Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19 may 17:41Feride Mənde beyenmisdim amma gozu sismisdi yorgundu
40446

Alimlərdən inanılmaz kəşf

Alimlərdən inanılmaz kəşf


Bəzən genetiklərin irsi xəstəlikləri və qədim insanların marşrutlarını tədqiq etmə istəyi qeyri-adi nəticələrə səbəb oldu.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, alimlər dil və mədəniyyət cəhətdən bir-birinə bənzəməyən xaqların əslində yaxın qohum olduqlarını üzə çıxarırlar.

Məsələn, Rusiyanın Pskov, Novqorod və Yakutiya kimi ərazilərinin qədim sakinləri 7 min il əvvəl eyni populyasiyaya aid olublar. Rusiyalı tədqiqatçılar 55 etnik qrupa aid 300-dən geni öyrənərək bu nəticəyə gəliblər.

Eyni zamanda çuvaşlar mayirlərin də eyni kökdən olduğu üzə çıxıb. Bu iki xalq ərazi olaraq qonşu olsalar da, adət-ənənə və tarixləri çox da bənzər deyil. Onların dilləri də fərqli ailələrə-Ural və türk dil qrupuna aiddir.

Paleogenetiklərdən ibarət beynəlxalq qrup Şimali Qafqazda 6 min il əvvəl yaşamış 48 insan qalığını analiz ediblər və onları digər xalqların DNA-ları ilə müqayisə ediblər. Məlum olub ki, Şimali Qafqaz xalqları Amerika hinduları, Sibirin yerli xaqları və cənubi Avropa sakinləri ilə qohumdur.

Məşhur Maya mədəniyyətinin nümayəndələrinin geninin analizi sübut edib ki, hindular Sibir etnosu ilə qohumdur. Qafqaz xalqları isə Cənubi və Cənubi-Şərqi Avropa xalqlarının qədim nümayəndələri və müasir nümayəndələri ilə qohumdur.

Rusiya Elmlər Akademiyasının genetika institutu və ABŞ-ın Pensilvaniya universitetinin genetiklərinin elmi tədqiqatına əsasən, Şimali Amerika hinduları ilə Altay türkləri və Qafqaz türkləri qohumdur. Onların ümumi əcdadları 15-20 min il əvvəl yaşayıb.

Mütəxəssislər Şimali və Cənubi Altayın, Monqolustan və Cənubi Sibirin, Şimali Amerika hindularının yüzdən çox genetik markerini müqayisə ediblər. Altaylılar və hinduların geni eyni çıxıb.

Bundan başqa, tədqiqatçıları müəyyən ediblər ki, Cənubi Altay xalqları genetik olaraq Mərləzi Asiya və Cənubi Sibirin türk xalqları ilə qohumdurlar

Səslərin sayı: 0
0
67
Loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış