Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Diqqət! Ən çox ələ keçən parollar



Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi internetdə ən çox ələ keçirilən parollar üzrə aparılan tədqiqatın nəticələrini dərc edib.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, siyahıda birinci yeri dünyada 23,2 milyon qurbanın hesabında istifadə edilən 123456 parolu tutub. Sonrakı yerlərdə 123456789 (7,7 milyon), "qwerty" (3,8 milyon), "password" (3,6 milyon) qərarlaşıb. Liderlər beşliyini 3,1 milyon qurban tərəfindən quraşdırılan 1111111 parolu tamamlayıb.

Həmçinin ən çox müdaxilə edilən parollar iyirmiliyinə 12345678 (2,9 milyon), "abc (123 milyon), 1234567 (2,5 milyon), "password1" (2,4 milyon), 12345 (2,3 milyon), 1234567890 (2,2 milyon), 123123 (2,2 milyon), 000000 (1,9 milyon), "iloveyou" (1,6 milyon), 1234 (1,3 milyon), 1q2w3e4r5t (1,2 milyon), "Qwertyuiop" (1,1 milyon), 123 (1,02 milyon), "Monkey" (980 min), "Dragon" (968 min) daxildir.

Milli Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri tərəfindən belə parollardan istifadə etməmək, istifadə edildiyi halda isə dəyişmək tövsiyə edilir. Onlar, həmçinin parol qismində 3 təsadüfi sözdən, eləcə də müxtəlif registr, rəqəm və simvolları özündə birləşdirən mürəkkəb parollardan istifadəni məsləhət görürlər. Bundan başqa, təhlükəsizliyi ikifaktorlu autentifikasiya vasitəsilə artırmaq mümkündür.

Səslərin sayı: 0
0
48
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!