Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
22:34aysel hesenli Afroditi də gedə bilər.Çempiyon məncə Yusuf olacaq 17:55Surayye Mence Kiryakos gedecek bes sence? 17:55Surayye Ayla nerdesin kiz?De gorek bu gece eve kim gedecek 12:25Feride Hamiya salam xoş istirahətlər
40612

Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı

Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.

Qadin.Net bildirir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva trend-ə deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır:

"Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur".

A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib:

"İnfeksion xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".

Səslərin sayı: 0
0
52
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış