Mayın 8-də Bakı Kitab Mərkəzində "Yolum keçir Qarabağdan" adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib.
Qadin.net AzərTac-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümünə təsadüf edir.
G.Rzayeva qeyd edib ki, Kitab Mərkəzi ilə "My Way" Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan "Yolum keçir Qarabağdan" adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Buradakı rəsmlər yaşı 12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib. Bu gənclər ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb. Bəzilərinin valideynləri vaxtilə Azərbaycanda yaşasalar da, bu uşaqların əksəriyyəti ölkəmizi görməyib. Həmin uşaqlar Qarabağı görməmələrinə baxmayaraq, rəsmlərdə bu cənnət məkanını çox gözəl, sevə-sevə təsvir ediblər. Bu əsərlərin içində sanki bir ruh dolaşır. Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlovanın səyi və təşkilatçılıq qabiliyyəti sayəsində bütün bu aylar ərzində uşaqlar Qarabağı yağlı boya ilə kətan üzərinə köçürüblər.
Yaradıcılıq Mərkəzi qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs, musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları bir araya gətirir. Təşkilatda çalışan uşaqlar ABŞ vətəndaşlarıdır. Artıq dördüncü sərgidir ki, keçiririk. Onlar sadəcə, müəllimlərindən və sosial şəbəkələrdən Qarabağ və onun acı taleyi haqqında məlumat alaraq qəlblərindən keçəni kağıza və kətana köçürüblər. Əlbəttə, uşaqlar hələ peşəkar rəssam deyillər, onlar bu sənətin astanasında dayanıb öz seçimlərini etməyə hazırlaşırlar. Bəlkə də kimsə bu yolu davam edib dünyaca məşhur rəssam olacaq, nə vaxtsa "Yolum keçir Qarabağdan" sərgisi üçün çəkdiyi rəsmini mükəmməlləşdirib daha böyük və mötəbər sərgilərdə nümayiş etdirəcək.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğal gününə təsadüf edən və Qarabağ mövzusuna həsr olunan sərgi barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycan xalqı üçün Dağlıq Qarabağ mövzusu qanayan yaradır. "Şərqin konservatoriyası" adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarlarının və dirijorlarının vətənidir.
Natiqlər əminliklərini ifadə ediblər ki, uşaqların səmimiyyətlə və böyük məhəbbətlə çəkdikləri bu rəsmlər çox yaxın gələcəkdə Azərbaycanın ayrılmaz parçası olan Qarabağda və onun çırpınan ürəyi Şuşada "Yolum keçir Qarabağdan" sərgisində nümayiş etdirilərək hamımızın zövqünü oxşayacaq.
Sonra tədbirin bədii hissəsində "Simurq" uşaq musiqi festivalının qalibləri və laureatları, həmçinin Bülbül adına musiqi məktəbinin şagirdləri çıxış ediblər
XƏBƏR LENTİ
Dəniz qana boyandı - FOTO
Ağ Evdə koronavirus təşvişi- VİDEO
Dilqəm Əsgərovun oğlu danışdı
Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Məşhurların boyları
Yalan xəbər yayan saytların adları açıqlanacaq
Bu il 2020-ci ildən daha qısa olacaq
Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü
Maykl Ceksonun ŞOK VİDEOsu yayıldı - FOTO
Bu uşaq qidaları Azərbaycanda qadağan olunacaq
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Qocalmanı ləngidən və sürətləndirən qidalar
Monikadan növbəti eleqant obraz - FOTO
Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO
Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb
Körpənizlə səfərə çıxırsınız?
AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb
Türk futbolçu Avropa nəhənglərinin hədəfində
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Afaq Bəşirqızı ilə bağlı sərəncam
Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO
Ordumuz şəhid verdi
Dilan Çiçek son halı ilə hər kəsi qorxutdu - FOTO
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
9 aylıq hamilə olmasına heç kim inanmır - FOTO
Dünyada yeni böhran başlandı
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Uşaq otağı dizaynı
Sabahın HAVAsı
Minlərlə ailəyə ŞAD XƏBƏR: ayda 216 manat alacaqlar - RƏSMİ
Real olmayan gözəllər
Karantin Bülənt Ərsoyun alış-verişinə mane olmadı
Ebola Azərbaycanda yayıla bilər?
Koronavirus haqda dəhşətli sirlər açıldı - "Belə bir şey görməmişdik"
HAVA necə olacaq?- 3 MART
Rio-2015: Azərbaycan 2 "bürünc" qazanıb, 3 pillə gerilədi - MEDAL SİYAHISI
Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir
Instagram-da Direct bağlanacaq
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Qış üçün papaqlar
Dünyanın ən maraqlı rekord sahibləri
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Qırışlar üçün cirə maskası
Günün ulduz falı - 24.12.2013
Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi XƏBƏRDARLIQ
Neslihanla Engin bir arada-FOTO
Damla şokoladlı şirniyyat (foto resept)
O, evdar qadındır
Düşüncələr dilə gəldi