Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

"F" hərfi ilə başlayan adların mənası

F

"F" hərfi ilə başlayan adların mənası

Fadilə - Səxavət, səxavətli, yaxşılıq, təhsilli.

Fahimə - Mədəni, ağıllı, dərrakəli.

Fahir (Fahirə) - (Ər.) 1.Öyünüləcək, fəxr ediləcək. 2.Şərəfli, qiymətli. 3.Parlaq, gözəl, mükəmməl.

Faxir - Qürurlu.

Faiq (Faiqə) - (Ər.) 1.Üstün, əla, böyük, çox gözəl, heyrətamiz, seçmə, yüksək, irəli. 2.Mümtaz, mənəvi

olaraq üstün olan.

Fail - Xeyirxahlığı olan, yaxşı nışan verən.

Faiz (Faizə) - (Ər.) Muradına çatan, müvəffəqiyyət qazanan, qələbə gətirən, qalib.

Faqih - (Ər.) l.Bir şey bilən yaxud anlayan kimsə. 2.Fiqh elmində ustad. İslam hüquq alimi.

Faleh - (Ər.) 1.Qurtuluşa çatan, müvəffəqiyyət qazanan, muradına çatan. 2. Torpağı əkən, becərən.

Faliyə - (Ər.) Xoşbəxtlik, yaxşılığa gətirib çıxaracaq, yaxşılıqla qurtaracaq.

Famil - Eyni cinsdən və ya eyni soydan olan, ailə, soy.

Fanis - (fars.) Mayak.

Farid - Misilsiz, görünməmiş.

Farixə - Xoşbəxt, sevincli.

"F" hərfi ilə başlayan adların mənası

Faris - 1.Güclü, bəsirət gözlü, daxilə varan. 2.Atlı, güclü.

Fariz - (Ər.) 1.Atlı (süvari). 2.Minici, ata binmekte məharətli. 3.Fərasətli, anlayışlı. 4.Fərz edən. 5.İranın

cənubundakı Şiraz vilayəti.

Farizə - Qövs, göy qurşağı, oynaq.

Fateh - (Ər.) 1.Fəth edən, qalib gələn, çıxaran. 2.Bir ölkəni, şəhəri və ya qalanı zəbt edən kimsə. 3.Hökm

verən mənasında, cənab-Haqqın sifətlərindən biridir. Əraf surəsi 89. ayə. - İstanbulu fəth edən yeddinci

Osmanlı padşahı Sultan Məhəmməd xana bu fəthindən ötəri verilən ünvan.

Faten - (Ər.) Zəki, anlayışlı. 2.Zehni açıq, qavrayışlı. oyaq.

Fatih - Ağıllı.

22

Fatiq -

Fatimə - (Ər) 1.Müdrik, süddən kəsilmiş. 2.Kiçik olmayan. 3.Özü və nəsli cəhənnəmdən uzaq olmuş. - Hz.

Peyğəmbərin Hz. Xədicədən dünyaya gələn ən kiçik qızının adıdır. Hicrətdən 18 il əvvəl 605'te Məkkədə

dünyaya gəlmişdir. 632-ci ildə Mədinədə vəfat etmişdir. 18 yaşında ikən Hz. Əli ilə evlənmiş, Hz. Həsən, Hz.

Hüseyn, Hz. Ümmü gülsüm və Hz. Zeynəb adında dörd uşağı var. Rəsulullah (səs) - dən sonra 6 ay

yaşamışdır. Ləqəbi Zəhradır.

Fatin (Fatinə) - Valehedici, başdan çıxardan, ovsunlayan. füsunkar.

Fatmagül - (Ər.) bax Fatma.

Fatmanur - (Ər) bax. Fatma.

Fayaz - (Ər.) Səxavətli, əliaçıq, comərd.

Fazil (Fazilə) - (Ər.) 1.Fəzilətli, fəzilət sahibi. 2.Ərdəmli, üstün. məlumatlı, bilən, mərhəmətli, ideal, ləyaqətli.

3.Başlanğıc.

Fella - Ərəb jasmini (çiçək).

Feyruz - Məhəmməd peyğəmbər (ə.m.)-ın soyundan olub, Onun zamanında yaşamış adam olan Feyruz

Ed'deylemi, Yəmən tərəflərində törəyən yalançı peyğəmbər Əsvəd El'ansİ-ni öldürərək, fitnəni ortadan

qaldıran və peyğəmbərimizin tərifini qazanan İslam qəhrəmanının adıdır.

Feysəl - Qətiyyətli, hakim, padşah.

Feyzi - (Ər.) 1. Elm, mədəniyyət. 2. Axma, suyun axıb daşması. 3. Bolluq, çoxluq, məhsuldarlıq. - Kişi və

qadın adı olaraq istifadə edilir.

Feyzulla - (Ər.) Allahın feyzi, bolluğu, bərəkəti, Allahın şücaəti.

Fəcri (Fəcriyyə) - (Ər.) Səhərə qarşı günəş doğulmadan əvvəl üfüqün gündoğusu tərəfindən görülən

aydınlığı, dan yerinin ağarması.

Fəda - 1.Qurban. 1.Əvəz, bələd.

Fədai - (Ər.) l.Canını əsirgəməyən, mühüm bir məqsəd uğrunda canını verməyə hazır olan. 2.Allah yoluna

başqoymuş.

Fədaican - (ə.t.fi.) Canını verməyə hazır olan, canınıvermə.

Fədriyyə - Xilaskar, özünü fəda edən.

Fəhamət - (Ər.) 1.Fahimlik, ululuq. 2.Etibar, qiymət, dəyər.

Fəhim (Fəhimə) - (Ər.) Ağıllı, anlayışlı, ağıllı.

Fəhmi (Fəhmiyə) - (Ər.) Fəhmə mənsub, fehim ile əlaqədar. (bax Fəhim).

Fəxrəddin - (Ər.) Dinin təriflədiyi, diniylə öyünən. Dinin seçməsi. Fəxrəddin Razi: (Rey 1149-Horat 1209).

Təfsirçi, kəlamçı. Dilçi. Fizik. Təbib.

Fəxri - (Ər.) 1.Bir qarşılıq gözləmədən yalnız şərəf və iftixar vəsiləsi olaraq qəbul edilən iş. (İş, sifət, ünvan).

Fəxri üzv; maaşsız, pulsuz və ya müəssisə üçün qürur qaynağı olan adam. 2.Məğrur, çanlı, hörmətli.

Fəxrican - Şərəfli adam, möhtərəm sevgili, əziz adam.

Fəxriyyə - (Ər.) (Bax Fəxri). İslami ədəbiyyatla, şairlərin öz xüsusiyyətlərindən, fəzilətlərindən və şairlik

qüvvələrindən bəhs etdikləri şeirlər. Daha çox qəsidələrin bir hissəsi bu şəkildədir. Başqasını və ya özünü

mədh etmək üçün yazılan şeir.

Fələk - Şəfəq.

Fənnur - (Ər.) Elmin işığı.

23

Fərahəngiz - (f.b.i.) Məşhur bir növü olan lalə.

Fərahət - (Fars.) Şan və şərəf. - Kişi və qadın adı.

Fərasət - (Ər.) Anlayışlılıq, tez duyum.

Fərda - (Fars.) 1.Sabah. ertəsi gün. 2.Gələcək zaman. 3.Axirət, o biri dünya.

Fərdanə - (Ər.) Təklik, tək, mütləq.

Fərdi (Fərdiyyə) - (Ər.) Fərdlə əlaqədar, ayrı-ayrı şəxslərə məxsus, tək başına edilən.

Fərəc - 1.Sevinc, xoşbəxtlik. 2.Təskinlik təsəlli. 3.Əyləncə. Qəm, dərd və sıxıntıdan xilasolma. 2.Zəfər.

Fərəh - (Ər.) 1 Könül açıqlığı. 2.Sevinc, sevinmə. 3.Qürür.

Fərəhnaz - (Fars.) Nazlı qız.

Fərəhşan - 1.Sevinc verən. 2.Fərəh saçan.

Fərəz - Əzəmətli.

Fərhad - (f.h.i.) Anlayan, başa duşən. - Fərhad və Şirin adı ilə məşhur olan köhnə bir hekayənin kişi

qəhrəmanı olub Şirinin aşıqıdır.

Fərhanə - Xoşbəxt.

Fərxan - (Ər.) 1.Sevincli, xoşbəxt. 2.Şən, məmnun.

Fərid (Fəridə) - (Ər.) Tək, bənzərsiz, tayı olmayan, müqayisə edilməz, ölçüsüz, üstün, nadir, misilsiz,

yeganə.

Fərinə - Xoşbəxt, sevincli, razı.

Fərman - (Fars.) 1.Əmr, buyuruq. 2.Padşah tərəfindən verilən yazılı əmr, buyuruq, hökm, göstəriş.

Fərrux - (Fars.) 1.Uğurlu, müqəddəs. 2.Mübarək. 3.İşıqlıq insan, müdrik, cəsarətli. 2.Həqiqəti yalandan

ayıran.

Fərzan (Fərzanə) - (Fars.) 1.Elmli və hikmətli. Ağıllı. 2.Alim, bilikli, görkəmli. 3.Hakim, filosof.

Fəsahət - (Ər.) Açıqlıq, duruluq. - Kişi və qadın adı olaraq istifadə edilir.

Fətanət - (Ər.) Zehin açıqlığı, zehinin yaradılışdan bir şeyi tez və yaxşı qavraması. Peyğəmbərlərə məxsus

beş sifətdən biridir.

Fəthi - (Ər.) - Fəthə mənsub. Fəth haqqında yazılan qəsidə.

Fəthiyyə - (Ər.) ( bax. Fəthi ) Qələbə, qələbə yeri.

Fəthulla - (Ər.) Dinin açılması. Yaşamağa başlamaq. Allahın Nüsrəti.

Fəttah - (Ər.) 1.Açan, açıcı, zəfər qazanmış, üstün gəlmiş. 2.Qullarının bağlı işlərini açan, Cənabi-Haqqın

adlarından.

Fəvzi - (Ər.) 1.Qurtuluşla əlaqədar. 2.Zəfərə aid. 3.Qalib gələn, üstün olan.

Fəvziyyə - (Ər.) 1.(bax Fəvzi). Sultan Mahmud tərəfindən köhnə adalar mövqeyinə verilən ad.

Fəyaz - (Ər.) Comərd.

Fəyyaz - (Ər.) 1.Çox faydalı, çox səmərəli. 2.Feyz, bərəkət və bolluq verən.

Fəzıi - (Ər.) 1.Dəyər, üstünlük, yaxşılıq, fəzilət, lütf. 2 Çox, çox, artıq, baki. 3.İki ədədin bir-birindən olan

fərqləri. 4.Elm və mədəniyyət sahibi. 5.Alicənab, ehsan, comərd. 6.Yetkinlik.

24

Fəzilət - (Ər.) 1.İnsanda yaxşılıq etməyə və pislikdən çəkinmək olan davamlı və dəyişməz istedad, gözəl

xüsusiyyət. 2.Adamı, əxlaqlı və yaxşı hərəkət etməyə yönəldən mənəvi qüvvət. 3.İnsanın yaradılışındakı

yaxşılıq, yaxşı xasiyyət, ərdəm. 4.Yaxşı məna, iffət. - (Bax Ərdəm).

Fəzilulla - (Ər.) Allahın fəzli, ərdəmi, lütfü.

Fəzzan - (Ər.) Böyük Səhrada, Trablus ölkəsinin cənubunda bir ölkə. - Kişi və qadın adı olaraq istifadə edilir.

Fida - Bağışlanma, azad olma.

Fidan - (Yun.) 1.Yeni yetişən körpə ağac. Pöhrə, budaq. 2.Fidan boylu: İncə uzun mütənasib.

Fidda - Gümüş.

Fidail - (Ər.) Yaxşılıq edən.

Firdovsi - Cənnətə layiq olan.

Fikrət - Düşünmə,

Fikrət - (Ər.) 1.Fikir, düşüncə, fikirləşmə. 2.İdrak. 3.Zehin, ağıl. 4.Murat, məqsəd, niyyət.

Fikriyyə - Ağıllı.

Firat - (Ər.) 1.Şirin su. 2.Türkiyənin ən uzun çayı.

Firayə - (Ər.) Gözəl.

Firdovsi - (Ər.) 1.Cənnət, 2.Bostan, bağça. - Firdovsi: İranın milli dastanı olan "Şeyxnamə"- nin müəllifidir.

934-1020 illər arasında yaşadığı təxmin edilir.

Firəngiz -Yaradan, doğuran

Firudin - (Fars.) 1.Səkkizinci göy. 2.Pişdadilərin 6-cı padşahı olub Cəmşid sülaləsindən dəmirçi Gavenin.

3.Yaranmiş, yaradilmiş.

Firqət - Ayrılıq, fəraq

Firuz - (Ər.) Məsud, xoşbəxt, sevincli, fərəhli, uğurlu, yaxşı bəxtli. Qalib gələn.

Firuzə - (Ər.) 1.(bax Firuz). 2.Açıq mavi rəngli qiymətli bir üzük daşı. 3.Açıq yaşıl, dağ yaşılı ilə göy mavisi

arasında və bal şamı parlaqlığına oxşayan qiymətli daş.

Fitnət - (Ər.) Zehin açıqlığı. Zehnin hər şeyi tez anlayışı. Türk şairlərindən məşhur bir İslam xanımının

adıdır. Əsl adı Zübeydədir.

Fizzə - Gümüş

Flora - Cicək, cicəklənən(Latıncadan).

Fuad - (Ər.) Ürək, qəlb, könül.

Füzulu - (Ər.) 1.Ədəbə muxalif. 2.Boşuna, yersiz, lazımsız, haqsız. 3. Boşboğaz lazımsız işlərlə məşğul

olan. 4. Səlahiyyəti olmadığı halda başqası adına qənaətdə olan. - Füzuli Məmməd: XVI. əsrdə yaşamış

böyük türk şairlərindən. Çağatay ədəbiyyatı da daxil olmaq üzrə, Türk ədəbiyyatının bir çox sahələrində

qüvvətli təsir və nüfuza sahibidir. Türkcə, ərəbcə, farsca, mənzum, mənsur bir çox əsərləri vardır. Bunlar

arasında "Leyla və Məcnun" məsnəvisi çox məşhurdur.

 

Milli.az

Səslərin sayı: 0
0
256
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!