Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:59Xəyalə Murad Cüməniz mübarək! 08:59Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40470

Bankomat


Təqaüdlər kart sisteminə yeni keçən vaxtlarda babam sevinmişdi. Xoşbəxtlikdən bizim yaşlılar həmişə yeniliyi yaxşı qarşılayıblar. Babam bankomatdan pul çıxarmağı tezcə öyrənib başqalarına, hətta cavanlara da kömək etdi. Bir gün idarəyə hansısa sənəd dalınca gedəndə ordakı işçi babamın salamını könülsüz alıb. Yenilikçi olduğundan babam ona Məhəmməd Füzulidən sitat gətirməyib. ( “Salam verdim rüşvət deyildir deyə almadılar”) Deyib ki “Yekə kişisən, Allahın o dəmir parçasının düyməsini basan kimi “xoş gəlmisiniz” yazılır. Sənsə qaş-qabağını elə tökürsən ki, elə bil qan davamız var”. İşçi məəttəl-məətəl soruşub ki, “ağsaqqal sən texniki yeniliklərdən xəbərdarsan?” Bunu gəlib evdə söyləyəndə atam da babama səhv tutdu. Dedi ki, “A kişi, dəmir parçası Allahın deyil, ondan istifadə etməyi bacaranlarındır” Heç babam da mömin deyil, nəsə bu dəfə dilinə belə gəlmişdi. Nə isə, onların söhbətinə qarışmaq mənə düşməz, özləri bilər.

Bu söhbəti xatırlamağım bu gün bankomatın qarşısında növbəmi camaata verib gözləyərkən müşahidə etdiyim məqamları yazmağa etdiyim “priyomdur”, nə bilim ricətdir, nədir.

Bankomatın qarşısında ən birinci mənim dayanmağıma baxmayaraq ən axıra da mən qalmışdım. Arada 6-7 nəfər pulunu alıb getdi. Kömək edib pulunu çıxardığım qadın kartın kodu yazılmış kağız parçasını mənə uzatdı. Dedim ki, bunu heç kəsə göstərmə. Pulunu da çıxarıb verdim getdi. İkinci ağbirçək bunun tam əksinə olaraq məndən ehtiyat edə-edə kartı verdi, ehtiyatla da kodunu söylədi. Gördüm ağlına qara fikirlər gəlir kənara çəkilb pulunu özü götürməsini istədim. Sonra saymağını xahis etdim. Əllərimi də düşmənə təslim olurmuş kimi yuxarı qaldırıb məndə heç nəyiniz qalmayıb ki? deyə soruşdum. “Yox, yox” söyləyərək başladı pulunu yarıya bölməyə. Yox, mənə vermirdi. Puldan bir az ayırıb corabının, bir az da sinəsinin başına qoydu, əlindəkiləri də “bunu da evdəkilərə verim” deyib pul kisəsinə yerləşdirdi. Bu dəfə mənim ağlıma pis şey gəldi. Birdən gedər evdə şivən salar ki, bəs pulu çıxardan gəlin götürüb qaçdı. Di gəl canını şər-böhtandan qurtar görüm necə qurtarırsan. Sonra yan-yörədə kamera olduğunu düşünüb sevindim. Nə isə, bu qadın getdi. İndi bir kişiyə kömək etməli oldum. Tərslikdən pulu çıxmadı. Bütün əməliyyat ardıcıllıqla yerinə yetirilsə də pul çıxmadı ki çıxmadı. Həyəcan məni bürüdü. Az qaldım öz pulumu kişiyə verib onu razı yola salım, alınmadı. Bu vaxt bir ağsaqqal gəldi. Kartı hirsli-hirsli məndən alıb

– Ver görüm, a bala, cavan qızsan iki manatı çıxara bilmirsən – deyib kartı göndərdi pulların yanına.

– Nə iki manat ə, Allah prezidentimizin canını sağ eləsin 170 manatdır – deyə kart sahibi əvvəlcə hirslənsə də sonra yumşaldı. Xeyli təqaüd aldığına təzədən sevindi.

Bankomat


Ağsaqqal izah edə-edə düymələri basdı, əməliyyat bitəndə pullar çıxıb qədd-qamətini düzəldib böyrü üstə dayanıb sahibinin əlini gözlədi ki, onları götürsün. Əməliyyatı yerinə yetirən ağsaqqal çönüb kart sahibinə

– Ə, bunu öyrən də – (Ö hərfini xüsusi vurğu ilə dedi.) Özün bilmirsən heç olmasa yanında bir uşaq gətir.

İndi gəl onu başa sal ki, bu “qəzanın toru” idi düşmüşdük mən də çıxara bilmədim. Ağsaqqalın daha çox gözlərinə inandığı bəlli idi.

Bayaqdan gözləyən qadınlardan biri kartını kişiyə verib dedi:

– Ağsaqqal, sənin əlin yüngüldür, al bunu da çıxart.

Dəhşət məni bürüdü. İnsanlar baş verə biləcək texniki və təbii hadisələri kiminsə əlinin, ayağının sayalı olmasına yozurlar. Əgər bankomatdan pul qurtarsa, deməli, kiminsə ayağı ağır imiş. Bu məqamda bir həqiqəti dərk etdim – bizim ölkədə hamının əl-ayağı, nəfsi ağırdır. Ona görə də hər şey belə bərbaddır.

Səslərin sayı: 2
3
214
Digər yazılar
Şərhlər
Offline
20 may 2019 08:18
Offline
Surayye
Ay bu yazıni oxudum oz basima gelen yadima dusduş demeli bir cavan geline kartdan pul cixartmagi gosterirdim elimdeki sumkani saxlasin deye vermisdim buna. Taniyib elemirem ha. pulu goturdu getdi men de bir az kecmis baxdim ki bes sumka yoxdu sarcasti az qalmisdi havalanacagdim. gordum gelin qacaraq gelir ki sen Allah bagisla unutmusam dash
18 may 2019 21:47
Offline
Xəyalə Murad
Bu yazınız bir hadisəni xatırlatdı. Bakomatdan pul götürmək üçün yaxınlaşanda bir qadın (60 yaşı olardı) əlində konvert içi dolu kartlarla nəsə edirdi. Gördüm işi çox çəkəcək dedim bir az bazarlıq edib sonra bankomata yaxınlaşım. Təxminən 40 dəqiqə sonra yenidən bankomata yaxınlaşanda həmin qadının hələ də orada olduğunu, əlindəki kartlardan hərəsindən 100-100 manat çıxartdığını gördüm. Sırada dayananlar indi qutarar, bu saat qutarar düşüncəsi ilə növbədə gözləyirdilər. Mənsə 40 dəqiqədə işini bitirməyibsə hələ daha çox çəkəcəyini düşünüb yolumu dəyişdim. Deməyim odur ki, bankomatda hər cür insana rast gəlmək olur.
18 may 2019 11:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )