Azərbaycanda yeni hazırlanan orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib.
Qadin.Net bildirir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən sonrakı 6 il ərzində dilimizə daxil olan yeni sözlər cəmlənərək yeni lüğətə daxil edilib.
M.Nağısoylu əlavə edib ki, ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz cəmlənib.
Hazırda lüğət üzərində redaktə işlərinin aparıldığını deyən akademikin sözlərinə görə, mayın sonunda yeni orfoqrafiya lüğətinin hazırlanması prosesinin yekunlaşması və çap üçün təqdim edilməsi nəzərdə tutulur.
M.Nağısoylu qeyd edib ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra lüğətə həmin normalar əsasında yazılaraq daxil edilən sözlərin sayı o qədər də çox deyil:
"Yeni normaları biz əvvəldən nəzərə almışdıq. Ona görə də yeni normaların təsdiqlənməsi yeni lüğətin hazırlanmasına və lüğətdə ciddi dəyişikliklərin edilməsinə təsir göstərməyib"
Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanmışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif edilən bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi ilə bağlı olub.
"Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı.
Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilində sözlərin yazılışında əsas mənbə hesab edilir
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri