Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:59Xəyalə Murad Cüməniz mübarək! 08:59Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40470

Nə üçün Allah Quranda and içir?

 

Belə iddia edirlər ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?

Nə üçün Allah Quranda and içir?

İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı, ya yox?!

Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər bizim üçün aydın olmuş olacaqdır.

 

Allahın Quranda içdiyi andlar


1. Öz adına and içməsi

Allahın Öz adına and içmə məsələsi özü bir neçə qismə ayrılır:

a) Elçiləri göndərmək barədə and

"Nəhl" surəsinin 63-cü ayəsində Allah-taala Öz müqəddəs zatına and içmişdir ki, bütün atributları özündə cəm edir. "Allaha and olsun ki, biz səndən öncə ümmətlərə (elçilər) göndərmişik". And içmək və bu andın məqsədi odur ki, ilahi elçilərin göndərilməsi höccətin tamamlanmasıdır ki, bu olmadan heç bir ümmət əzaba düçar ola bilməz.

b) Ruzinin vəd verilməsinə dair içilən and

Allah-taala "Zariyat" surəsinin 22 və 23-cü ayələrində göylərin və yerin Rəbbinə and içmişdir ki, bununla insanların ruzilərinin vədəsinə, həmçinin Cənnət vədinə dair təkid olsun. Səmavi ruzi dedikdə yağış, günəş, ay, ulduzlar və bütün varlıqlar nəzərdə tutulur ki, bəşəriyyətin qalması və mövcudluğu ondan asılıdır. (Əl-Mizan)

 

2. Peyğəmbərin canına and içməsi

 

Allah-taala "Hicr" surəsinin 72-ci yəsində Peyğəmbərin canına and içir. Belə ki, ondan özgə heç kəsin canına and içməmişdir. Bu rəftar isə o həzrəti böyük tutmağa görədir. (Kəşşaf təfsiri)

Bu əzəmətlə içilən andın əhəmiyyət və dəlili qövmün məstliyinə görədir ki, qəflət və şəhvətlər sərgərdanlığındadırlar. Birdən ilahi əzab onları yaxalayır və onları həlakətə sürükləyir. (Əl Mizan)

 

3. Qurana and

 

Allah-taala bir neçə ayədə Quranın özünə və onun müxtəlif xüsusiyyətlərinə and içmişdir. "Şanlı Quran" ("Qaf", 1); Zikr sahibi ("Sad", 1); Mubin (açıq-aydın) ("Duxan", 2); Həkim (hikmətli) ("Yasin", 2) kimi ifadələr bu andlara daxildir.

Nə üçün Allah Quranda and içir?

4. Mələklərə and

Quranın müxtəlif surələrində müxtəlif xüsusiyyətlərlə mələklərə and içilmişdir ki, mələklərin varlıq aləmindəki məmuriyyətinin yönlərindən xəbər verir. Məsələn, "Naziat" surəsi, 5-ci ayəyə qədər.

Bu ayələrdə mələklərə and içilir ki, ilahi əmrə boyun əymişlər, aləmin tədbiri onların əlindədir. Onlar Allahın icazəsi ilə öz öhdəçiliklərini icra edirlər və s.(ətraflı bax: Əl-Mizan)

 

5. İnsana and

İnsanın özünə (canına) ("Şəms", 7), ata və övladına (İbrahimə və oğluna) ("Bələd", 3) və s. and içilmişdir.

 

6. Tövşüyə-tövşüyə qaçan atlara and

Bu barədə "Adiyat" surəsi 1-3-dək olan ayələrdə qeyd olunmuşdur. Allah bu andlarla istəyir ki, bizi cihad, onun İslamda olan ali mövqeyi və fövqəladə dəyərindən agah etsin ki, bu yolla insanlar zillət və alçaqlığı özlərindən uzaqlaşdırsınlar və izzət və əzəmətlərini dünyanın üzünə çəksinlər.

 

7. Zamana and

a) Dünyavi zamanlara and. Məsələn, gecəyə (Fəcr, 2; Zuha, 2; Ləyl, 1; İnşiqaq 16; Təkvir, 17; Şəms, 4 və Muddəssir, 33), gündüzə (Ləyl, 2; Şəms, 3; Zuha, 1), şəfəqə (İnşiqaq, 16), sübhə (Təkvir, 18; Muddəssir 34), əsrə (Əsr, 1) və s. vaxtlara and.

b) Axirətə aid zamana and. Qiyamət və axirətlə bağlıdır ki, bəşəriyyət üçün ən mühüm zaman və dövrlərdən biridir. Allah-taala həmi zamana və onun baş verməsinə and içmişdir. O cümlədən, vəd olunan günə (Buruc, 2); cismi məada (Məryəm, 68), insanların əməllərindən sorğu-suala (Hicr, 92 və 93), bütpərəstlikdən çəkindirməyə (Nəhl, 56) və Qiyamət gününün özünə (Qiyamət, 1) and.

 

8. Məkana and

Allah Quranda bir sıra məkanları müqəddəs saymış və bir sıra yerlərdə onlardan bəzilərinə and içmişdir ki, bəziləri yerə aiddir, bəzilərisə səmavidir.

a) Yerə aid məkanlar. O cümlədən Tur dağına (Tur, 1; Tin, 2), dolub daşan dənizə (Tur, 6), məşriq və məğriblərə (Məaric, 40), Beytülməmura (Tur, 4), Məkkə şəhərinə (Bələd,1; Tin, 3) və s. məkanlara and.

 

b) Səmavi məkanlar. Varlıq aləmində Sübhan Allahın əzəmət nişanələrindən biri səmanı və səmavi planetləri yaratmaqdır ki, Mütəal Allah həmin nişanələrdən bəzisinə and içmişdir. Məsələn, günəşə (Şəms, 1), aya (Şəms, 2; Muddəssir, 32; İnşiqaq, 17), ulduza (Nəcm, 1; Vaqiə, 75; Təkvir, 15), yerə (Şəms, 6), səmaya (Buruc, 1; Şəms, 5; Zariyat, 7) və s. şeylərə and içmişdir ki, bununla bəndələrini yaradılış aləmi barədə təfəkkür, düşüncəyə vadar etsin.

9. Meyvələrə and

 

"And olsun əncirə və zeytuna" (Tin, 1)

 

And içməyin hikmət və fəlsəfəsi

Heç bir şübhə yoxdur ki, Allah-taalanın Quranda and içməyində bir məqsəd vardır və bu andlarda bir hikmət yatmışdır. Baxmayaraq ki, Allahın and içməyə heç bir ehtiyacı yoxdur. Ancaq Quranda işlədilən bu andların öz növbəsində faydası vardır. Gəlin onlardan bəzilərinə nəzər salaq.

1. Allah - barəsində and içdiyi bəzi işlərin əhəmiyyətinə təkid və bəyan naminə and içmişdir ki, insanlar onlar barəsində yaxşı düşünsünlər və daha çox əhəmiyyət versinlər. Bunları anlamaq üçün andların cavablarına baxmaq lazımdır. Yəni Allah and içdikdən sonra hansı mətləbi çatdırmışdır?!

2. And içmiş olduğu şeylərin çoxlu fayda və mənfəətlərinə insanın diqqətini çəkməsi üçündür. Məsələn, günəş, ay, ulduzlar, gecə və gündüz, hətta əncir və zeytun kimi şeylər ki, Allahın rəhmət vasitəsi və nemətdirlər. Bütün bunlar Allahın tək və yeganə olmasının, həmçinin Onun yenilməz qüdrət nişanələrindəndir.

3. Camaatın şəkk-şübhə və tərəddüdlə qarşıladıqları, ya ümumən inkar etdikləri məsələlərin mövcudluğunu bildirmək üçün. Məsələn, Qiyamətə, mələklərə və s. şeylərə and içmək. Mütəfəkkirlərdən biri demişdir, əgər sən Quranda and içilən şeylərə baxsan görərsən ki, bəzi insanlar onları inkar edir, ya da məlumatsızlıqdan təhqir obyektinə çevirirlər. Xülasə budur ki, yaradılışda olan hikmətdən qafildirlər. Bütün bu andlar onlara verilən cavabdır. Nəticədə isə insanları şəkk-şübhə, tərəddüd, illuziya və qəflətdən çıxarır. Bununla yanaşı hər bir varlığın müvəffəqiyyətini göstərir və işlərin həqiqətini ortaya çıxarır.

4. Xeyirli və gözəl əməlləri böyük və ehtiramlı tutmaq üçündür ki, camaat o işləri görməyə təşviq edilsin və rəğbətləndirilsin. Məsələn, tövşüyərək qaçan atlara, həccin vacib vaxtlarına və sair bunun kimi şeylərə and. Mərhum Təbərsi İmam Baqir və İmam Sadiqdən belə bir rəvayət nəql etmişdir ki, o iki həzrət belə buyurubdur. Rəvayətin məzmunu belədir: "Allah öz yaratdıqlarına and içir ki, insanı ibrət və nəsihət alması gərəkən yerə agah etsin. Çünki and içilən şeylərin əzəmət və böyüklüyünə içilən andın dəlaləti vardır. (Məcməul-Bəyan)

Deməli, Quran ayələrindən, imamların bəyanından və islami məlumatlardan əldə edilən nəticə budur ki, aləmin varlıqları və məsələlərinin dərinliyi haqqında həqiqəti aydınlaşdırma yolunda insan düşüncəsinin dinamikliyini artırmaq baxımından Quran andları ən ali vasitədir. Bununla da belə bir çalışqanlıq və diqqət göstərmələr cəmiyyət üçün elmin qapılarını açsın. Təntavinin sözü ilə desək, Quran andları elmlərin açarıdır.

 

Hazırladı: Farid Abdullah

 

Səslərin sayı: 0
1
334
loading...
Şərhlər
Offline
Iceberg
Allahın Öz adına and içmə məsələsi özü bir neçə qismə ayrılır:
17 may 2019 15:32
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!