Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19 may 17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu
40446

Gürcü Xəngəli (foto-resept)

 

Tərkibi:

İç üçün:

800 q can (mal) əti

600 q qoyun əti

5 diş sarımsaq

2 baş soğan

1 dəstə keşniş

1 dəstə cəfəri

200-350 ml ət suyu (bulyon)

nanə 

qara, qırmızı istiot, zirə (hərəsindən 1 ç.q.), keşniş toxumu (2 ç.q.)

duz (təxminən 2 ç.q.)

 

Xəmir üçün:

1 kq un

2 yumurta

200-300 ml süd

50 ml bitki yağı

duz

  

Hazırlanması:

Unu ləyənə ələyib içinə 2 yumurta qırın. 1 ç.q. (üstsüz) duz, 1 st. süd (200 ml), 50 ml bitki yağı əlavə edib xəmir yoğurun. Əgər un artıq gəlibsə, süd, əksinə, xəmir çox sıyıq alınırsa, un əlavə edin. Bərk olmayan, elastik xəmir alınmalıdır. Masanın üstünə un səpin, iri kündə tutub xəmiri yoğurduğunuz ləyəni həmin kündənin üstünə çevirin. 40 dəqiqə saxlayın.

Qiyməni hazırlamaq üçün əti ət maşınından keçirə, yaxud da iti bıçaqla çox xırda doğraya bilərsiniz. Doğranmış əti qazana yığın. Soğanı çox xırda doğrayın. Ətlə qarışdırın.

Ədviyyatları və duzu qarışdırıb ətə əlavə edin. 5 diş sarımsağı xırda doğrayıb ətə əlavə edin. Göyərtiləri də (keşniş, nanə, cəfəri) doğrayıb buraya qatın, əlinizlə əti yoğurun. 20 dəqiqə saxlayın. Sonra qiyməyə təxminən 200 ml bulyon əlavə edin. Unutmayın: ət suyundan sui-istifadə etmək olmaz, bulyon qiymənin içində qalmalıdır, ondan axıb getməməlidir, bu onunçün lazımdır ki, qiymə yumşaq olsun. Həmçinin, az bulyon əti quru edir

Xəmirdən bərabər ölçüdə kündələr tutun. Bunları yayın. Amma çox nazik olmasın. Axı qiymənin tərkibində ət suyu var, nazik olarsa, xəngəl bişən zaman yuxa cırıla bilər. Hər dairənin ortasına 1 x.q. qiymə qoyun. Sonra isə dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Onun “boğaz”ını barmaqlarınızla yaxşı sıxın. Əgər «boğazı» çox uzun alınırsa, onu kəsmək də olar.

Masanın, yaxud sininin üstünə un səpib hazırladığınız xəngəlləri oraya düzün.

Gürcü Xəngəli (foto-resept)

Suya duz töküb qaynamağa qoyun. Ət suyundan da istifadə edə bilərsiniz. Su qaynara düşən kimi xəngəllərin «boğaz»ından yapışıb bir-bir suya salın. Gürcü xəngəlinin qazanı böyük olmalıdır ki, suyu çox, xəngəli az olsun (rahat bişməsi üçün). Ehtiyatla taxta qaşıqla qarışdırın, xəngəllər cırılmasın. Xəngəllər suyun üzünə çıxandan sonra onları daha 15 dəqiqə qaynadın (əgər qiyməni doğramayıb, ət maşınından keçirmisinizsə, o zaman bu müddət 10 dəqiqə olacaq). Bişmiş xəngəlləri yastı boşqablara çəkin.

Xəngəl üçün sous da hazırlaya bilərsiniz. Ən yaxşı sous - əridilmiş kərə yağı ilə qara istiotun qarışığıdır. Bu zaman təzəcə döyülmüş dənəvər istiotdan istifadə etsəniz, daha ləzzətli olar.

Başqa bir sous xama və doğranmış göyərtinin qarışığıdır. Keşniş və reyhandan istifadə edə bilərsiniz. Bunun da üzərinə döyülmüş qara istiot səpin. 

Həmçinin xəngəlləri iri buluda çəkə, ortasına kərə yağı qoya, cəfəri və reyhan doğrayıb səpə və mütləq qara istiot vura bilərsiniz.

Gürcü Xəngəli (foto-resept)

Səslərin sayı: 0
1
390
Loading...
Şərhlər
Offline
Surayye
Ele sevirem ama havasi deyil
24 aprel 2019 14:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış