Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:46aysel hesenli Siz kef edin biz imtahan verək bumu ədalət? Off 12:46Sima yaxsiligdi sukur ders qurtarib kefdeyik) 12:46Surayye Qorxma Survivoru ağ yuyub qara sərirəm 12:46Surayye Ayla canım mesajda bax nələr yazdım nələr 12:40Surayye Salam canım sen necesen? 12:28Sima salam hervaxtiz xeyir 09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Nettlilər! 09:04Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram!
40607

Damla şirniyyatı (foto-resept)

 

Tərkibi:

 

2 ədəd yumurta (birinin sarısı üstü üçün)

1 çay st manna yarması

1 çay st pudra şəkəri

1 çay duru yağ

1 çay st qatıq

150 qram əridilmiş marqarin və ya kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

1 çimdik karbonat

1 ç/q sirkə

4,5 su st un 

 

İçlik üçün

1 kasa çəkilmiş qoz içi

 

Şərbət üçün:

3 su st şəkər

3.5 su st su

1 neçə damla limon suyu

 

Hazırlanması:

Əvvəlcə şərbət üçün şəkər və su qazana əlavə edilib, orta dərəcədə qaynadılır.

Qaynamağa başladıqda bir neçə damla limon suyu sıxılıb 2-3 dəqiqə sonra altı söndürülüb soyumağa qoyulur.

Manna yarması, pudra şəkəri, qatıq, duru yağ, əridilmiş marqarin (kərə yağı), vanil və sirkə dərin qaba əlavə edilib çırpılır. 1 su stəkanı un və 1 paket qabartma tozu əlavə edilib çırpılır.

Yavaş-yavaş un əlavə edilərən xəmir yoğrulur. Yumşaq olmalıdır.

Xəmirdən qoz böyüklüyündə parçalar alınıb forma verilir. İçinə qoz qoyulub, rulet halında sarılır.

Biraz acıdıqdan sonra iki ucu önə gətirilir və birləşdirilir. Listə düzülür.

Damla şirniyyatı (foto-resept)

Üzlərinə yumurta sarısı çəkib, fındıq qoyulur.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada qızarana qədər bişirilir.

Bişdikdən 1 dəqiqə sonra şərbəti tökülür. Şərbəti içinə çəkdikdən sonra servis edə bilərsiniz.

Damla şirniyyatı (foto-resept)

Səslərin sayı: 2
3
428
loading...
Şərhlər
Offline
Surayye
Turkler tez tez bisirir bunu beyenmirem
4 iyun 2019 23:59
Offline
Feride
Mən sevirəm ama şərbəti çox olur
4 iyun 2019 14:01
Offline
Xəyalə Murad
Bu şirniyyatın sirkəli olduğunu bilmirdim. Maraqlı gəldi.
4 iyun 2019 10:42
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )