Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Səhiyyə Nazirliyi əhalini ehtiyatlı olmağa çağırdı - SƏBƏB

Səhiyyə Nazirliyi əhalini ehtiyatlı olmağa çağırdı - SƏBƏB


Səhiyyə Nazirliyi mövzunun hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi, antirabik vaksinini vaxtında vurdurmağı və əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.

Qadin.Net xəbər verir ki, Səhiyyə Nazirliyindən trend-ə bildirilib ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliyə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.

Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun insanların yoluxmasında əsas mənbə itlərdir. Xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur. Xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir. İnsanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir. Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.

Qeyd edək ki, 2018-ci il ərzində Azərbaycanda heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq, bu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxs zərər çəkib

Səslərin sayı: 0
0
54
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )