Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

"B" hərfi ilə başlayan adların mənası

 

"B" hərfi ilə başlayan adların mənası

Baba - (Tür.) Atanın və ya ananın atası; nəvəsi olan kişi.

Babaxan - Baba və Xan sözlərindən törənib.

Babacan - (Fars.) 1.Atanın ruhu. 2.Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət.

Babək - (Fars) 1.Ataman, sərkərdə. 2.Baba sözünün nəvazişlı deyim forması.

Badam - 1.Dəyərli, gözəl, ləyaqətli. 2.İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə.

Bağir - 1.Açan, sökən, kəsən. 2.Naxır, sürü 3.Qaraciyər. 4.Ürək,qəlb mənasında. 5.Ox yayı və dağda orta

bölüm. 6.Sinə.

Bağdad - Tanrının hədiyyəsi, töhfəsi.

Bağdaxanım - Nurlu, parlaq.

Bağdasar - (Tür.Fars.) Baş üzərində parıltı.

Baftazər - Qızıl qaşlı.

Bahadur - (Fars) Pəhləvan,qəhrəman, igid.

Bahadır - ( Fars) Bax Bahadur.

Bahar - İlin qış, yay arasında oln fəsli.

Baharay - (Fars.Tür.) "Bahar" və "ay" sözlərindən...

Bahəddin - İnamda çox gözəl.

Bahiəddin - Parıltı, dinin gözəlliyi.

Baxış - Baxmaq tərzi, gözlərin ifadəsi, nəzər.

Baxicə - Əzəmətli.

Baxir - (Ər.) Açıq, gözəl..

Baxirə - İşıldayan, brilliant, nəcib qadın.

Bakir - (Ər.)1. İncələyən, öyrənən, tətqiq edib açıqlayan. 2.Aslan. 3. Hz. Hüseyin-in Zeynəlabidinden olan

nəvəsinin adı.

Bakirə - (Ər.) Ərə getməmiş qız. İsmətli qız.

Balaş - (Tür.) Mənim uşağım, mənim oğlum.

Balabəy - Kiçik bəy.

Balabibi - Kiçik bibiyə verilən ad.

Balaca - Həcmcə, boyca, ölçücə kiçik, xırda.

Baladadaş - Təzə gəlinin kiçik qaynına verdiyi ləqəb.

Balaəmi - Uşaqların kiçik əmilərinə verdikləri ad.

Balakişi - Uşağa genetik sevgi, Bala və Kişi sözlərinin vəhdəti.

Balaqız - (Tür.) "Bala" və "qız" sözündən ibarətdir.

Balış - Yastıq, quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı.

Ballı - Bal qatılmış, bal dadlı, bal kimi şirin.

Baloğlan - Şirin uşaq.

Banu - (Fars.) Xanım.

Banuçiçək - Yüksək, ali.

 

"B" hərfi ilə başlayan adların mənası

 

9

Barat - ( Fars.) 1.Paklıq, təmizlik. 2.Müsəlman bayramı gecəsi anadan olan. 3.Əfv olunan.

Bariz - Aşkar, aydın, əyani, qabarıq, gözəçarpan.

Basir - (Ər.) Anlayışlı.

Basut - (Tür.) 1.Kömək, arxa. 2 Köməkçi.

Basutxan - Yardımçı xan, arxa duran xan.

Batı - Qərb.

Bayat - Allahın siması.

Bayan - (Monq.- Ər.) Zəngin, güclü, xoşbəxt mənasında. Ad kompanenti.

Bayraməli - (Tür. Ər.) Əli bayramı. - Bayram və Əli sözlərinin vəhdəti.

Behbud - 1.Sağalma. 2.Yaxşılaşma. 3.Sağlam, xəstə olmayan. 4.Xəncərin bir növü.

Behcət - 1.Gözəllik, qəşəndlık. 2.Şadlıq, sevinc.

Beydulla - Allahın kiçik qulu.

Beyrək - 1.Çox nəzakətli, əfəndi, bəy. 2.Hüzünlü.

Bəyan - (Ər.). 1.Bildirmə, danışma, şərh. 2. Bəlağət elmlərindən ikincisi. 3.Müəyyən, açıq-aşkar. - Kişi və

qadın adı olaraq istifadə edilir.

Bəyazid - (Ər.) Əbu Yezid, Yezidin atası, (qisaldılmış). - Ərəbcədən türkcələşmiş.

Bəypolad - (Tür.) Dəmir bəy, cənab.

Bədəl - Əvəz, dəyər.

Bədih - (Ər.) Nadir, əla, mükəmməl.

Bədirə - (Ər.) Başlamaq.( Bu adı ailədə doğülan birinci qıza verirdilər).

Bədiyyə - Tək, təəccüblü, valehedici.

Bədrə - Tam ay.

Bədriyyə - Tam ayı xatırladan.

Bəhlul - Xəlifə Harunərrəşidin vaxtında özünü dəlıliyə vurmuş adam. O, ayıq, dərrakəli və təlxək kimi sayılıb.

Bəhruz - Bəxtiyar.

Bəhram - (Fars.) Qalib gələn, qovan.

Bəhmən - Doğru danışan, düz adam.

Bəhmənyar - Bəhmənin hədiyyəsi.

Bəxiyyə - Gözəl, parıldayan.

Bəxtiyar - (Fars. Ər.) Xoşbəxtlik, səadət.

Bəxşi - (Tür.) 1.Bilgin, müəllim. 2.Saz şairi, aşiq. 3.Həkim. 4.(Fars) Hədiyyə. Vermə. İhsan.

Bəkir - Igid, Ər.

Bənövşə - Çəhrayı rənglı çıçək.

Bərxudar - Salamatlıqda olan. Mükafata çatan. Nəsibli. Xoşbəxt.

Bəriyyə - Xalq. Məxluq. İnsan. Səhra. Çöl.

Bəsir - Xoş xəbər gətirən, muştuluqçu.

Bəsrəddin - (Ər.) Dinə köməyi dəyən. - Dilimizdə "Nəsrəddin" şəklində istifadə edilir.

10

Bəsti - Kifayət.

Bəşair - Yaxşı xəbərlər, xoş məramlar.

Bəşər - Xoş xəbərləri yetirən.

Bəşir - Şad xəbər gətirən, muştuluqçu, müjdəçi

Bəşirə - Müjdə gətirən. Xeyirxah xəbərləri gətirən sevinc.

Bətulla - (Ər.) Öz başlanğıcını Kəbə məscidinin adından götürür, Allahın evi.

Bəyaz - (Ər.) Ağ. 1.Qar rəngi.. 2.Təmiz, ləkəsiz.

Bəyim - Xanim.

Bəylər - Bəy sözünün cəm halı, zadəgan.

Bəysoltan - Baş sultan.

Bəyxan - Bəy və Xan, əsas başçı.

Bəzilə - Cəsur.

Bibi - (Tür.) Atanın bacısı.

Bidar - (Fars.) 1.Bel, belləyən, yer qıran, kürək çəkən. 2 İstehkam adamı. 3.Oyanıq, yatmayan, yuxusuz.

Bikə - (Tür.) 1.Xanım. 2.Bənzərsiz. 3. Şahzadə.- Kişi və qadın adı olaraq istifadə edilir.

Bilal - (Ər.) 1.Sağlam, canlı. 2.İslamın ilk müəzzini, Həbəş əslli olub islamı kölə olaraq ilk qəbul edənlərdən

biridir. 3.Su kimi isladan, yaşlıq, qara və ağ, yəni qara ilə ağ olmaq. 4.Birinci azançının adı (Ən birinci azana

çağıranın adı).

Bilan - (Tür.) Bəzəkli və işləməli qılınc kəməri.

Bilay - (Tür.) Ay kimi əsıl ol. - Kişi və qadın adı olaraq istifadə edilir.

Bilgiyə - (Tür.) Bilgili qadın.

Bilginur - Bilginin ışığı, bilginin aydınlığı.

Bilqan - (Tür.) Bilgili.

Bilnaz - Zərif, cazibəli.

Binəli - (Ər.) Əlinin oğlu.

Binyamin - Sağ əlin gücü - güc deməkdir.

Biray - (Tür.) Ay kimi tək, bənzərsiz.

Bircan - (Tür.) Tək, bənzərsiz. Kişi və qadın adı olaraq istifadə edilir.

Bircə - (Tür.) Tək, bənzərsiz, bircəcik.

Birgül - (Tür.) Bir dənə gül, tək gül. qiymətli gül.

Birsən - (Tür.) Ka. - Sadəcə sən, tək sən.

Boran - (Tür.) Külək, şimşək, göy gurultusu, sağnaq yağışın birlikdə olduğu iqlim hadisəsi.

Budaq - Ailənin inkişafi, davamı.

Buğday - Rəhbər, lider.

Bulud - (Tür.) Su buxarlarının sıxlaşmasıyla meydana gələn və səmada mahiyyətinə görə fərqli yüksəklikdə

olan hava kütləsi. - Kişi və qadın adı olaraq istifadə edilir.

Burxan - Sübut, dəlil.

11

Busə - (Fars.) Öpüşmək, öpmək. - İslami əxlaqa zidd olduğu üçün ad olaraq istifadə edilməz.

Bünyad - 1.Əsas, təməl. 2.Quruluş, bina.

Bülbül - (Ər.) 1.Səsinin gözəlliyiylə məşhur oxuyan (ötücü) quş. 2.Səsi çox gözəl olan kimsə.

Büllur - (Ər.)1.Bəzi cisimlərin tabe olaraq aldıqları həndəsi şəkil. 2.Duru, aydın, kəsmə şüşə, kristal. 3.Nəcəf

daşı. (Məc.) Təmiz, parlaq insan.

Bürhan - Dəlil, isbat vasıtəsı.

Büsat - (Tür.) - Toy, şənlik, əyləncə.

 

Milli.az

Səslərin sayı: 0
1
169
loading...
Şərhlər
Offline
Surayye
Bağir - 1.Açan, sökən, kəsən. 2.Naxır, sürü 3.Qaraciyər. 4.Ürək,qəlb mənasında. 5.Ox yayı və dağda orta
2 may 2019 16:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!