Qoç - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.
Buğa - şəxsi münasibətlər üçün birmənalı zaman deyil. İşgüzar danışıqlarda sadəlövhlük yolverilməzdir. Hadisələrin istənilən məcrada inkişafına hazır olun. Gərgin, çətin zamandır.
Günün ikinci yarısında yeni işlərə başlamağa tələsməyin. Çətin, riskli işə başlamazdan əvvəl zəruri dəstəyi almağı unutmayın. Yalnız bələd olduğunuz fəaliyyət növünü seçin.
Köhnə və sınanmış əlaqələri bərpa edin. Çoxdan gözlədiyiniz məlumatı alacaqsınız. Axşam saatlarında stressdən qurtulun.
Əkizlər - günün ilk yarısında yeni layihəyə başlamaq olar. Diqqətli və sayıq olun. Yarımçıq işləri başa vurmasanız, onlar əlavə yüklərə çevriləcəklər.
Münasibətlərdə böhran yaşanır. Nəzərdə tutduğunuz məsələnin həllini ertələməyin. Hadisələrin ritmi dəyişir. Situasiyaya uyğunlaşın.
Günün ikinci yarısında böyük ümidlər bəslədiyiniz planları daha əlverişli zamanadək ertələyin. Yeni yanaşma, dərin təhlil tələb edən işlərdə sərvaxt olun. Alınmayan, əvvəllər vaxt azlığından problemin həlli üçün pis vaxt deyil.
Axşam saatlarında enerji səviyyəniz yüksək olacaq. Əlavə motivasiyaya ehtiyac yoxdur.
Xərçəng - günün ilk yarısında əsəblər tarıma çəkiləcək. Emosiyalarınıza hakim olun, hisslərə qapılmayın. Mühafizəkar, retroqrad insanların təsirinə düşməyin. Fəaliyyətiniz təftiş və təhlil tələb edir. Hesabatlarda dəqiq olun.
Borcları qaytarın, vədləri yerinə yetirin.
Günün ikinci yarısında yaşamızın müəyyən sahələrini qaydaya salın. Əsas planın icrasına başlamaq olar.
Yaxınlarınıza qarşı sərt iradlar irəli sürməyin. Ən önəmli məsələnin həllinə başlayın.
Səhhətinizin qeydinə qalın. Rasionunuza nəzarət edin. Yarımçıq işi bitirin.
Şir - xoşagəlməz situasiyanı əvvəlcədən planlaşdırmağa çalışın. Nəzərdə tutduğunuz işlərdə qəfil dəyişikliklər olacaq. Hisslərinizə hakim olun, emosiyalara qapılaraq sonradan peşmançılıq hissi yaradacaq addım atmayın. Dünən sizə maraqlı ətir bağışlayan adam bu gün arxa plana düşə bilər.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Detalları və təfərrüatları dəqiqləşdirməmiş yeni əməkdaşlığa başlamayın. Təhlükəsizliyin təminatı detalların araşdırılması ilə bağlıdır.
Şəxsi münasibətlərdə sentimentallıq dövrü başlanır. Sevdiyiniz insanla diqqətli, qayğıkeş olun. Axşam saatları romantik hisslər istisna deyil.
Qız - stansionar proseslərdən uzaqlaşın, aktiv olun. Qəfil xəbərə, uzaqdan gələn məlumata diqqət yetirin. İrəliyə doğru hərəkətinizə mane olan, planlarınıza zərər verən nüansları müəyyənləşdirin. Diqqət, sərrastlıq, dəqiqlik tələb edən işlərlə məşğul olun.
Sizi zinhara gətirən, artıq usandığınız məsələdə günün ikinci yarısında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Qətiyyətli və iradəli olun. Fikrinizi mənasız işlərə yayındırmayın.
Maraqlı ideyalar, tapıntılar istisna deyil. Başladığınız işləri yarımçıq qoymayın.
Tərəzi - ehtiyatlı olun, bələd olmadığınız situasiyalarda özünüzü itirməyin. Risk məsləhət deyil. Yalnız nəyisə düzəltmək, durumu xilas etmək üçün avantüraya qapılmaq olar. Yaxınlarınızı diqqətsiz qoymayın
Soyuqqanlı, laqeyd, "balıq qanlı" adam təsiri bağışlamayın.
Günün ikinci yarısında məqsəd, maraq və ya hədə dəyişə bilər. İndiyədək sizə cazibədar, maraqlı təsir bağışlayan işlərə pul xərcləməyin. Alış-verişdə bədxərclik etməyin. Aradığınız əşyanı və ya məhsulu bir qədər sonra daha ucuz qiymətə tapa bilərsiniz.
Axşam saatlarında şəxsi münasibətlərdə maraqlı rakurs yaranacaq. Ötənlərdə yaşanmış hadisələrdən biri gündəmə gələcək.
Əqrəb - günün ilk yarısında işlərdə qarışıqlıq, laübə yaranacaq. Nevroz durumlarda təmkinli olun. Ailə üzvlərinizdən birinin problemi var. Yaxınlarınızla münaqişəli vəziyyət yaratmayın. Situasiya stabil deyil. Nə isə dayanır, hansısa proseslərdə sədlər və maneələr formalaşır. Bəzi işləri məcburiyyət qarşısında qalaraq təxirə salmalı olursunuz.
Günün ikinci yarısında vəziyyəti normallaşdırmaq üçün ahəstə şəkildə çalışın, tələsməyin. Alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc verməyin, borc almayın.
Maliyyə müstəvisində tərəfdaş və ya şəriklə qarşıdurma yaratmayın. İnciklik olmasın deyə axşam saatlarında önəmli məsələ ilə bağlı müzakirələrə başlamayın.
Oxatan - hadisələrin burulğanında mövqelərinizi itirmək istəmirsinizsə, iradəli və qətiyyətli olun. Şərait sizdən bunu tələb edir. İntuisiyanıza güvənin. Olayları diqqətlə müşahidə edin. Yaşam sizə konkret siqnallar verir.
Günün ikinci yarısında çoxlu məlumatlar alacaqsınız. İnformasiya bolluğu ləngimələr, təxirəsalmalar, qarışıqlıq yaratmamalıdır. Gözləntilərinizdə yanıla bilərsiniz. Yarımçıq işləri sıralamayın.
Yaxın ətrafınızdakı insanlardan birinin sizə deyiləsi sözləri var. İtirilmiş mövqeləri qaytarmaq, zədələnmiş əlaqələri bərpa etmək olar. Məsləhətləri dinləyin. Söhbət əsnasında uzun-uzadı monoloqlardan çəkinin.
Axşam saatlarında nəyisə dəyişməyə, yeni layihənin icrasına başlamağa tələsməyin. Alış-veriş üçün uğursuz zamandır.
Oğlaq - günün ilk yarısı situsiyada köklü dəyişikliklər və paradoksal yenilənmələr ola bilər. Texnika ilə ehtiyatlı davranın. Risk etməyin, münaqişələrə qatılmayın. Diqqətinizi indi maraqlı təsir bağışlamasına rəğmən, ikinci dərəcəli məqamlara yönəltməyin. Potensialınız zəngindir. Şanslardan yararlanın.
Günün ikinci yarısında sporadik problemlərin həllinə yetərincə vaxt ayırın. Situasiyaya kəskin müdaxilə etməyin. Müvazinət dayanıqlı deyil. Fəaliyyət prosesində çətinliklər yaranarsa, gərgin anın bitməsini gözləyin. Mümkün qədər çox məlumat toplayın.
Dolça - günün ilk yarısı sakit, rəvan deyil. Müxtəlif xəbərlər və təcili informasiyalar başqa günədək ertələdiyiniz məsələlərin təcili həllini tələb edir. Yeni layihəni ən azı 3 həftə təxirə salın.
Yanılmaq, səhv etmək riski az deyil. İlk baxışdan maraqlı, amma bələd olmadığınız işlə məşğul olmayın. Düşünülməmiş addımlar atmayın, tələsik qərar verməyin.
Günün ikinci yarısı maliyyə əməliyyatları, sərmayə, alınan məlumatlardan dəyərləndirilmədən istifadə üçün münasib deyil.
Uzunmüddətli layihələrin taleyini həll etməyə çalışmayın.
Hadisələrin axarına süni müdaxilələr etməyin.
Balıqlar - nəzərdə tutulmamış, qəfil çətinliklərlə qarşılaşa bilərsiniz. Planların həyata keçirilməsində problemlər yaranır, maneə və sədlərin sayı artır. Perspektivlər dumanlı forma alır.
Səfər, layihə və ya yeni işi təxirə salın.
Günün ikinci yarısında situasiyaya kənar təsirlərdən yanlış istifadə etməyin. Şərtlərdən yararlanın. Olaylara sürətli reaksiya problemlərin effektiv həllini təmin edəcək.
Axşam saatlarında normal istirahət edin
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq