Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyul 19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 18 iyul 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB

Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB


Bu gün səhər saatlarından Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.“Hazırda kəpənəyin "vanessa cardui" adlı növünün Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə kütləvi miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.Azərbaycanın da Qara dənizə yaxın olduğunu nəzərə alsaq, ölkədə kəpənək artımını müşahidə etmək normaldır. Bizimlə bərabər, Türkiyə, İsrail və Kiprdə də kütləvi artım müşahidə edilir. Kəpənəklər arılardan sonra əsas tozlandırıcılardır.Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Lakin "vanessa cardui" növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, - deyə Nigar Yusifova bildirib.

Səslərin sayı: 0
1
148
loading...
Şərhlər
Offline
Ayla Ayla
Üç gündü hara baxıram kəpənəkdi öləni çoxdu
31 may 2019 16:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış