Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
24 may 21:05Surayye Sabah Hakan Adem Damla Nagahan oynuyacag yess 24 may 21:02Surayye Gordun de Yusuf zeyifleyib onnan cempiyon olmaz 24 may 21:01Surayye Qizlarim qizillarim necesiz?Ayla haralardasan qiz 24 may 12:10PERI coxsagolun xeyale xanim sizle bahem
40474

Utancaqlığa necə qalib gəlmək olar?

Utancaqlığa necə qalib gəlmək olar?

Utancaqlığa necə qalib gəlmək olar?

Əksər insanlar camaat qarşısında çıxış etməkdən, yaxud sadəcə yeni insanlarla tanış olmaqdan qorxurlar, bununla yanaşı həm ürəkləri bərk döyünür, həm bədənləri titrəyir.

Araşdırmaçılar qeyd edir ki, utancaqlıq anadəngəlmə xüsusiyyət deyil.

Əlbəttə ki, onun öhdəsindən gəlmək üslubu var

1 – Bir düşünün ki, nə üçün utanırsız?

Çalınışın ki, utancaqlığınızı başa düşəsiniz. O, sizin həyatınızda necə üzə çıxır? Müşahidə edin, hansı faktorlar onun üzə çıxmasına səbəb olur? Utancaqlığın səbəbini bildikdən sonra, ondan qurtulmaq daha rahat olacaq.

2 – Özünüzü və durumu düzgün qəbul edin

Şüuraltınızdan istifadə edin. Hər şeyə başınızdan başlayır, sonra isə reallığa çevrilir. Düşünməyin ki, bütün dünya məhz sizə tamaşa edir. Hər kəs olduqca məşğuldur ki, sizin hərəkətlərinizə xüsusi diqqət ayırsınlar. Bunu qəbul edin.

Utancaqlığa necə qalib gəlmək olar?

3 – Sizin nədə və hansı sahədə digərlərindən yaxşı olduğunuzu bilin

Özünüzdə güclü tərəflər axtarın. Çox güman sizdə elə şeylər var ki, bunu digərlərindən daha yaxşı edirsiniz. Özünüzü şəxsi keyfiyyətlərinizə görə sevin, uğursuzluq səbəbilə həyəcan keçirtməyin. İdeal olmamaq bədbəxtlik deyil.

4 – Səhvlər üzərində çalışın

Özünüzü narahat hiss etmənizə səbəb olmuş və səbəb olan durumların siyahısını tutun. Bu siyahıda olan səhvlərin üzərində işləyin. Ən sadələrindən başlayıb, mürəkkəbə doğru gedin. Yadda saxlayın ki, hər şeyə birdən və eyni halda çatmaq olmaz. Hamısından birdən yapışmayın. Tədricən, hər gün az-az öz üzərinizdə çalışın. Hətta ən balaca qələbə sizdə özünəinam və daha irəli addam atmağa cəsarət verəcək.

5 – Özünüzü başqaları ilə müqayisə etməyin

Heç vaxt özünüzü başqaları ilə müqayisə etməyin. Hər kəs özünün pis cəhətlərini gizlətməyə çalışır və yalnız nailiyyətlərini nümayiş etdirir. Siz isə tamamilə fərqli və unikal insansınız. Qoy hər kəs sizi olduğunuz kimi qəbul etsin.

6 – Yeni insanlarla tanış olun

Yeni dostlar axtarın, çoxlu insanların iştirak etdiyi kurslara gedin. Bu sizə imkan verəcək ki, dünyaya başqa gözlə baxasınız, yeni bir şey öyrənəsiniz və özünü qiymətləndirməyi artırasınız.

7 – Özünüzlə qürur duyun

Yeni bloknot tutun. Orada öz nailiyyətlərinizi yazın. Qazanmış olduğunuz qalibiyyətləri tez-tez oxuyun və özünüzlə qürur duyun.

 

Tərcümə və tərtib: Fərid Abdullah

Səslərin sayı: 0
0
460
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış