Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir. Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir.
Empatiya - başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya - digər insanlara qarşı sevgi və mərhəmət hissidir.
Empat olmaq başqalarının ağrı və əzablarını udmaq deməkdir və bu, sizə mənfi təsir edə bilər. Əgər otaqda mənfi aurası olan bir insanla ünsiyyət qurmağa məcbur olmusunuzsa, siz onun nə qədər zəhərli enerjisi ola biləcəyini müəyyən edirsiniz. Bioenergetiklər hesab edir ki, ətrafdakı insanların mənfi enerjisini udmamaq böyük mənəvi bacarıqdır.
Özünü yadların mənfi enerjisindən qorumağın 5 üsulu ilə tanış olmağa dəyər
1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz.
Əgər kimsə sizə şikayətlənirsə, bu adamın xoşuna gəlməyə çalışmayın. Bu, enerjinizi sovuracaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək. Sizi hamı sevə bilməz. İnsanlar yer üzündə müxtəlif məqsədlər üçün yaşayırlar. İlk növbədə özünüzü sevin, bununla sizi başqalarının fikirlərinin təsirindən qoruyan özünümüdafiə divarı yaradacaqsınız. Onu da yadda saxlayın ki, hamını dəyişdirə bilmərsiniz. Bunu həyat missiyası etməyin. Bəzən insanın özünə etdiyi ən böyük yaxşılıq sadəcə başqasının ötürdüyü enerjini udmamaqdır.
2. Həyatınıza buraxdığınız insanları ehtiyatla seçin.
Bədən, ağıl və ətrafınız sizin məbədinizdir. Oraya kimi dəvət edirsiniz? Bu, açıq bir dəvətdir? İnsanlar içəri girməzdən əvvəl çirkli ayaqlarını qəlbinizə silməlidir? Siz buna icazə verirsinizmi və bu, normaldır?
Əgər bir gün kiməsə bir dilim çörək versəniz, o, ertəsi gün sizdən bütöv bir çörək istəyəcək. Bəzi tanışların başqalarına qarşı soyuq və qapalı olduğunu fikirləşə bilərsiniz. Amma onlara hiddətlənməyə dəyməz. Çünki belə adamlar özünə və evinə hörmət edir, odur ki, belə adamların münasibətini sadəcə qəbul etmək lazımdır.
Əliaçıq olmaq əladır, amma çox incə bir hədd var, hansı ki, o həddin tapdalamasına icazə vermək olmaz. Odur ki, "yox" deməyi və bunu adi hal kimi qəbul etməyi öyrənin.
3. Pis adamları vecinizə almayın!
Parazit yaşaması üçün onu qəbul edən sahibinə ehtiyac duyur. Başqa birinə diqqət yetirməklə biz ona enerji ötürürük. Bu zaman sizinlə onun arasında enerji mübadiləsi baş verir. Enerji vampirləri enerji tədarükünü azaltmağa çalışmaqla düşüncələrinizi oğurlamağa çalışacaq. Bəzi insanlar mənfi enerjini sizə tərəf yönləndirməyə çalışacaq, daha sonra növbəti qurbanına doğru addımlayacaq.
Dost nəsihəti münasibətlər üçün lazımdır, amma yenə də elə bir hədd var ki, onu keçməyə heç kimin haqqı yoxdur. Ola bilər ki, hər hansı şəxs istər işlə bağlı, istərsə də ailə həyatında olan problemlərini və ya nailiyyətləri sizinlə bölüşsün. Amma bütün bu duyğular selinə məruz qalmaq həyatınızı yaxşı olmayan istiqamətdə dəyişə bilər. Odur ki, özünüzü sevin və onların şikayətlərini hər zaman dinləməyin. “Səni dinləməyə indi hazır deyiləm” sözünü deməkdən utanmayın. Bu yolla onların sizə ötürməyə çalışdığı neqativ enerjini geri göndərirsiniz.
4. Təbiət qoynunda gəzin
Təbiəti seyrə çıxın, gəzin, meditasiya ilə məşğul olun və torpağı hiss edin. Təmiz havanı ciyərlərinizə çəkib dənizdən zövq almağa çalışın, fiziki işlə məşğul olun və ya dərindən nəfəs alın. Kəpənək kimi yüngül və sürətlə hərəkət edin.
Düzgün və dərin nəfəs texnikası qan dövranını sürətləndirir və sizi əhatə edən insanların enerjinizi udmasının qarşısını almağa kömək edir. Başınızı dik qaldırıb özünə inamla gəzin və heç kəsə əhval-ruhiyyənizi korlamağa icazə verməyin.
Tırtıl öz ətrafında hər şeyi yeyir, kökəlir və nəticədə hərəkətsiz olur. Uça bilmək üçün o, yüngül olmalıdır.
5. Düşüncə və emosiyaların 100 % məsuliyyətini öz üzərinizə götürün.
Əhval-ruhiyyəniz 100 % özünüzdən asılıdır. Kainat insanları həyatımıza bizi sınamaq üçün göndərir. Yadda saxlayın ki, insanın özünü qəbul etməsi və anlaması başqalarını qəbul etməkdən daha güclüdür.
Qurban deyilsiniz və heç kimin ixtiyarı yoxdur ki, sizin üzərinizdə ağalıq etsin. İmkan verməyin ki, başqaları üzərinizdə hökmranlıq etsin. Düşüncə və emosiyaların sizi narahat edən situasiyalarda özünü necə göstərdiyini təsəvvür edin.
Hər şey səbir səviyyəsindən, əsəb və ya rəhmdən asılıdırsa? Reaksiyalarınızın bütün məsuliyyətini öz üzərinizə götürən kimi özünüzlə daha dərin səviyyədə birləşəcəksiniz.
Odur ki, həyatın istənilən şəraitində özünüz üçün enerji səviyyəsini yüksəldən situasiyalar yaradın. Hər hansı insanla birlikdə özünüzü daha yaxşı hiss edirsiniz? O adam da özünü sizin yanınızda daha rahat hiss edir? Siz parlaq təcrübəyə maliksiniz, odur ki, bunu dərk etmək vaxtıdır.
Özünü ətrafın neqativ enerjisindən qorumaq elmi özünə sevgidən başlayır. Yadda saxlayın ki, siz yalnız sevgi, sülh və xoşbəxtliyə layiqsiniz. İmkan verməyin ki, qəzəb və kin qəlbinizə və ruhunuza ləkə salsın. Unutmayın ki, kiməsə "yox" demək, təbii haldır və energetik vəziyyətinizin müəllifi sizdən başqa heç kim ola bilməz.
Bəs sizin ətarfınızda enerji vampirləri var? Cavabı tapmaq çətin deyil. Enerji vampirləri ilə hər gün hər yerdə rastlaşa bilərik. Əsas odur ki, özünüzü sevin və yuxarıdakı qaydalara əməl etməkdən çəkinməyin.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Körpələrdə soyuqdəymə
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Bəzi qadınlar niyə tənhadır?
Mobil proqram qadının həyatını xilas edib
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək
Facebook-da daha bir yenilik
"Mercedes" toyuq kimi olduğunu sübut etdi.
Dahilərdən gözəl sözlər - 4
Qadın.netlilərin pis vərdişləri
Günün ulduz falı - 21.09.2013
Prezidentdən yeni Sərəncam
Şahinlərimizə qurban kəsildi
Mayın 17-də QASIRДћA OLACAQ
Uşaqlarımıza qayğı göstərək
Bürclərin sevdiyi yeməklər
Türkiyə ilk yerli smartfon istehsal etdi
Kənan Işıkdan 6 il sonra xəbər var
Abituriyentlərin nəzərinə!
Uşaqlar üçün saç modelləri
Rusiya tam böhrana girir
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
Ayrılığın yaratdığı fiziki ağrılar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Romantikanı sevməyən qadın varmı?
"Vogue" dərgisində QALMAQAL-FOTO
Bu ölkə kosmosa 20 peyk göndərdi - Rekord
Manat rublu boğacaq
Rəqs etməyin 4 faydası
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Qarabağda müharibə qızışa bilər
10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib
Bu üsulla kəpəkdən xilas olun
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Vatsapda MÜHÜM YENİLİK
Gürcüstan-Tbilisi (5)
Atomdakı qüsursuz nizam
Qarpız alaq, almayaq?
İsrail 74 məscidi viran qoydu
Azərbaycanda zəlzələ oldu
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Bakıda hava yağmurlu olacaq
Qadın.Netlilərin evlilik təklifləri (2-ci hissə)
İnsanlar nə üçün tez məğlub olur?
Özcan Deniz yenidən evlənir
Film qəhrəmanları gündəlik həyatda
HAVA necə olacaq?- 19 MART
- ŞƏRHLƏR