüyünü iddia edib. Bu isə oruc tutan insanları əndişəyə salaraq, "orucu açaqmı, açmayaqmı" sualları qarşısında qoyub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Modern.az-a açıqlamasında deyib ki, iyunun 3-də Ay görünməyib:
"Ay bu axşam görünəcək".
Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:
"Xüsusi proqnozlaşdırmalarla hələ 3-5 min il sonra üçün də dəqiq proqnoz verə bilirik. Ona görə də əminliklə deyirəm ki, Ay bu axşam görünəcək. Axşam Günəş batdıqdan (gün saat 20:06-da batır) 1 saat 2 dəqiqə sonra da Ay batır (21:04-də). İyunun 4-ü axşam saat 21:20-21:30 radələrində Qərb tərəfdən üfüqə (üfüq açıq olmalıdır) baxsanız, özünüz də yeni Ayı görəcəksiniz".
Direktor müavini bu axşam Ayın adi gözlə müşahidə ediləcəyini vurğulayıb:
"Bəzən Günəş batandan yarım saat sonra Ay da batır. O anda Ayı adi gözlə görmək çox çətin olur. Bu məqamda Ayı görmək üçün professional olmalısınız. Amma teleskoplarla rahat görünür. Bu axşam isə vətəndaşlar yeni doğulmuş Ayı adi gözlə görə biləcəklər. Mən hər birinizi əmin edirəm. Heç bir fikir ayrılığından söhbət gedə bilməz".
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır, bu tarixlər iş günü deyil
XƏBƏR LENTİ
Bakıda kirayə mənzil problemi yaranıb
"Uşaqlar üçün bildirçin yumurtasının faydaları "
Əmzik
Əsil həyat irəlidədir
Toyda iştirak edən 250 nəfər KARANTİNƏ ALINDI - VİDEO
Azərbaycan prezidenti 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında
"İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlandı
Yeni ilin astanasında: Küknar ağacları bəzədiləcəkmi? - VİDEO
"Oskar" arzusu ürəyində qalan ulduzlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ən mükəmməl Hellouin makiyajları
Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi
İranda sutkada 300 nəfər ürək-damar xəstəsi dünyasını dəyişir
Make up (foto dərs)
Rusiyanın Qarabağ təklifi: 5 rayon qaytarılacaq
Hürrəm Sultan aparıcının ulu nənəsi imiş
Sirroz
Ölkə ərazisində qar yağacaq
Alovdakı dizayn
Demet Akalın 1 saatda 45 min xərclədi
Emo stili
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?
Bakıda metro terrorundan 20 il ötür
Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO
Möhtəşəm üzük modelləri
İvana Sert çimərlikdə diqqət çəkdi-FOTO
Koronavirusla bağlı SON STATİSTİKA
Yeni Chevrolet Volt
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
Dəbli paltolar
Azərbaycanda daha 55 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Əzələli rus Barbie - FOTO
Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - VİDEO
90 yaşında məzun olanlar
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Melisa Aslı Pamuk yeni serialda
Bakı 4-cü yerdədir
Günəş işığı - qida ilə birlikdə
Köhnə trend geri qayıtdı: İlan dərisi
Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq
Birinci sinfə qəbulda yenilik
“Mall”arda bu obyektlər işləyə bilər - RƏSMİ
Madonnanın gözəllik sirləri
Sarıkökün faydaları
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
BÜRCLƏR bizə nə vəd edir?-12 İyul
Prezidentdən manat açıqlaması
Məşhurların gözəllik və sağlamlıq sirləri
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası