Qoç - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.
Əkizlər - Bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı təkliflər edəcəklər.
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun. Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın əhatəsində gözəl vaxt keçirə bilərsiniz.
Xərçəng - Ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin - bu yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.
Şir - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Qız - Düzgün yanaşma sayəsində bir çox problemləri həll etmək mümkün olacaq. Başqalarının əhəmiyyət vermədikləri faktları, bütün işin gedişatına təsir edə biləcək xırda detalları vaxtında görür və düzgün qiymətləndirirsiniz. Ətrafınızdakılara kömək edin - başqaları üçün etdikləriniz özünüzə də xeyirlidir.
Birlikdə oxuduğunuz, yaxud hansısa layihə üzərində işlədiyiniz insanlarla ünsiyyət qurun. Eksperimentlər, ağıllı risk məsləhətdir. Bu gün başlanan eşq macərası başgicəlləndirici olacaq.
Tərəzi - Kölgədə qalmağa can atmayın: bu gün nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək sizin üçün deyil). Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor və ya hami axtarmaq olar. Yeni başlanan işgüzar əlaqələr, sizin istəyiniz olarsa, dostluğa, yaxud sevgiyə çevrilə bilər.
Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər. Pulları sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni gerçəkləşdirmək üçün pula ehtiyacınız olacaq.
Əqrəb - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil.
Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin.
Oxatan - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.
Oğlaq - Məqsəd və prioritetlərinizi dəqiqləşdirmədən heç bir addım atmayın. Xırdalıqlara çox vaxt sərf edir, vacib olanları isə diqqətdən qaçırırsınız. Yeni, sizin üçün tanış olmayan sahəyə can atırsınız, ancaq öncə başladığınız işləri bitirsəniz, daha yaxşı olar.
Əməkdaşlıqla bağlı işgüzar danışıqların aparılması üçün münasib gündür. Ancaq müqavilə imzalamağa tələsməyin, daha yaxşı şərtlərə nail ola bilərsiniz. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər gözlənilmir.
Dolça - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz.
Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil.
Balıqlar - Mürəkkəb məsələlər həllini gözləyir, siz də tərəddüdsüz bunları bir-bir aradan qaldırmağa girişirsiniz. Özünüzə inamınızın əsası var - doğrudan da, indi hər şeyə qadirsiniz. Kənardan köməyə ehtiyacınız yoxdur, amma bu gün sizə müstəqillik versələr, özünüzü xoşbəxt sayarsınız. Kommersiya fəaliyyətində bəxtiniz gətirəcək.
Yaxınlarınızla münasibətlərdə bəzən sərtlik göstərirsiniz. Bəzən bu, incikliyə səbəb olsa da, ciddi münaqişə yaranmır. Bəzi hallarda yumor hissi köməyinizə gəlir. Amma hərdən zarafatın heç yeri olmur
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Təhsil naziri iki şöbə müdirini işdən çıxardı
Ramazan ayının 11-ci gününün duası - İmsak və iftar vaxtı
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
Prezidentdən manat açıqlaması
DİQQƏT: “ASAN xidmət” 4 gün işləməyəcək
I sinfə qəbul dəyişir
Merve Boluğur müflis oldu
Özümüzü tanıyırıqmı?
Turist qadınları öldürənlər cəzalandırıldı-FOTO
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
“Facebook” sifətləri tanıyan startapı aldı
İmtahanın nəticələri AÇIQLADI
Sahibkarlardan İlham Əliyevə müraciət
Bir maşının neçə sürücüsü ola bilər?
Sağlam qidalanma proqramı
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
İcbari tibbi sığorta xidmətlərinə nələr daxildir? - SIYAHI
Azərbaycanın futbol klublarında yenilik
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Hamiləlikdə qidalanma
2012-ci ilin hamilə paltarları
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
Nazirlikdən 66 şagirdin durumuna münasibət
38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO
Gecə geyimləri
Hava haqqında - 14.02.2014
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Möhtəşəm üzük modelləri
Uşaq telefonu təklifi hələ öyrənilir
Mənim seçdiklərim
Uşağınızı cəsarətləndirmək üçün 20 ifadə
Dəbli kişi gödəkçələri
Xanımların sevimli geyim aksessuarı
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Günün qoroskopu: Qəfil görüş, məktub, telefon zəngi ola bilər
Cennifer Lopez məktəbli "forması" geyindi- FOTO
Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Məşhurlar və övladları
Qızınıza söyləməməniz lazım olan 10 söz
2012-nin stil ikonları
Bu rayonlarda qaz kəsiləcək
SƏNİ SEVMƏK
500 milyon smartfon təhlükə altındadır
- ŞƏRHLƏR