Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.
Tədbirdə çıxış edənlər - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.
Təqdimatın bədii hissəsində müğənni Rinat Alimov sanskritcə mantra (dua) ifa edib. Rəqqasə Səidə Əliyevanın ifasında hind rəqsləri, Elçin Quliyevin tələbələrinin ifasında yoqa və nəfəs hərəkətləri təqdim olunub.
Svami Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin təbliğatçısı və mənəvi ustadıdır. Oxuculara təqdim edilən “Yoqa və düşüncənin gücü” adlı kitab yoqa və təcrübəsinin müxtəlif aspektlərini əks etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi, şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və tətbiqi kimi mövzularla tanış ola biləcəklər.
Yoqa adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır.
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR