Bakıda hava 32°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:59Ayla Ayla Sürayyə Yusuf mənim əsəblərimlə oynuyur)Artistdi Artist 13:58Ayla Ayla Gozel xanimlar necesiz? Sima,Peri,Sürayyəm,Fəridəm 10:26Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40615

"G" və "H" hərfləri ilə başlayan adların mənası

 

G

 

"G" və "H" hərfləri ilə başlayan adların mənası

 

 

Gəncay - (Tür.) Ayın bir həftəlik olana qədər ki şəkli, hilal.

Gəncyaz - (Tür.) İlk bahar. Kişi və qadın adı olaraq istifadə edilir.

Gilşah - (Fars.) 1.Palçıq şah. 2.Palçıqan yaradılan Hz. Adəmin ləqəbi. 3.Farsların nağıl qəhrəmanı.

Keyyummersin ləqəbi. - Kişi və qadın adı olaraq istifadə edilir.

Gövhər - (Fars.) 1.Qiymətli daş. 2.Almaz. 3.Bir şeyin əsli, əsası. Cəvahirat, həyat bəxş edən.

Göydoğan - (Tür.) Şimal yarımkürədə yaşayan bir doğan növü.

Göycə - (Tür.) 1.Göylə əlaqədar göyə aid, səmavi. 2.Mavi, göy rəngə çalan. 3.Gözəl xoş gözəl, lətif.

4. Dəbdəbəli.

Göyçək - (Tür.) 1.Gözəl, çox gözəl. 2.Xoş, sevimli, cana yaxın, cazibədar. 3.İncə, narın, zərif.

Göysel - (Tür.) Səmavi yağış. - Göylə qarşılığı olaraq istifadə edilən uydurma kəlam.

Göysevim - (Tür.) Sevimli göy.

Göysu - (Tür.) 1.Türklərin yaşadığı bir çox axar suya verilən ad. 2.Adanadan gələrək Aralıq dənizinə tökülən

Seyhan çayının əhəmiyyətli qollarından. - Kişi və qadın adı olaraq istifadə edilir.

Göysün - (Tür.) Minboğa dağlarından Elbistanın cənub qərbində Seyhan çayına qarışan çay. - Kişi və qadın

adı olaraq istifadə edilir.

Göyşən - (Tür.) Göylə əlaqədar, işıqlı, işıqlı göy, uydurma bir söz.

Göytəkin - (Tür.) Yeni başaq meydana gətirmiş əkin. - Kişi və qadın adı olaraq istifadə edilir.

Göytəpə - (Tür.) Mavi təpə.

Gurçinar - (Tür.) Çox böyümüş, inkişaf etmiş, səpilmiş.

Gurxan - (Tür.) 1.Xanlar xanı. 2.Qara-Xitay şahzadələrinə verilən ünvan.

Gurqan - (Tür.) 1.Bol qan. Gənc, təzə, inkişaf etmiş, səpilmiş.

Gursu - (Tür.) Təmiz, pak, sürətli su. - Kişi və qadın adı olaraq istifadə edilir.

Gülabaın - Hamıdan göycək.

Gülabi - (Fars..) Gül suyu.

Gülafət - (Fars.) Nəfəs kəsən gözəlliklə. - Gül və afət sözlərindən meydana gəlmiş bir addır.

Gülağa - Gül qoxulu aga (bəy).

Gülarə - Çiçəklə, güllə bəzədilmiş.

Gülay - "Gül" və "Ay" sözlərindən birləçnış ad.

Gülbahar - (Fars.) 1.Bahar gülü. 2.Əbru sənətində istifadə edilən tünd qırmızı rəngdə torpaq.

Güləhməd - (Ər.Tür.) Tanınmışın, məşhurun qulu.

Gülxan - (Fars.) Gül evi, atəşxanə.

Gülxanım - (Tür.) 1.Yaxşı xasiyyətli, nəzakətli xanım. 2.Gül üzlü xanım.

Gülbanu - (Fars.) Gülxanım. Gül kimi gözəl qadın. Gül xatun.

Gülbədən - (Fars.) Zərif, incə bədənə sahib. Gülbən Bəgüm, Babur şahın qızı.

Gülbəyaz - (t.f.) Ağ gül..

Gülbin - (Fars.) Gül kökü, gül bitən yer.

Gülbiz - (Fars.) Gül səpən, gül səpilmiş.

26

Güldam - Qızılgül ətirli.

Guldəhan - ( Fars.) Gül ağızlı, ağızı gül kimi olan.

Güldəstə - (Fars.) Çiçək dəstəsi. - Türk musiqisində mürəkkəb mövqelərdən.

Gülcahan - (Tür.) Dünyaya, aləmə əvəz gül.

Gülcan - Qəlbin gülü.

Gülcə - (Fars.) Gülcük, kiçik gül.

Gülçiçək - (Fars) Qızıl gül, güllü - çiçəkli.

Gülçin - (Fars.) Gül yığan, gül dərən, gül toplayan.

Güldanə - (Tür.) Yeni açmış gül, qönçə.

Güldəstə - 1.Gül dəstəsi, dəmət. 2.Minarə.

Güləfşan - Gül saçan.

Güləhməd - (Ər.-Tür.) Məşhurun qulu.

Gülənay - (Tür.) Davamlı gülən, Ayyüzlü adam.

Güləndam - (Fars.) Gül bədənli, gül bədən gül boylu, nəzakətli, gözəl bədənli.

Gülənnur - (Tür.) Gülməsiylə ətrafı işıqlandıran, işıq saçan kimsə.

Gülər - (Tür.) Gülən, sevincli, xoşbəxtlik, sevinc.

Güləsən - Sağlam gül.

Gülfam - (Fars.) 1.Gül rəngli. 2. Gül kimi qırmızı olan.

Gülfiyyə - Gülə oxşayan.

Gülgəz - Al, qırmızı.

Gülgün - (Fars.) 1.Gül rəngli, gül rəngində, çəhrayı, 2.Gül günü.

Gülhəyat - (Tür.) 1.Xoşbəxt, dinc bir həyat. 2.Gül kimi gözəl həyat.

Gülqız - (Tür.) Gülə bənzəyən qız.

Gülqönçə - (Fars.) Açılmamış gül.

Güllü - (Tür.) 1.Gülü olan. 2.Gül naxışlı (parça). - Daha çox ənənəvi istifadə olunan.

Gülməşəkər - (Fars.) Bir növ gül dadlısı.

Gülnamə - (Fars.) Sevgiliye yazılan məktub, qəsidə.

Gülnar (Gülnarə) - ( Fars.) 1.Nar gülünə bənzər çiçək açan gül, nar çiçəy. 2.Güllü, çıçəkli.

Gülnaz - (Fars.) 1.Gül üzlü qadın. 2.Gül kimi, nazlı qadın. - Birləşmiş ad.

Gülnur - (Tür.- Fars.) Ətrafına işıq saçan, işıqlandıran gü, gül kimi işıqlı.

Gülpəri - (Fars.) Gül kimi qız, gül kimi gözəl qız.

Gülranə - (Fars.) Gözəl gül, xarici sarı içi qırmızı rəngdə olan bir gül növü.

Gülriz - (Fars.) 1.Gül saçan, gül səpən. 2.Məşhur bir lale növü.

Gülrüxsar - (Fars.) Gül yanaqlı.

Gülsevim - (Tür.) Sevimli, gözəl, xoş görünüşlü gül.

Gülsərən - (Tür.) Gül yığan, gül paylayan.

Gülsona - (Tür.) Gül kimi cazibədar qadın. Gözəl sevimli.

Gülsu - (Tür.) Gül rəngli su, təzə su.

Gülsüm - Məhəmməd peyğəmbərin qızının adı.

Gülsüm - (Tür.) 1.Girdəsifət, toppuş. 2.Hz. Peyğəmbər (s.ə.s.) - ın qızlarından birinin adı.

Gülşah - (Fars.) 1.Güllərin şahı. 2.Varakanın sevgilisi, nağıl qadın.

Gülşən - (Fars.) Gülbaxçası, gülüstan, gülizar, çəmənlik, güllük.

Gültəkin - (Tür.) Gənc, cavan, nəzakətli, təravətli, tər-təmiz.

Gültən - (Fars.) Gül bədənli, gül bədənli.

Gülüstan - (Fars.) Güllər ölkəsi, güllü-çıçəkli diyar, gül bağçası, güllük, çıçəklik.

Gülzar - (Fars.) Gül baxçası, gül tarlası, güllük, çəçəklik.

Gümanə - (Ər.) Tək inci mənasında. Hz. Əli (ra) - nin bacısı və Rəsulullahın əmisinin qızı olan xanım

səhabə.

Günay - (Tür.) 1.Gündüz, gün işıqlığında ay, işıq, nur. 2.Günəş və ay, günəşlə ay.

Günel - 1.Şəhər küləyi. 2.Elin günəşi,elin gücü. 3.Günəş.

Güney - (Tür.) 1.Dörd ana istiqamətdən biri. 2.Günəşin işıqlandırdığı tərəf, cənub. - Kişi və qadın adı olaraq

istifadə edilir.

Günəş - (Tür.) 1.Ətrafındakı sistemə aid planetlərin ətrafında döndüyü, işıq və istilik yayan böyük göy cisimi,

şəms. 2.Səxavət hökmdarı.

Günsel - (Tür.) Sürətli axan sel.

Güray - (Tür.) Yeni doğulan ay.

Güvən - (Tür.) 1.Qorxu və şübhə duyğusundan uzaq. 2.İnanma və bağlanma duyğusu. 3.Ürəklilik, cəsarət. -

Kişi və qadın adı olaraq istifadə edilır.

 

"G" və "H" hərfləri ilə başlayan adların mənası

 

H

Habil - 1.Kədər, qəm. 2. Hz. Adəmin oğullarından, Qabilin qardaşı. Qabil tərəfındən öldürülmüşdür.

Yeryüzünde ilk öldürülen kişidir.

Hacı - Məkkəni ziyarət etmiş adama verilən ad.

Hadi - (Ər.) 1.Yenilənə kömək edən, kömək. 2.Hidayət edən, doğru yolu göstərən, bələdçi, rəhbər, lider,

başçı. 3.Qabaqda gedən kimsə. 4.Nizə ucu.

Hadisə - (Ər.) Əhvalat, macəra, vaqiə.

Hafidə - (Ər.) Qız nəvə.

Hafiq - (Ər.) Oğlan nəvə.

Hafiz (Hafizə) - (Ər.) 1.Saxlayan, qoruyan. 3.Qayğıkeş. 2.Quranı əzbər bilən adam.

Haifə - Yaraşıqlı, gözəl bədənə malik olan.

Hakim (Hakimə ) - (Ər.) 1.Məhkəmə sədri. 2.Yarışı idarə edən. 3.Hökm edən, hökm verən. 2.Başda olan,

üstün gələn. 4.Qubernator, vali.

Haqverdi - Inam, haqq.

Hamil - (Ər.) 1.Yüklü, hamilə. 2.Sahib, malik. 3.Daşıyan. 4. Güdən.

Hamiyə - (Ər.) 1.Himayə edən, qoruyan, meşəbəyi.

Hani - 1.Xoşbəxt, razı, heyran olmuş. 2. Arvadını boşamış ər və ya ərindən boşanmış qadın.

Haniyə - Razı, xoşbəxt.

Harun - (Ər.) 1. Baş kahinin adı 2. İnadkar, tərs, özbaşına 3. Peyğəmbər adı. 4.Quran-ı Kərimdə bəhs edilən

peyğəmbərlərdəndir. Musa Peyğəmbərin böyük qardaşı. Fironun oğlan uşaqların öldürülməsi əmrini

qaldırdıqdan sonra doğulmuşdur. Hz. Musadan 3 il sonra doğulduğu deyilir.

Hasim - Sındıran, sınan.

Heybət - (Ər.) 1.Qorxu, dəhşət. 2.Hörmət, izzət. 3.Ləyaqət, etibar, nüfuz. 4.İnsanlarda qorxu ilə birlikdə

hörmət oyandıran görünüş.

Heyran - (Ər.) 1.Çaşmış, çaşıb qalmış, çaşqınlığa düşmüş. 2.Çox tutqun. 3.Həddindən artıq dərəcədə sevgi

duyan.

Heyrat - Təəcüblü, qeyri-adi.

Heyrət - (Ər.) Çaşmış, çaşıb qalmış, nə edəcəyini bilməmə.

Heydər - (Ər.) Aslan, şir.

Həbib (Həbibə) - Sevimli, sevilmiş, sevgili, dost, əziz,

Həbibulla - (Ər.) Allah tərəfindən sevilmiş.

Həcər - 1.Igid, mərd qadın. 2.Qırmızı və narıncı rəngli qiymətli daş, əqiq. 3.İbrahim Peyğəmbərin həyat

yoldaşının adı.

Hədiyyə - Sovqat, hədiyyə.

Hədmiyyə - O, şəxs ki, səylə dua edir.

Həkim - (Tür.) 1.Mütəfəkkir, filosof. 2. Hikmət və fəlsəfə mutəxəssisi. 3.Bütün elmləri bilən, müdrik adam.

4.Təbib, doktor, müalicə edən, loğman.

Həqiqət - (Ər.) Doğru,gerçək, həqiqətən olmuş iş, hadisə.

Həlim (Həlimə) - (Ər.) 1.Ürəyi yumşaq, xeyirxah, mehriban, zərif, mülayım, səbirli. 2.Qisa. 3.Peyğəmbərin

dayəsinin adı.

Həmid - 1.Bəyənilmiş seçilmiş. 2. Allahı sevən, Allahı tərifləyən, şükredici.

Həmidə - Tərifə layiq.

Həmidulla - Allahın təriflərinə layiq.

Həmzə - 1. İti, yandırıcı. 2.Şir, aslan.

Hənif (Hənifə) - (Ər.) l.Tək Allaha, Allahın birliyinə inanan, əsl dindar, qəlbdən inanan, həqiqətən inanan.

2.Doğru, dürüst, səmimi. 3.İslam inancına möhkəm və səmimi olaraq bağlanan. 4.Hz. Məhəmməd (səs) -in

təbliğindən əvvəl Məkkədə tək Allaha iman gətirənlər.

Həniyə - 1.Xeyir-dua. 2.Xoşbəxt. 3.Şərab. * Kişisi öldükdən sonra evlənməyib, uşağına baxan qadın.

Hərgül - (Tür.) Gül kimi gözəl qadın.

Hərşən - Bax. Hərgül.

Həsən - Yaxşı, mehriban, gözəl, gözəllik, yaxşı davranma, yaxşılıq.

Həsgül - (Ər.) Qiymətli, bənzərsiz gül.

Həsrət - (Ər.) Ələ gəlməyən və ya əldən çıxan şeyi istəmə.

Həşim - 1.Comərdlik, ürəyiaçıqlıq. 2.Əzən, qıran, parçalayan. 3.Məhəmməd peyğəmbərin babasının adı.

Hətəm - (Ər.) 1. Möhür, üstü möhürlü üzük. 2.Ən son. 3.Xatəmul-Ənbiya: Peyğəmbərlərin sonuncusu, Hz.

Məhəmməd. 5.Çox comərd olan.

Hətif (Hətifə) - (Ər.) 1.Qüvvətli, sərt və zil bir səslə təbliğ və ya dəvət edən kimsə. 2.Göz qamaşdıran.

29

3.Gözə görünməyən.

Hətim (Hətimə) - (Ər.) 1.Sona çatdıran, bitirən. 2.Möhürləyən, möhürləyici.

Həvva -1.Allahın Adəmdən sonra yaratdığı birinci qadın. 2.Həyat, canlı (Yəhudi adından)

Həyat - 1.Varlıq, dirilik. 2.Ömür. 3.Yaşayış. 4.Həyat.

Həzi - Ağa, cənab.

Hicran - Ayrılıq, qoyubgetmə.

Hicrə - Peyğəmbərin Məkkədən Mədinəyə səyahəti.

Hidayə - Yönəldən, İstiqamətləndirən.

Hidayəddin - (Ər.) Dinin göstərdiyi doğru yol.

Hidayət - Rəhbər, yol göstərən, lider, Haqq yoluna doğru yola girmə.

Hifzi (Hifziyyə) - (Ər.) 1.Saxlama, qoruma ilə əlaqədar. 2.Əzbərləmə, yaddasaxlama.

Hikmət - 1.Elmli, bilikli. 2.Həkimlik, filosofluq, fəlsəfə. 3.Gizli sirr. 4.Həkimanə söz. 5.Qəribə şey, əcaib.

Hikməddin - (Ər.) Dinin hikməti.

Hilal - 1.Bir-iki gecəlik ay, aypara. 2.Gözəlin ay şəklində olan qaşları, qaşları aypara kimi olan.

Himayət - (Ər.) Qoruma, qorunma.

Hisar - (Ər.) 1.Mühasirə, ətrafını qucaqlama. 2.Qala ətrafı islehkamlı bənd. - Kişi və qadın adı olaraq istifadə

edilir.

Hizbulla - (Ər.) Allaha iman gətirənlər birliyi.

Hökümə - Mühakimə, hakimiyyət.

Huri - (Ər.) 1.Cənnət qızı. 2.Sevgili. - Daha çox ləqəb olaraq istifadə edilir.

Hurisər - (Ər. Fars.) Cənnət qızlarının başı, huri başı.

Huriyə - (Ər.) Coşğunluq hallarında hurilərlə buluşduqlarına inanan bir təriqət.

Huriyyə - Azad.

Huşyar - Ağıllı.

Hülya - Qiymətli şey.

Hüma - Quş, sakit yerdə yaşayan quş. 2.Sevinc verən.

Hümay - Xoşbəxtlik gətirən.

Hümeyrə - (Ər.) 1.Ağ bədənli qadın. 2.Hz. Aişənin ləqəbi.

Hüray - (Ər.Tür.Fars) Ay kimi azad, ay qədər müstəqil. - Kişi və qadın adı olaraq istifadə edilir.

Hürcan - Bax. Hüray.

Hüreyrə - (Ər.) Pişik balası. - Əbu Hüreyrə: Əshabi-Kiramdan ən çox hədis rəvayət edən səhabə. Pişik

balalarını çox sevdiyi üçün bu adı aldığı deyilir.

Hürmüz - (Fars.) 1.Zərdüşt xeyir tanrısı. 2.Köhnə İran təqvimində günəş ilinin ilk günü. 3.Yupiter, Müştəri,

Ərəndiz. 4.Sasani sülaləsindən. 5.Padşahın adı.

Hürrəm - (Fars.) 1.Şən, sevincli, gülərüzlü, könülaçan, təzə, xoş. 2 Bir yazı sitili. 3.Hürrəm Sultan: Qanuni

Sultan Süleymanın gözəl arvadlarından. Osmanlı siyasətində təsirli rol oynayan xanımlardan.

Hüsaməddin - (Ər.) 1.Dinin iti qılıncı. İnamın qılıncı. 2.Mövlananın xəlifəsi olan Hüsaməddin Çələbi,

Mövlananın Məsnəvidə diktə etdirdiyi adamdır.

30

Hürgül - (Tür.) Gül kimi azad gözəl.

Hürqan - (Tür.) Azad soydan gələn.

Hüseyn - Gozəllik,ucaliq,muqəddəslik, mehribanlılıq.

Hüsni (Hüsniyyə) - (Ər.) Gözəl, gözəllik, gözəlliyə aid, gözəlliklə əlaqədar.

Hüsnü - (Ər.) Çox gözəl.

Hüsnügül - (Ər.Tür.Fars) Gülün gözəlliyi.

Hüvarə - (Ər.) Bərbəri qəbiləsinin ən əhəmiyyətlilərindən birinin adı.

Hüveydə - (Fars) Açıq, açıq-aşkar, müəyyən, aydın, zahir.

 

Milli.az

Səslərin sayı: 0
0
219
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!