Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:00Feride Hamiya salam!Necesiz 10:33Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlər!
40179

İlk görüşün uğurlu olmasının sirləri

Görüşdüyün insanla ilk görüş son olmasın deyə nə etmək lazımdır? Onun diqqətini necə cəlb edə bilərsən? Onun üçün maraqlı ola bilərsənmi?

İlk görüşün uğurlu olması üçün psixoloq Qadın.Net-li xanımlarımızla bəzi sirləri bölüşəcək. 

Əyləncəli verilişlərin birində belə bir süjet hazırlanmışdır ki, qadınla kişi bir-birinə özləri üçün önəmli olan 3 sual verməlidirlər.

Kişi: Hansı mətbəxi daha çox xoşlayırsan? Hansı bürcdənsən? Hansı gülləri xoşlayırsan?

Qadın: Bankda nə qədər pulun var? Avtomobilinin markası nədir? Mənzilin şəhərin harasında yerləşir?

Əslində belədir. Bəzi qadınlar ilk görüşdə romantik qadındansa, bankda kredit şöbəsində işləyən, kişiyə kreditə pul verməyə hazırlaşan mütəxəssisə bənzəyirlər.

Münasibətlərə bu yöndən yanaşmaq kişini fikrindən geri dönməyə vadar edir!

Psixoloji tədqiqatlara əsasən, insanla söhbətin ilk dəqiqəsində onun haqqında müəyyən fikir formalaşır. Söhbətin davamında sənin həmin insanla bağlı fikrin ya təsdiq, ya da təkzib olunur.

Xoşlandığımız insanla bir neçə dəqiqə sonra görüşümüzün axırıncı deyil, axarıncı olması üçün nə etməliyik?

Adətən, bizim özümüz kimi düşünən insanlardan xoşumuz gəlir, belə insanlarla yola getmək də asandır. Onda belə çıxır ki, xoşumuza gələn insanın da bizi bəyənməsi üçün gərək biz də ona bənzəyək. Yəni fikirlərimiz üst-üstə düşsün. Amma bu o demək deyil ki, onun hər sözündən sonra "Doğrudur, tamamilə razıyam, mən də elə düşünürəm" deməliyik! Onunla adi qaydada söhbət edib, onunla həmfikir olduğunuzu bilməniz yetər. Lakin əksinə, fərqli olduğunuzu görsəniz, üzülməyin! Sizinlə fikirləri müxtəlif olan insan nəyinizə gərək? Maraqlarınız müxtəlifdirsə, söhbətləriniz də bir-biriniz üçün çox maraqsız olacaqdır.

Gəlin insanı tanımaq, nə qədər uyğun olduğumuzu bilmək üçün bəzi məqamlara diqqət yetirək.  

Danışacağımız mövzunu seçək:

Gələcək münasibətlərin davamlı olması üçün danışacağımız mövzu çox önəmlidir. Çünki bu mövzunun sayəsində onun üçün nə qədər maraqlı olub-olmayacağınız müəyyənləşəcəkdir.  Lakin unutmayın ki, ancaq öz maraqlarınızı düşünməməlisiniz.

 Onun dəyər verdikləri:

İlk görüşün uğurlu olmasının sirləri

Qarşınızdakı insanın nəyə daha çox dəyər verdiyini, inandığını bilsəniz, onun üçün çox maraqlı olacaqsınız. O, heyvanları qorumaq, insanlara kömək etmək, xeyriyyə işləri ilə məşğul olmaq və bu kimi digər şeylərə dəyər verə bilər.  Onun üçün daha nələrin önəmli olduğunu öyrənməyə çalışın.

Onun dəyər verdiyi şeylər arasında sizin də eyniliyiniz varsa, bir az da öz maraqlarınız haqda danışa bilərsiniz.

Misal üçün, o idman etməyi sevirsə, siz də idmana olan marağınızdan danışa bilərsiniz. 

Söhbəti canlandırın.

 

İlk görüşdə bir-birinizi yaxşı tanımadığınıza görə sıxıla bilərsiniz. Bu zaman sükutun çökməsinə yol verməyin. Söhbəti canlandırmağı bacarın. Verdiyiniz sualların cavabının ardınca “Niyə?”, “Nə üçün?”, “Nə vaxt?” kimi söhbəti davam etdirəcək suallar verə bilərsiniz (Əgər o, öz işi haqda danışırsa, siz ona niyə bu peşəni seçdiyi barədə sual versəniz, söhbətiniz davam edəcək, lakin siz ona "İşini sevirsən?" sualını versəniz, cavabında qısa “Hə” və ya “Yox” cavabını alıb, söhbəti bitirəcəksiniz).

Dinləməyi bacarın. 

 

Qarşınızdakı insan öz hisslərini açıq büruzə verirsə, sizin qapalı olmanız onun xoşuna gəlməyə bilər.  Bunun üçün onun hər etdiyini deyil, onunla oxşar olan hisslərinizi büruzə verə bilərsiniz.

Lakin bunu eyni vaxtda deyil, onu dinlədikdən sonra edə bilərsiniz.  Sözünü kəsmədən, diqqətlə dinlədiyiniz insanı daha yaxşı tanıya bilərsiniz.

Təkrar.

Onun son dediyi sözü təkrarən sual kimi işlədə bilərsiniz. Misal üçün: “Deməli, sən belə hesab edirsən ki, qadın işləməməlidir?”  

Söhbəti aydınlaşdırmağı bacarın.

Hər hansı bir sözü nə mənada işlətdiyini aydınlaşdırın. Misal üçün “Sən ...... bunu nəzərdə tuturdun?” “Sən ...... bunu deyirdin?”  kimi suallar verə bilərsiniz.

Müqayisə

Onun özü haqda yalnış bildiyi hər hansı fikri müqayisə edərək düzgün olduğunu desəniz, onun üçün daha da maraqlı olacaqsınız. Misal üçün, o, çox pis maşın sürdüyünü deyirsə, siz ona “Sən yolları çox yaxşı tanıyırsan, avtomobili yaxşı yerdə saxlaya bilirsən, bir az da diqqətli sürsən, əla sürücüsən” - deyə bilərsiniz.

Bütün bunları nəzərə alsanız, söhbətiniz daha maraqlı və davamlı olacaqdır.  Həqiqətən də uyğun olub-olmadığınızı hiss edib, rahat və sərbəst ola biləcəksiniz. Görüşdüyünüz insanı nəzərə alaraq öz maraq və istəklərinizdən danışsanız, siz həqiqətən də həmin insanın yaddaşında dünyanın ən maraqlı və məlahətli qadını olaraq qalacaqsınız.

 

 

 

Səslərin sayı: 19
63
12164
loading...
Şərhlər
Offline
Namik Qurbanov
evelceden planlawdirmag yox eksine oz axarina buraxmag lazimdi ilk goruwu...bele hemde ilk fikirler formalawar her iki teref ucun
31 mart 2014 01:34
Offline
איסון ממדוב.
Məndən keçib artıq bu xəbər.
15 mart 2014 12:18
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aytekin
men hec kimle goruwmemiwem sevgili kimi.ama taniw bir adm olub.adice tanidigim adamla goruwe getmek menim ucun cox cetindi coooox heyecan kecirirem.ureyim bulanir,hetta qaytariram.men ne edim ezizlerim mene komek edin.
5 yanvar 2013 18:31
Offline
oksana
bizim day ilk goruwlerimizden kecib)) winked
19 oktyabr 2011 13:53
Offline
offfffffffff men hec kimle gorusmemisem gorusende nezere alaram
13 oktyabr 2011 16:10
Offline
oksana
Ilk goruwlerim uje 2 ile yaxindir ki aile heyatima kecib,hmm cox sag olun
12 oktyabr 2011 14:54
Offline
Sabrinka
Maraqlı idi təşəkkürlər :))
7 oktyabr 2011 01:33
Offline
a.angel
subaylarimiz diqqete alsinlar,menim ilk goruşum yaxşi olub
6 oktyabr 2011 19:50
Offline
Semedova
menim ucun artiq gecdir:)
30 sentyabr 2011 17:51
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
29 sentyabr 2011 16:19
Offline
Aynur
Twk cox maraqlidir..
28 sentyabr 2011 23:06
Offline
Gulshen_q
İlk goruşde cox maraqli musahib olmaq, ve ya bele gorunmek olar.Amma ilk goruşdeki teessurat, ya da ki, qizin cox agilli olmasi qarşi terefin onun haqda mutleq ciddi fikirde olacagina zemanet vermir..Meslehetler maraqlidir, sadece bizim cemiyyetdeki coxluq /eks cinsin numayendelerini nezerde tuturam/ ucun deyil..
28 sentyabr 2011 22:14
Offline
Gulya-nur
Maraqlı məlumatlardı dəyərləndirmək olar.
Əllərinə sağlıq.
winked
28 sentyabr 2011 12:19
Offline
vlada
menden kecib uje canim
28 sentyabr 2011 12:13
Offline
gulya87
men niwanili olanda goruwmek istemirdi gucnen goruwdururduler o mene ne qeder xow sozler desede men ona ters cavab verirdim cunki onu sevmirdim oda bilirdi deyirdi ozumu sene sevdirecem bawardi ona awiq oldum artiq 9ildir aile qurmuwuq 2 oglumuz var xowbextik wukur allaha
28 sentyabr 2011 02:44
Offline
agubugu
men ilk gorusum yadimda pis xatire kimi qalib angry
28 sentyabr 2011 01:12
Offline
Sovket
Men hele goruse getmemisem. Goruseceyim insan da yoxdu. Oxudum maraqli idi. Gelecekde lazim olsa emel ederem
28 sentyabr 2011 00:59
Offline
Tiqana
Subaylar numune gotursun bizden kecib artiq.
27 sentyabr 2011 23:52
Offline
Riana
wink Mən ilk görüşdə yalnizca susmuşdum.sadece o danişmişdi.Demek olar ki,her gün o danişirdi.Mənim cavabimi eşitmək istəmirdi.Özünə öyrədəndən sonra ,sevildiyini bildikden sonra danişmağa imkan verdi.Onda da artiq toy hazirliqlari idi.
27 sentyabr 2011 22:41
Offline
Xanim_Xatun
indiyəcən hec bir insan məndən narazi qalmayib ilk görüşdən.görünüş baximdan cox ciidi görsənirəm.amma ünsiyyət saxlayanda 180 dərəcə dəyişirəm.hamida cox yaxsi təsurat bagişlayiram.bunu mən yox mənə deyilənləri deyirəm.hər zamanda insanlarin yadinda gülər üz qiz kimi qalmişam.ilk görüşdən insanlari ələ almagi bacariram.
27 sentyabr 2011 21:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Məncə cinayətdir. Hər kimsə klipin sujetinə əsasən rekvizit silahdan atəş açılacağını təxmin edib əsil güllə qoya bilərdi.
  • Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra

    Hugerbitsin Yutub kanalında yayımlanan videosunda qeyd olunub ki, Türkiyə vəziyyəti diqqətli şəkildə izləməlidir, 7 və ya 6 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı yüksəkdir. Seysmik aktivlik cəhətdən xüsusən Aralıq dənizi bölgəsinin fərqlənəcəyi bildirilib.
  • “Xaç atası” filmindəki ev satılır-FOTO

    280 kvadratmetrlik 4 otaqlı malikanə 1940-cı ildə tikilib və ingilis stilində dekor edilib.
  • 13:01 - Müəllif: Feride
    Cenifer Lopezdən stil dərsləri (1)

    Cenifer Lopezdən stil dərsləri

    Bu qadin cox gozeldi ne geyinmek laz geldiyin de bilir
  • Qiyamətdə "dağılmayacaq" anbar evlər -FOTO

    Qiyametden hec kim qaca bilmez
  • Sərdar Ortaçın xanımı məhkəməlik oldu-SƏBƏB

    Bu aralar abort etdirmə xəbəri ilə gündəmdən düşməyən Xloe bunun şayiə olduğunu iddia edib. Amma bir aparıcı onun səsini yazdığını, hər şeyi etiraf etdiyini deyibş
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Belə ki, o, özünü klip çəkdirən zaman rekvizit kimi istifadə olunan tapançadan atəş açıb. Açılan güllə onun başına tuş gəlib. Castin hadisə yerində vəfat edib.
  • Müsəlman cəhənnəm əzabı çəkərmi?

    "O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)
  • 18:57 - Müəllif: Ayla Ayla
    2019 Bahar Dəbi (3)

    2019 Bahar Dəbi

    Sarının hər tonu bahar aylarının sevimlisi olacaq.
  • İtkin düşmüş gəmi tapıldı-77 il sonra

    Sualtı qayıq 77 il sonra tədqiqatçılar tərəfindən Finlandiya körfəzində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, sualtı qayıq top gülləsi dəydiyi üçün batıb. Hazırda araşdırmalar davam edir.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!