"Ramazan bayramı günlərində paytaxtda iki ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu bayram ərəfəsində yarmarkaların təşkili ilə bağlı mətbuat konfransında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, yarmarka "Kənddən Şəhərə" brendi altında təşkil olunacaq:
"Kənddən şəhərə" Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir. Ramazan bayramı günlərində paytaxtın iki ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək".
Mətbuat konfransında bildirilib ki, paytaxt sakinləri Yasamal və Nizami rayonlarında keçiriləcək yarmarkalarda fermerlərin vasitəçilərsiz, birbaşa satışa çıxaracağı keyfiyyətli məhsulları daha ucuz qiymətə ala biləcəklər.
Yasamal rayonunda yarmarka Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında, Nizami rayonunda isə Qara Qarayev prospekti, 36A ünvanında, "Orbita" Ticarət Mərkəzinin yanında təşkil olunacaq.
L.Məmmədova bildirib ki, iyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək".
Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.
Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər
XƏBƏR LENTİ
Pelin Karahan oğlunun 1yaşından fotolar paylaşdı
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO
Ukrayna nüvə enerjisinə keçir
Aprel ayının qalibləri!
Elektron qolbaq daşıyanların sayı artırıldı
"Facebook"dan bəd xəbər
Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
Azərbaycanda 36 üçəm doğulub
Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Bakıda saxta məhsullar aşkarlandı
İsti havada məşqlərə diqqət
Günün ulduz falı
Gözəllik uğrunda çəkilən əziyyət
Dəbli kişi gödəkçələri
Hansı hallarda təqiyyə etmək olmaz?
İtlər və pişiklər fərqli dünyadandır
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycanda havalar isinir
Kəs və yapışdır-22
Azərbaycanda ilk dəfə draytulinq üzrə respublika çempionatı keçirilib
Ata həsrəti
Quş yuvası şirniyyatı (foto resept)
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Canlı yayımdakı etiraf hər kəsi şoka saldı: Ərim məni mənimlə aldatdı
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycanda Avropanın ən qədim katakombası tapıldı - FOTOLAR
Başın ağrılı bəlası
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Bu günün hava proqnozu - 06.11.2013
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Pulsuz maska paylanacaq
Toyda gəlinin paltarına uzanan it
Pike və Şakiranın evi qarət olundu
Əlfəcinlərim-1
Doğum günün mübarək, Facebook!
Hadise efirdə ağladı-FOTO
Folqa kağızından interyer
Gəl, açıq danışaq
Ermənistanın sonu yaxınlaşır
Hava haqqında
Dənizlərdə BÖYÜK TƏHLÜKƏ - NASA görüntünü YAYDI