Günəş - bizim Yer kürəsi də daxil olmaqla 9 planetin yaratdığı Günəş sisteminin ulduzudur. Onun ətrafında planetlər və digər obyektlər dövr edir. Günəş həqiqətən çox boyük ulduzdur. Onun kütləsi Günəş sisteminin bütün cəm kütləsinin 99,866 faizini təşkil edir. Günəşin verdiyi istilik və işiq Yer kürəsində həyatın mövcud olmasında ən mühüm şərtlərdən biridir. İqlimə təsiri də ölçüyəgəlməzdir. Günəş hidrogendən (ümumi kütləsinin təqribən 73%, ümumi həcminin isə təqribən 92%-i), heliumdan (kütləsinin təqr. 25% və həcminin təqr. 7 %-i) və tərkibinə daxil olan - dəmir, nikel, oksigen, azot, silisium, kükürd, maqnium, karbon, neon, kalsium və xrom kimi kimyəvi elementlərdən ibarətdir. Spektral təsnifata əsasən, Günəş "sarı cırtdan" sayılır. Günəşin səthində hərarət 5800oC təşkil edir. Elə ona görə də o, ağ işığ saçır, amma işığın çox yayılması və spektrin qısa dalğalı hissəsinin Yer atmosferi tərəfindən "udulması" ucbatından, planetimizin səthinə düşən birbaşa Günəş şüası sarımtıl rəng alır.
Günəş spektri ionlaşmış və neytral metallardan, həmçinin ionlaşmış hidrogendən ibarətdir. Qalaktikamızda (bizim qalaktikanın bir neçə adı vardır - Kəhkəşan, Süd Yolu) 100 milyarddan çox bizim Günəşə oxşayan ulduz vardır. Amma, bizim qalaktikanın ulduzlarının 85%-i o qədər də parlaq deyil, bir qayda olaraq bu ulduzlar qırmızı cırtdanlardır. Günəş enerjisi hidrogendən heliumun istilik-nüvə sintezi yolu ilə parçalanmasından yaranır.
Günəş, Süd Yolunun mərkəzindən 26 min işıq ili məsafəsində yerləşir. O, qalaktikamızın nüvəsi ətrafında 200 milyon il ərzində tam dövr edir. Günəşin kosmik fəzada orbital sürəti 217 km/san-dir. Beləliklə, Günəş bir işıq ilini 1400 Yer ili ərzində, bir astronomik vahidi isə 8 Yer sutkası ərzində qət edir. Günəş hal-hazırda bizim qalaktikanın Orion bürcünün daxili qolunda, Persey və Oxatan bürclərinin arasındakı yüksək sıxlılığa malik ulduzlararası buludun içərisində yerləşir. Müasir elmə məlum olan 17 işıq ili məsafəsində yerləşən 50 ən yaxın ulduz sistemləri arasında Günəş öz parlaqlığına görə dördüncü ulduzdur.
Günəş ulduz ailəsinn birinci tipinə aiddir. Günəşin yaranması fərziyyələrindən biri, onun bir və ya bir neçə ulduzun partlayışı nəticəsində meydana gəlməsi fikridir.
Günəşin şuası Yerdə əsas enerji mənbəyidir. Bu şüa gücü günəş sabiti adlanan Günəş şüalarına perpendikulyar olan sahə vahidindən keçən enerjinin miqdarı ilə ölçülür. Yer orbitində bu rəqəm təqribən 1370 Vt/m²-dir. Lakin, Yerin atmosferindən keçəndə o, öz gücünün 370 Vt/m² qədərini itirir. Beləliklə, açıq havada və Günəş zenitdə olarkən Yer səthinə yalnız 1000 Vt/m² həcmində şüa düşür. Əlbəttə ki, Günəş şüalarının birbaşa düşməsindən və ya onun fotoelementlərin köməyi ilə çevrilməsindən istifadə edərək elektri enerjisi və s. almaq mümkündür. Nəzərə almaq lazımdır ki, neftdə və digər torpaqdan çıxarılan yanacaq növlərində "gizlənmiş" enerji də fotosintez vasitəsilə əldə edilmişdir.
Günəşin səmada müşahidə edilən yolu il ərzində dəyişir.
Yer kürəsi afeliya nöqtəsindən (yunanca "aphelios" - "apo"-uzaqda, "helios"-Günəş) planetin, kometanın və ya Günəşin süni peykinin orbitinin Günəşdən ən uzaq olan astronomik nöqtəsi. Bunun əksi isə, yəni sadalananların ən yaxın nöqtəsi perigeliya adlanır) iyulun əvvəlində keçir və Günəşdən 152 milyon km məsafəyə uzaqlaşır. Yanvarın əvvəlindəsə o, əksinə - perigeliya nöqtəsindən keçir və Günəşə 147 milyon km məsafəyə qədər yaxınlaşır. Bu tarixlər arasında Günəşin görünən diametri 3% dəyişir. Yaranmış 5 milyon km fərq nəticəsində afeliya nöqtəsində olan Yer 7 % az istilik alır. Bu səbəbdən də Yer kürəsinin şimal yarımkürəsi qışda cənub yarumkürəsinə nisbətən daha isti, yayda isə daha sərin olur.
Günəş - maqnit-aktiv ulduzdur. Onun çox nəhəng maqnit sahəsi vardır. Bu maqnit sahəsinin gərginliyinin istiqaməti hər 11 ildən bir - Günəş maksimumu vaxtı istiqamətini dəyişir. Günəşin maqnit sahəsinin variasiyaları müxtəlif effektlər yaradır. Bu effektlərin cəminə Günəş aktivliyi deyilir. Günəş aktivliyi Günəşdə ləkələr, partlayışlar, günəş küləyinin variasiyaları və s. deməkdir. Yer kürəsində isə bu aktivlik yuxarı və orta enliklərdə qütb parıltısına və geomaqnit qasırğalara gətirib çıxarır. Belə qasırğalar rabitə vasitələrinin, elektrik enerjisinin ötürülməsi vasitələrinin işində maneçilik törədir, həmçinin insanların başının ağrımasına və özlərinin pis hiss erməsinə gətirəb çıxara bilər. Günəş aktivliyi Yer atmosferinə də təsir edir.Möcüzəli Günəş haqqında
Günəş üçüncü nəsilə aid olan cavan ulduz sayılır. Ulduzların inkişafının kompyuter modellərinin köməyi ilə müəyyən edilmişdir ki, Günəşin təqribən 4,57 milyard yaşı vardır. ildir. Hesablamalara görə, bizim Günəş kimi kütləyə malik olan ulduzların ömrü təqribən 10 milyard ildir. Demək, indi Günəş ömrünün yarısındadır. Təqribən 5 milyard ildən sonra isə o, qırmızı nəhəng tipində olan ulduza çevriləcəkdir. Günəşin nüvəsində olan hidrogen yanacağı yandıqca onun xarici qabığı genişlənməyə, nüvəsi isə sıxılmağa və daha da qızmağa başlayacaqdır. Təqribən 7,8 milyard ildən sonra nüvədə temperatur haradasa 100 milyon dərəcəyə qalxacaqdır və burada helium qazından hidrogen və karbonun sintezinin istilik-nüvə reaksiyası başlayacaq. Bu zaman Günəş öz kütləsini və xarici qabığını itirməyə başlayacaq.Möcüzəli Günəş haqqında
Günəş qırmızı nəhəng fazasını keçdikdən sonra onun xarici qabığı dağılacaq və bundan planetar dumanlıq əmələ gələcək. Bu dumanlığın mərkəzində isə çox qaynar nüvəyə malik olan ağ cırtdan tipli ulduz qalacaq. Ağ cırtdan bir milyard illər boyunca yavaş-yavaş soyuyacaq və sönəcək.
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpəniz də musiqi dinləsin
Hovuzdakı mikroblardan qorunmağın yolları
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
E vitamini hansı qidalarda var?
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
O, yeni fenomendir
McDonaldsa şok! Filiallar bağlanır
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
İran "soyqırımı" inkar etdi
Psixoloqların NƏZƏRİNƏ: Dekabr ayında...
Hələ bu cür ad olmamışdı-FOTO
Moda şousu dağlarda, körpü üzərində oldu
Sabah hava necə olacaq?
Daxilimizdəki dünyalar
Suyun sirləri
Mavi almaz rekord qiymətə satışda
Uşaq otaqları üçün saatlar
Rusiyanın məşhur verilişi Bakıda çəkildi
Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Corabla yatmağın ziyanları
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb - FOTO
Vintage stildə geyimlər
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
Lavaş içi salat (foto resept)
Qaz olmayacaq - SİYAHI
Bakıda güclü partlayış
Mart ayının qalibləri!
Ərdoğan ağlatdı
Hər kəs bu cütlükdən danışır-FOTO
Şokoladlı albalı(foto resept)
ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü - RƏSMİ
Yuxusuzluq da stresə səbəb olur
Yeni texnologiyalar dövrü gəlir
Culia Robertsdən yay fotosessiyası
Cavan olmam bir də mən?
Ölkədaxili Qatar Biletləri ilə bağlı YENİLİK- Bu gündən...
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Baş ağrıları ilə həkimə gəldi: Beynindən Qurd Çıxdı-FOTO
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Bananlı tort (foto resept)
Beyni necə sakitləşdirmək olar?
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
Saç kəpəyinin yaranma səbəbi (2)
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
Yeni sosial şəbəkə yaradıldı
Qeyri-adi qab-qacaqlar
- ŞƏRHLƏR