Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz 09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39981

Təzyiqin nəticəsi...(6-cı hissə)

 

 

...Eldarla görüşdüyü ilk günləri xatırladıqca gözlərindən yaş damlaları süzülməyə başladı.Hər dəfə görüşdən qayıdanda öz-özünə deyirdi:-“Kaş heç Kamillə tanış olmayaydım.Onunla yaxınlıq etməyəydim.Özümü ancaq Eldara saxlayaydım.O bir Mələkdir.Allahıma çox şükür onu mənim qarşıma çıxarıb.”Eldarı aldatmağı vicdanına sığışdırmırdı.O da Lamiyə kimi hər şeyi açıb demək, yüngülləşmək istəyirdi.Həm də ona maraqlıydı-görəsən o da Seymur kimi Aytəni olduğu kimi qəbul edəcəkdimi?Sevgisini bununla sübut edə biləcəkdimi?...Axı hardan biləydi baş verən hadisələr elə sürətlə inkişaf edəcək, özü də istəmədən canından çox sevdiyi insanı aldatmağa məcbur olacaq.Aytəni də qınamaq olmazdı.Onun yerində kim olsa bəlkə də belə edərdi.Eldarla görüşdüyü və nişanlandığı müddətdə-artıq iki il keçmişdi-Lamiyə ailə qurmuş, ana olmuşdu.Bir yaş yarımlıq qızı da vardı.İki il əvvəlki Lamiyədən bir əsər qalmamışdı.Yanaqlarından qan daman Lamiyənin üzü solmuş, çox arıqlamışdı.İlk dəfə rəfiqəsini bu vəziyyədə görən Aytən çox üzülmüşdü.Birdən-birə ağlına gələn qara fikirlərdən özü də qorxdu.Elə bilmişdi ki, Lamiyənin “pis xəstəliyi” var.Həmin görüşdə səbəbini öyrənməyə fürsəti olmadı.Seymur da yanında idi.Bir neçə gün sonra qızını parkda gəzdirmək üçün evdən çıxanda Lamiyə Aytənə zəng etdi.Görüşdülər.Yalnız onda əsl səbəbi öyrənə bildi.Həmişəki kimi sözə bir az uzaqdan başladılar:

-Lamiyə, nə qəşəng qızın var.Allah saxlasın.Necə də sənə oxşayır.

-Çox sağ ol, canım.Sənin üçün də olsun.-Gülümsəməyə çalışsa da alınmadı, yenə kədərli idi.

-Bəs bu qəşəng qıza  bir qaqaş gətirmək haqda hələ fikirləşmirsiz?-Suallarıyla rəfiqəsinin fikrini dağıtmaq istədi.

-Eh..Kaş ki, heç bu da olmayaydı-ah çəkərək dedi.

-O nə sözdür, bacı?Səndən heç gözləməzdim.Allahın verdiyi paya şükr etmək əvəzinə bu nə sözdür deyirsən?İllərlə uşaq payı gözləyənlər, ana olmağa həsrət qalanlar var.Naşükür olma,-ərklə Lamiyəni danladı.

-Sən heç nə bilmirsən.Küçəyə çıxanda, insanlar içində xoşbəxt görünməyə çalışsaq da heç də hər şey əvvəlki kimi deyil.

-Bağışla bacı, mən də günahkaram.Başım toya hazırlığa qarışıb, heç səndən xəbər tuta bilməmişəm.Həm də bilirsən, bir müdət rayonda yaşadım, yeni həyata başlamaq üçün yaxşıca dincəlməliydim.Psixoloqum belə məsləhət görmüşdü.Axı bilirsən, atamın yanında dincəlmək olmur.Qızın doğulanda da heç gəlib təbrik edə bilmədim.Yad adamlar kimi eləcə zəng etdim.Özümü bağışlamıram buna görə..-Başını aşağı saldı.

-Ee, yenə başlama da Ayka, hər şeydə özümü günahlandırmağa.Sənlik heç nə yoxdur.Yanımda olsaydın belə əlindən nə gələrdi ki?Keçmiş səhvlərimin əvəzini ödəyirəm.Mənə bu da azdır..

-Ürəyimi üzmə, axı de görüm nə olub?

-Toyumuzdan heç bir il keçməmiş mənə xəyanət etdi...-Acı-acı gülümsədi..

-Kim?Seymur??-Aytən təəccüblə soruşdu.

-Əlbəttə o.Başqa kim olacaq?Evlənmədən əvvəl mənə dünyaları vəd edən, məni guya olduğum kimi qəbul edən, mənə ömür boyu arxa-dayaq olacağına söz verən Seymur..

-Nə zaman hiss etdin bunu?-eşitdiklərindən sarsılmış Aytən boğuq səslə soruşdu.

-Mən Ayselə dörd aylıq hamilə olanda.İlk dəfə onda hiss etdim.Daha doğrusu o hamamda olanda telefonuna gələn smsi oxudum..Romantik bir sevgi mesajı idi.-Kinayəylə dedi.

-Sonra?

-Sonrası da odur ki, ilk vaxtlar boynuna almasa da üstünə çox düşəndə etiraf etdi.Hətta bir dəfə bütün acı həqiqəti, qəlbində illərlə gizlətdiyi bütün fikirlərini üzümə dedi.Demədi e, çırpdı üzümə..Daha dözə bilmirəm.-Bunu deyərkən səsi titrədi..Ağlamırdı.Sanki göz yaşı da qurumuşdu ağlamaqdan.

-Yaxşı, daha danışma.Görürəm xatırladıqca pis olursan.-Aytən özü xəyanəti bağışlamasa da rəfiqəsini sakitləşdirmək üçün dedi:

-Xəyanət etməyən kişi var indi?Tək sən deyilsən.Buna görə ailəni dağıtmaq istəyirsən?Ayseli atasız qoymaq istəyirsən?

-Ayseli düşünür guya o?Qızımın ad günü idi həmin gün..Qonaqlar getmişdi.Ayseli də yatırtdım.Seymur bu dəfə çox içmişdi.Adətən o içəndə hədini aşsa belə özümü bir təhər saxlayıram.Mübahisə etmirəm.Səhəri gün aydınlaşdırıram gecə baş verənləri.Bu dəfə isə gözləmək haqda düşünmədim.Gələn qonaqların arasında mənim dəvət etmədiyim, ümumiyyətlə tanımadığım bir qadın da vardı.Modellərə oxşayırdı.25-26 yaşı olardı.Sarışın qadındı.Əvvəl elə bildim Seymurun iş yoldaşlarından hansınınsa həyat yoldaşıdır.Amma ziyafət boyu Seymurun o qadınla baxışması və qadının qonaqlardan ayrılıb evlərinə tək qayıtması məni şübhələndirməyə bilməzdi.Bütün qonaqların getməsini gözlədim ki, onun kim olduğunu aydınlaşdırım.Evdə tək qalanda nəhayət fürsət tapdım soruşmağa.Sərxoş da olsa bunu sabaha saxlaya bilməzdim..

-Hə, Seymur nə dedi?-səbirsizlənən Aytən əhvalatın sonunu gözləmədən soruşdu.

-Həqiqətən düz deyiblər:-“Sözün düzünü bir uşaqdan, bir sərxoşdan soruş”

-Yəni?

- Nə uzadım..Qısası mənim haqqımda bütün düşündüklərini dedi.O qadın onun sevgilisi imiş.Şübhələrim düz çıxdı.Smsləri yazan da o idi..

-Həyasıza bax e.Utanmadan, çəkinmədən hələ evinizə də gəlib.Sən də heç nə etmədin?Zəng edib biabır edərdin də.Necə soyuqqanlı olmusan ee?

-Yox, bilmədiyin şeylər var..

-Məsələn nə?

-Seymur mənim keçmiş səhvimi üzümə vurdu..Hətta daha irəli gedərək elə beləcə də dedi:-“Niyə o qadın haqda pis düşünürsən?Mən onu səndən əxlaqlı sayıram.Onun həyatındakı tək mənəm.Səninsə həyatında məndən əvvəl Allah bilir neçəsi olub.Sən yaxşı qız olsaydın toy gecəsinədək özünü qorumağı bacarardın.Bakirə qalardın...Gəzirəm, əcəb edirəm.Dözməlisən..Getmək istəyirsənsə, qapı açıqdır.Buyur, yaxşı yol..”

-...-Söz tapmıram deməyə.Sən nə cavab verdin bəs?-Aytən Lamiyənin halını çox yaxşı anlayırdı.Ondan daha yaxşı kim anlardı ki..Bu günlərdən onun da başına gələ bilərdi.

-İndi sənin quruduğun kimi mən də quruyub qaldım.Şokdaydım.Ağlaya da bilmədim ki, boşalım.Oturub əllərimlə başımı tutdum sadəcə.Bilmədim neçə saat keçdi.Bir də gecə yarı yuxudan oyanmış Ayselin səsinə özümə gəldim.Seymursa elə paltarlı, ayaqqabısını belə soyunmadan divanda uzanıb yatmışdı.

-Sənə söz tapmıram deyim, bacı.Çox pis oldum.Vallah..Elə bil mənim başıma gəlib.

-Məndən sənə məsləhət, Ayka.Bizim oğlanlara düzünü deyəndə axırın belə olur.Sən mənim kimi etmə.Eldar çox yaxşı oğlandır, mən də bilirəm.Evləndikdən sonra da sənə münasibəti belə qalacaqmı?Bax, bunu bilmirik.Mən də Seymura “O bir Mələkdir”, deyirdim.İnandım.Aldandım..Yandım.Sən inan, amma işini də ehtiyatlı tut.

-Yəni?

-Nə demək istədiyimi yaxşı anladın.Özün ağıllı qızsan...

...Aytənin toyuna bir aydan da az qalmışdı.Lamiyə ilə görüşü, bu söhbəti hər şeyi dəyişdi.Yox, onun toyu təxirə düşmədi.Sadəcə rəfiqəsinin acı taleyini təkrar yaşamaq istəmədiyi üçün Lamiyə deyən kimi də etdi.Bu qərarı qəbul etmək onunçün çox çətin oldu.Tərəddüd edirdi.Ta ki toy gününə qədər.Nəhayət toy günü qəti qərara gələ bildi.Toyun başlanmasına bir neçə saat qalmış gözəllik salonunda həkimlə görüşüb məsələni “həll” etdilər..O an özünə nifrət etsə də başqa əlacı qalmamışdı.Çox sevdiyi Eldarını itirmək istəmirdi..

Keçmişin acı xatirələri onu çox uzaqlara apardı.Artıq sübh namazına bir saatdan da az qalırdı.Bütün gecəni oyaq qalmışdı.Bütün keçmişini yenidən yaşadı bir gecə içində.Bir azdan namaz qılıb dualarını oxuyacaq.Daha sonra əşyalarını yığışdırmağa başlayacaqdı...

Səslərin sayı: 29
142
6084
loading...
Şərhlər
Offline
Xanim_Xatun

Xanim_Xatun
Sitat: ŞoKo
niye tecublenirsen?duz deyirde,kenden gelen qizlar gormemis olur ,eslinde coxu buna avamlliq safliq deyir,amma mence bu ele gormemislikden olur ,ve Baki oglanlari tezlikle onlari cengine alir
canim cox tşklərki mənimlə həm fikirsən.bu təkcə Bakida deyil.Gəncədə şahidi olmuşam.Bir qizi 5 -6 oglan kuruqa alib oynandirdilar.özüdə hansisa kəndən gəlmişdi.deyirdilərki cox gözəl ailəsi var.bilsələrki belə şeylər edir bu onu birdə bura buraxmazlar.mən daha nələr eşitmişəm.amma yazmiycam.ata ana oxumaga göndərir.oxumurlar sonrada atirlar müəllimləirn ustunəki pul istəyirlər.vaxtlari ona sərf etsələr nə göələr olar.elə geyimlər geyinirlərki dəhşətdi.vallah səhər universitetə gedəndə utandigimdan bilmirdim hara baxim dar şalvarlari köbəkləri görsənsən koftalari geynirlər cixirlar.mən demirəm kəndə oglan yoxdu.sadecə şəhərə gələndə sərbəst olurlar.ata anadan uzaq olurlar və agilli olmayanlarinda başina min hoqqa gəlir.

Sitat: Nazuletta
Nə? )))))))))))))))))))))))))))))))))))))))))))))))))))
naza niyə təcüblənirsən canim.vallah şahid olduqlarimdan belə qənatə gəlib yazmişam
Sitat: Seva22
Xanımlar, gəlin cəmiyyətdə baş verən mənfilikləri kəndin və ya şəhərin üstünə atmayaq.
canim kəndin şəhərin ustünə atmiram.sadəcə qizlar müsirləşmək deyəndə oglanla min hoqqadan cixmagi lap öndə tuturlar.kəndən gələn qizlarda baxirlarki qrupda bir iki qiz belədi başlayirlar onlarla yaxinliq etməyə.axirlari nə olur hec nə.sonrada peşman olurlarki niyə oxumadiq niyə gəncliyimiz hədər etdik.bəlkədə deyərlərki gəncliyimizdə kef etmişik.amma əminəmki müəyən bir yaşs hədində etddikləri səhvi anlayacaqlar.onda isə artiq gec olacaq.

Nə gəşəng fikirlə paylaşmışam))
10 yanvar 2015 12:53
Offline
Gülbəniz
Oxudum hamısı ağılsızlıqdandır
13 dekabr 2014 13:12
Offline
Aysel İ.
canim kəndin şəhərin ustünə atmiram.sadəcə qizlar müsirləşmək deyəndə oglanla min hoqqadan cixmagi lap öndə tuturlar.kəndən gələn qizlarda baxirlarki qrupda bir iki qiz belədi başlayirlar onlarla yaxinliq etməyə.axirlari nə olur hec nə.sonrada peşman olurlarki niyə oxumadiq niyə gəncliyimiz hədər etdik.bəlkədə deyərlərki gəncliyimizdə kef etmişik.amma əminəmki müəyən bir yaşs hədində etddikləri səhvi anlayacaqlar.onda isə artiq gec olacaq.

yes
6 dekabr 2014 08:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aynur
Yazix qiz ALLAH qorusunrecourse
12 iyul 2014 15:12
Offline
Deniz N-va
ah ah cox tesirli hekayedir Allah qizlarimizi qorusun amin (belelerinen)
30 may 2014 15:33
Offline
Minira Aslanzade
Allah qızlarımızı qorusun.AMİN!Qızları şirin dilləriylə yolundan azdıran naxəlaf oğlanlarada ar olsun. girl_cray
20 mart 2014 01:22
Offline
Qəribə
Agilli qizin başi hər yerdə ucadi.Allahim bütün agilli qizlari qorusun.Amin girl_ang
19 mart 2014 01:11
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Kemale Memmedova
qizin aqli olsun aldanmasin .
2 dekabr 2012 16:49
Offline
Sandra
qız ağıllı olsaydı da..
8 mart 2012 16:42
Offline
oksana
Hmmm maraqlidi,kisilerimiz toya kimi 10-nan gezirler Allah bilir necesinin bakireliyini pozurlar sonda da temiz giz alirlar.Men dehwete gelirem.Amma ozlerei giz alanda elebil magazaya gedib mal secirler,saci bele olsun,yasi bu geder olsun,temiz olsun,oglannan danisan olmasin ne bilim ne ne ne ...
12 oktyabr 2011 14:53
Offline
a.angel
ardini sebrsizlikle gozleyirem,ardi olacaqda duzdu?
5 oktyabr 2011 02:48
Offline
Şəri Babayeva
men fikrimi hekayeni butun bolumlerini oxuduqdan sonra yazacam.tewekkur 7 bolumu sebirsizlikle gozleyirem.[color=#3333FF][/color][b][/b]

AylinEli?,[color=#3333FF][/color] men sizinle raziyam..



demezdim kentden gelenler avam olur..
2 oktyabr 2011 00:35
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Naza
Sitat: AylinEli?
şahid olduqlarimdan

mən də smile
30 sentyabr 2011 23:54
Offline
Xanim_Xatun
Sitat: ŞoKo
niye tecublenirsen?duz deyirde,kenden gelen qizlar gormemis olur ,eslinde coxu buna avamlliq safliq deyir,amma mence bu ele gormemislikden olur ,ve Baki oglanlari tezlikle onlari cengine alir

canim cox tşklərki mənimlə həm fikirsən.bu təkcə Bakida deyil.Gəncədə şahidi olmuşam.Bir qizi 5 -6 oglan kuruqa alib oynandirdilar.özüdə hansisa kəndən gəlmişdi.deyirdilərki cox gözəl ailəsi var.bilsələrki belə şeylər edir bu onu birdə bura buraxmazlar.mən daha nələr eşitmişəm.amma yazmiycam.ata ana oxumaga göndərir.oxumurlar sonrada atirlar müəllimləirn ustunəki pul istəyirlər.vaxtlari ona sərf etsələr nə göələr olar.elə geyimlər geyinirlərki dəhşətdi.vallah səhər universitetə gedəndə utandigimdan bilmirdim hara baxim dar şalvarlari köbəkləri görsənsən koftalari geynirlər cixirlar.mən demirəm kəndə oglan yoxdu.sadecə şəhərə gələndə sərbəst olurlar.ata anadan uzaq olurlar və agilli olmayanlarinda başina min hoqqa gəlir.


Sitat: Nazuletta
Nə? )))))))))))))))))))))))))))))))))))))))))))))))))))

naza niyə təcüblənirsən canim.vallah şahid olduqlarimdan belə qənatə gəlib yazmişam
Sitat: Seva22
Xanımlar, gəlin cəmiyyətdə baş verən mənfilikləri kəndin və ya şəhərin üstünə atmayaq.

canim kəndin şəhərin ustünə atmiram.sadəcə qizlar müsirləşmək deyəndə oglanla min hoqqadan cixmagi lap öndə tuturlar.kəndən gələn qizlarda baxirlarki qrupda bir iki qiz belədi başlayirlar onlarla yaxinliq etməyə.axirlari nə olur hec nə.sonrada peşman olurlarki niyə oxumadiq niyə gəncliyimiz hədər etdik.bəlkədə deyərlərki gəncliyimizdə kef etmişik.amma əminəmki müəyən bir yaşs hədində etddikləri səhvi anlayacaqlar.onda isə artiq gec olacaq.
30 sentyabr 2011 21:09
Offline
Semedova
bu eseri ele maraqla oxuyuramki esl aile meiset movzusundadi,heyki gelen say bitecek ama ele herseyi oz dadinda buraxmaq yaxsidir
30 sentyabr 2011 19:56
Offline
Naza
Sitat: ŞoKo
bu hhaqda danisanda bele eseblesirem

O zaman, səni əsəbləşdirməyək, uzağa da getməyək fellow
30 sentyabr 2011 15:00
Offline
PePito
Sitat: Nazuletta
İmzamda xəyanətdən deyil, qadın sevgisindən yazılıb.

amma bele yazmisan axi sevgisini kimə və hara xərcləyəcəyini özü də bilmir və hər yerə paylayırnece yei ozude bilmir,qadin u qeder iradesidi meyer,? lol ,
Sitat: Nazuletta
Amma mən hər kəsin fikirlərinə (hətta xəyanətinə) hörmətlə yanaşıram.

bizim basqalarinin xeyaneti ile ne isimiz var men ailemizden danisiram ,allah gostermesin xeyanet olsa sence buna beraet qazandirmaq duzgundur?
eslinde bu xeyanet movzusunda sehv ola bilerem,cunki xeyaneti birmali sekilde mene catmir,ve bu movzuda cox sert oluram,ne ise bu hhaqda danisanda bele eseblesirem

elinde boynuma aliram xeyanet movzusunda sagliqli dusune bilmirem
30 sentyabr 2011 14:37
Offline
Naza
Sitat: ŞoKo
Naza senin imzanda qadin xeyanetine beraet qazandiran bir cumle yazar,duz basa dusmusem?sence xeyanetin beraeti ola biler?

İmzamda xəyanətdən deyil, qadın sevgisindən yazılıb. Qadında sevgi daha çoxdur, o sevgini kişiyə, övladlarına, bütün ailə üzvünə xərcləyir. Kişi isə təbiətən azcana qəddar olur, belə olmasa, yaxşı əsgər, ovçu və s. ola bilməz. Xəyanət böyük mövzudur, bu barədə bir-iki cümlə ilə hər şeyi izah etmək olmur. Vəziyyətdən. insandan asılıdır. Təbii ki, bir əldə 2 qarpız tutmaq (bilərəkdən) çətin və ağılsız şeydir. Amma mən hər kəsin fikirlərinə (hətta xəyanətinə) hörmətlə yanaşıram.
30 sentyabr 2011 14:28
Offline
PePito
Sitat: Seva22
Odur ki, ümumiləşdirmə aparmaq düzgün deyil.

duz deyirsiz,men umumiyyetle umumesmenin elehineyem,ve umumi nese yazilandada deyirem ki mese caqqalsi olmaz wink ,bu atalar sounu cox isledirem,
amma men serhimde ekseriyyeti bele qizlar oldugu yazmaq istemisem,cunki ekseriyyet kend qizlari olurler seher ucun,seher oglanlari ucun,ve bura gelen kimide kim onlara yaxinlasa ele dusunurlerki bu Baki oglanidi vsyo demeli bu bomba oglandi,meni seherli oglan isteyir bunu olerine fexr bilirler,bu fikir ise onlarin gozlerini bagalyir,ve qarisisindakini anlaliz ede bilmir
30 sentyabr 2011 13:25
Offline
Seva
Sitat: ŞoKo
kenden gelen qizlar gormemis olur

Sitat: AylinEli?
ən cox belə hallar kəndən şəhərə gələnlərin başina gəlir.cünki o qizlar avvam olur


Xanımlar, gəlin cəmiyyətdə baş verən mənfilikləri kəndin və ya şəhərin üstünə atmayaq. Mən bu fikirlə razı deyiləm ki, kənddən gələnlər avam və görməmiş olur. Görməmiş ola bilməzlər, çünki, kənddə də oğlanlar var və istəyən orda da gizli-gizli nə istəsə edir. O ki, qaldı avamlığa indi informasiya vasitələri elə güclüdür ki, kənddəkilər də kifayət qədər hər şeydən xəbərdardırlar. Odur ki, ümumiləşdirmə aparmaq düzgün deyil.
30 sentyabr 2011 13:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )