Xalq şairi, bütün Türk dövlətlərinin ölməz şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009 -da vəfat etdi.Allah Rəhmət Etsin!
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
5 oktyabr, 1985.
XƏBƏR LENTİ
Mehriban Əliyeva şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi - VİDEO
Fərqliliyi ilə seçilən aksesuarlar
Ərzaq məhsullarının qiyməti artıb? - VİDEO
Bu şirkət yüksək təsvir ölçülü televizorlar bazarına liderlik edir
DÇ-2014: hansı oyun, hansı kanalda?
Soyuq da gözəllik yaradır
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Azərbaycanın daha yeddi kəndi azad olundu
İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir
Gəncədə möhtəşəm muzey tikilir
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
Bizdən möhkəm yapışan qorxular
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - FOTO
Maşın saxlamağı bacarmayanlar
Olimpiya çempionumuz Bakıda sürücüləri cərimələdi
Dərs ilinin uzadılması: nə dəyişəcək?
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Hər kəs bu tutuquşundan danışır – FOTO/VİDEO
Millət vəkili parlamentdə evlilik təklifi etdi
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir
Gözəllik ondur, doqquzu dondur
Atalı analı günlərim...
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Ermənilərin texnikası, canlı qüvvəsini sıradan çıxardıq
Poçt göndərişlərində şübhə aşkarlanarsa...
HAVA necə olacaq?
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Koronavirusla əlaqədar bir sıra yaşayış məntəqələrinə giriş-çıxış bağlandı - RƏSMİ
Baş infeksionist məktəb və universitetlərin bağlanması məsələsindən danışdı
Xanımları bəylərdən fərqləndirən vərdişlər
Hadisənin arxiv şəklini yaydı-FOTO
“Kainat gözəli”nin gəlinliyi cırıq-cırıq oldu - FOTO
Evdə paltar yumuşaldıcısı hazırlayaq
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
Göy üzündə qorxudan mənzərə
Günün qoroskopu:Tkliflərə aldanmayın
Toy edənlərin nəzərinə
Azərbaycanda koronavirusa qarşı peyvənd nə vaxt tətbiq olunacaq? - RƏSMİ
"Qoca sinyora" qonağını parçaladı
Murad Dalkılıç Acun Ilıcalını dostluqdan çıxartdı
Altıbucaqlı taxta xanada əl işi
Qiyamət günü 2030-cu ilə təsadüf edəcək -PROQNOZ
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı - RƏSMİ
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
İrina Şeyk tənqid hədəfi oldu-SƏBƏB/FOTO
İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI