Gərgin iş günündən sonra vanna qəbul edib, rahatlanmaq hər birimizin istəyidir. Bunun üçün xüsusi spa salonlarına getmək lazım deyil, biz bu istəyimizi ev şəraitində də çox rahatlıqla həyata keçirə bilərik.
Suya bir neçə damcı ətir yağlarından, təbii bitki həlimlərindən əlavə etməklə, adi vannanı kosmetik, gümrahlaşdırıcı, hətta müalicəvi vannaya çevirə bilərik. Adi vannalardan fərqli olaraq, belə vannalar yorğunluğu aradan götürür, əsəb sistemini sakitləşdirir, dərini cavanlaşdırır, qidalandırır, yuxu sistemini normallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır və artıq çəkidən azad olmağa kömək edir. Lakin maksimum xeyrini görmək üçün bəzi qaydalara riayət etməliyik:
- Suyun temperaturu 36-37 dərəcə, vanna qəbulu isə 10-20 dəq. və günaşırı olmalıdır. Effekti 12-15 proseduradan sonra hiss olunur.
- Fitovanna qəbul edərkən, bacardıqca gərginlikdən uzaq olmaq, sakitləşmək lazımdır və ən əsası suyun ürək hissəni örtməməsi məsləhətdir.
Sitrus meyvələri fitovannası
Canlandırır və gümrahlaşdırır. Sitrus meyvələrinin efir yağlarından ibarət vanna qəbulu yorğunluğu götürür, qan dövranını yaxşılaşdırır, bədəndən soyuqdəyməni çıxarır.
- 6 damcı istənilən sitrus meyvəsini (portağal, limon, qreypfrut və s.) bir az dəniz duzuyla qarışdırıb isti suya əlavə edirik. Belə vannanı 15-20 dəq. qəbul etmək kifayət edir.
Cökə fitovannası
Dərini hamarlaşdırır və arıqlamağa kömək edir. Cökə ağacının gülləri bədəndən artıq maddələri çıxarır və dərini yaxşılaşdırır. Soyuqdəyməni azaldır.
- 300 qr. cökəni (gülləri, yarpaqları, toxumu, kökü tumurcuğu ola bilər) 5 lt. suda 15-20 dəq. qaynadıb, süzdükdən sonra vannadakı suya əlavə edirik. Cökə vannasının qəbulu 15 dəq. olmalıdır. Prosedurdan sonra yatmaq məsləhətdir. Səhər dərinizin yumşaq olduğunu, artıq çəkinizin də azaldığını hiss edə bilərsiniz.
Pişikotu (valeryan) fitovannası
Əsəbləri sakitləşdirir. Əsəb və yuxusuzluq zamanı məsləhətdir. Qıc olmanı və spazmanı aradan götürür. Mədə-bağırsaq sistemini yaxşılaşdırır. Ürək-damar xəstəliklərində xeyirlidir. Pişikotu vannası arterial təzyiqi aşağı salır, ürək döyüntüsünü normaya salır.
- Suya 3-5 damcı pişikotunun efir yağını əlavə edib, 12-15 dəq. qəbul etmək lazımdır.
Küknar fitovannası
İmmuniteti gücləndirir. Şam ekstraktlı vanna immun sistemini gücləndirmək, depressiya və yorğunluqla mübarizədə, bədəndən zərərli maddələri çıxarmaqda əla vasitədir. Vanna qəbulu zamanı otağa yayılan ətir isə gərgin iş günündən sonra insanı çox rahatlandırır.
- 2 ovuc küknarın iynə yarpaqlarından 1 lt. qaynanmış suya töküb, 10 dəq. qaynadırıq. Sonra süzüb, həlimi vannaya əlavə edirik.
Adaçayı fitovannası
Ağrıları azaldır. Adaçayı əlavə edilmiş vanna qəbulu qadın cinsi orqanları xəstəliklərində, sınıq, travma, soyuqdəymə zamanı çox effektlidir. Həmçinin, yüksək tərləmədən xilasolma və dezinfeksiyaedici xüsusiyyətə də malikdir.
- 300 qr. adaçayı yarpaqlarını 5 lt. suya töküb, qaynadırıq. Sonra 30 dəq. saxlayıb, vannadakı suya əlavə edirik. Qəbulu 8-15 dəq. olmalıdır. Ümümi kurs isə 12-18 prosedurdur.
P.S. Fitovanna qəbulundan əvvəl kosmetikanı silib, yaxalanmaq məsləhətdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Ən çox yağ yandıran idman növləri
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Nişan üzükləri
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Siqaretlə bağlı bu iddia da puç oldu
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Ahıllar Günü Şəkidə qeyd olunub
Hakerlərə qarşı xüsusi idarə yaradıldı
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Qızdırmalı xəstələrə qulluq
Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
Məşhur cütlük yenə susdu-FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
FİFA ilin komandasını seçir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Siqaret çəkənlər kor ola bilərlər!
Mətin Şəntürk
"ASAN xidmət"də yenilik
Berkay tənqid olundu - FOTO
Müasir dizaynlı vanna otaqları
10-dan artıq rayonda rəqəmsal TV siqnalının keyfiyyəti yaxşılaşdırılacaq
Apple yenə suçlanır
Labirint (2)
Con Frenç Sloanın rəsmləri
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Murat Boz Aslı ilə duet oxuyacaq!
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Gül vida görüşü etdi
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
Server istehsalı artır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Soyuducular
"iPhone 6"-da qüsur aşkarlandı
Rusiya üçün bədbin proqnoz
Hava haqqında
Qəbizliyi necə aradan qaldırmalı?
Ən populyar proqramlaşdırma dili hansıdır?
Daş-qaşlı ziyafət çantaları
"Ayna" cizgi filmi
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Xaşxaşlı biskvit (foto resept)
Bakıdakı toz-dumanın əsl səbəbi açıqlandı
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Düyü suyunun dəriyə faydaları
- ŞƏRHLƏR