Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Qədr gecəsi hədislərdə

 

Qədr gecəsi hədislərdə



 

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da” (Vəsailüş-şiə, 8-ci cild, səh. 21). 

“Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvari min il at çapsa, kölgəsi qurtarmaz. Hər rükuya görə Allah ona cənnətdə dürr-yaqutdan, ləl-cəvahiratdan tikilmiş ev verər. Hər oxuduğu ayəyə görə Allah ona cənnət taclarından bir tac verər. Hər təsbihinə görə ona cənnət quşlarından bir quş, hər oturuşuna (təşəhhüd halındakı oturuş nəzərdə tutulur) cənnət dərəcələrindən bir dərəcə, hər təşəhhüdünə görə cənnət hücrələrindən bir hücrə, hər salamına görə də cənnət xələtlərindən bir xələt bağışlayar...” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

 

Qədr gecəsi hədislərdə


 

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

“(Qədr gecəsinin sonunda) Günəş doğarkən Cənab Cəbrail (ə) ucadan haray çəkər: “Allah-təala Mühəmməd (s) ümmətinin ehtiyaclarına nə cavab verdi?” (Mələklər) deyərlər: “Allah onlara (müsəlmanlara) nəzər saldı, onların günahını bağışladı və onları əfv etdi; yalnız bu dörd dəstədən başqa: şərabxor, ağvalideyn, qohumlarla rabitəni kəsən və sehirbaz” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 459).

Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.

Musa Peyğəmbər (ə) buyurdu: “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.Həzrət Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (yəni Allahı müqəddəsləşdirib, Onu zikr edən) adama şamil olar”.

Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”.

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).

İmam Əli (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; hətta yuxulu olanların üzünə su səpib oyadardı. Həzrət Fatimeyi-Zəhra (ə) ailə üzvlərinin Qədr gecəsində yatmalarına imkan verməzdi, onlara həmin gün az yemək verərdi (ki, yuxuları gəlməsin). Özü də günortadan bu gecəyə hazırlaşar və buyurardı: “Əsil məhrum o şəxsdir ki, bu gecənin bərəkətindən məhrum qalır” (Dəaimül-İslam, 1-ci cild, səh. 282).

İmam Mühəmməd Baqirdən (ə) soruşdular ki, “Qədr gecəsi min aydan xeyirlidir” ayəsinin mənası nədir? Buyurdu: “Bu gecədə namaz, zəkat, xeyirli iş qismindən olan saleh əməllər, bu gecənin olmadığı min ayda edilən eyni işlərdən daha yaxşıdır...” (əl-Kafi, 4-cü cild, səh. 158).


Səslərin sayı: 1
3
448
loading...
Şərhlər
Offline
Iceberg
“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).
24 may 2019 12:36
imza: shafaabdulla.blogspot.com
Offline
Iceberg
“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).
24 may 2019 12:32
imza: shafaabdulla.blogspot.com
Offline
Surayye
Allah qebul elesin! Amin
23 may 2019 21:21
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!