Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
22:34aysel hesenli Afroditi də gedə bilər.Çempiyon məncə Yusuf olacaq 17:55Surayye Mence Kiryakos gedecek bes sence? 17:55Surayye Ayla nerdesin kiz?De gorek bu gece eve kim gedecek 12:25Feride Hamiya salam xoş istirahətlər
40612

Orucun qəbul olması üçün nə etməli?

 

 

Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: "O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur".

Orucun qəbul olması üçün nə etməli?

Həzrət Əli (ə) yenə buyurur: "Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir".

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

Orucun qəbul olması üçün nə etməli?

İmam Sadiq (ə) buyurur: "Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın".

 

İmam Baqir (ə) Cabirə deyir: "Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar".

 

Milli.Az

Səslərin sayı: 0
1
353
loading...
Şərhlər
Offline
Sima
İmam Sadiq (ə) buyurur: "Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın".
25 may 2019 12:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!