Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:15aysel hesenli Ona proqram lazım deyil özü elə qocadi 13:46PERI sofi lorende qocalarmis exx((( 12:22Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
40748

Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə

 

1. Şəxsi həyatınızı bir qırağa qoydunuzsa

Münasibətin başlanğıcında hər şey mükəmməl görünə bilər. Bulduların üstündəykən tək ehtiyacınızın "O" olduğunu zənn edə bilərsiniz. Bütün sosial həyatınızı kənara qoyub bütün həyatınızı ona sərf etsəniz, hətta daha az vaxt ayıra bilərsiniz. Bunları etdikdə olduğunuzdan başqa birinə çevirilə bilərsiniz. Birlikdə olduğunuz insanla birlikdə fərd olmağı da unutmayın. 

Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə

2. Səhv və pis davranışları yaxşı qarşılayırsınızsa

Şəxsi həyatınıza hörmət etməməsi, alçaltmaq, mənfi hiss etməyinizə səbəb olması, görünüşü dəyişdirmənizi deməsi, görüşlərə gec gəlməsi, istəklərinizi diqqətə almaması sərhədi keçməsi sayılsa da, bir çox insan bunları göz ardı edir. Sərhədləri başlanğıcda müəyyənləşdirməlisiniz. Əvvəlcədən sizə pis davranan biri sona qədər elə olacaqdır.

Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə

3. Davamlı köhnə sevgilinizdən və köhnə təcrübələrinizdən danışırsınızsa

Əgər yeni münasibət başlamısınızsa, köhnə münasibətinizi geridə buraxmalısınız. Davamlı keçmiş təcrübələrinizdən danışırsınızsa, bu münasibətdə olduğunuz insanın əsəblərini korlaya bilər. Qarşı tərəf də, keçmiş münasibətindən danışırsa, münasibətinizdə problemlər yarana bilər.

Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə

4. Hər şeyi onun başa düşməsini gözləyirsinizsə

Bəzən qadınlar susub, qarşı tərəfin hər şeyi başa düşməsini gözləyirlər. Heç kimin zehni oxuya bilmədiyini unutmayın. Düşündüklərinizi bölüşməmək zamanla stressə və əsəbə səbəb ola bilər. Ona görə vaxtında hislərinizi və düşüncülərinizi bölüşün.

Münasibətinizin qısa müddətli olduğunu göstərən 5 işarə

5. İdealınızda mükəmməl sevgili yaradırsınızsa

Cütlüklərin çoxu bəzi xüsusiyyətləri göz ardı edib, qarşı tərəfin mükəmməl olduğuna inanmağa çalışırlar. İdeallaşdırdıqları sevgililəri zamanla ümidlərini puç edir. 

Səslərin sayı: 0
0
498
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )